«Xalis incilər silsiləsindən»
Peyğəmbər (s) buyurmuşdur: “Əgər Allahı layiq olduğu
mərifətlə tanısaydınız, dəryalar üstündə gəzər, duanızla dağ
yerindən oynardı.”
3
1
Həmin mənbə, səh. 81
2
Həmin mənbə, səh. 71
3
“Mizanul hikmə”, c. 6, səh. 158, “Mərifət” babı.
67
«İmamət günəşilə birgə»
Mirzə Cavad Məlikinin xüsusi şagirdlərindən biri deyir:
Şahrudda bir gecə yuxuda gördüm ki, bir səhrada İmam
Zamanın (ə) ətrafına çoxlu adam toplaşıb. Deyəsən, camaat
namazı qılırdılar. Yaxına getdib mübarək camalını ziyarət
etmək, şərəfli əlindən öpmək istədim. Həzrətin (ə) kənarında,
simasından vüqar və əzəmət sezilən bir şeyxin durduğunu
gördüm.
Yuxudan qalxandan sonra həmin şeyxin fikri məni götürdü.
Fikrimdə çox çək-çevir etdim ki, görəsən, o şeyx kim idi ki, bu
qədər İmam Zamana (ə) yaxın və ona bağlanıb?! Nəhayət,
şeyxi tapmaq üçün yükümü bağlayıb Məşhədə yollandım,
amma orada mənə rast gəlmədi. Tehrana gəldim, amma
sorağını ala bilmədim. Quma səfər etdim. Axır, “Feyziyyə”
mədrəsəsində hücrələrin birində tapdım.
O, tələbələrə dərs verirdi. Soruşdum ki, bu şəxs kimdir?
Dedilər, Mirzə Cavad Məliki Təbrizidir. Yaxınlaşıb ədəblə
görüşdüm. Mənimlə hal-əhval tutub buyurdu: Nə vaxt
gəlmisən? Deyəsən, o məsələdən xəbərdar idi və məni
tanıyırdı. Beləliklə dərslərinə qatılıb ondan ayrılmadım. Onu
yuxuda necə görmüşdümsə, fikrimdə necə arzulamışdımsa,
həyatda da o cür gördüm.
1343-cü (h.) ilin zilhiccə ayının on birinci gecəsi səhərə yaxın
birdən yarı yuxulu-yarı ayıq vəziyyətdə gördüm ki, asimanın
qapıları açılaraq, göyün üzündən pərdələr götürüldü. İlahi
ərşin alt hissəsinə nəzər salanda gördüm ki, Mirzə Cavad ayaq
üstə dayanıb, əlləri qunutda gözündən yaş damcıları süzülərək
razü-niyaz edir, münacata məşğuldur. Onun Haqq Təalaya bu
qədər yaxın olması məni heyrətə qərq etdi. Elə bu vaxt birdən
qapı döyüldü. Tez qalxıb qapını açdım. Gördüm, dostlarımdan
biri həyəcan içində dedi:
Filankəs, tez gəl, gedək ustadın evinə. Dedim:
68
Nə xəbərdir? Dedi:
Başın sağ olsun, bəs, ustad dünyadan köçdü!
1
Dostları ilə paylaş: |