«İmamın səfiri» Böyük Quran müfəssiri Əllamə Təbatəbai deyir:
Təhsilimi davam etdirmək üçün Təbrizdən Nəcəf-Əşrəfə yola
düşəndə Nəcəfin vəziyyətindən xəbərsiz idim; bilmirdim hara
gedim, nə iş görüm. Yol boyu fikirləşirdim ki, hansı dərsi
oxuyum, hansı ustadın yanına gedim, hansı yolu seçim ki,
Allah bəyənən olsun.
Nəcəf-Əşrəfə çatanda ilk növbədə üz tutdum Əli (ə)-ın
hərəminə və ərz etdim:
Ya Əli! Mən təhsilimi təkmilləşdirmək üçün sizin
məhzərinizə gəlmişəm, amma dərsə haradan başlayacağımı,
hansı proqramla işləyəcəyimi bilmirəm. Sizdən xahiş edirəm
ki, mənə bu işdə yol göstərəsiniz.
Özümə bir mənzil kirayə edib orda yerləşdim. Nəcəfə
gəldiyim ilk günlərdə hələlik dərsə getmir, evdə oturub nə
edəcəyimi fikirləşirdim. Bir gün yenə evdə oturmuşdum,
gördüm qapı döyüldü. Qapını açıb gördüm böyük alimlərdən
biridir. Salam verib içəri keçdi, bir küncdə oturub hal-əhval
tutdu. Olduqca cazibəli və nurlu üzü var idi. Məni çoxdan
tanıyırmış kimi səmimi söhbətə başladı və tez bir zamanda
onunla ünsiyyətə girdim. Söhbət edə-edə arada mənə şer də
oxudu və sonra belə bir məzmunda söhbətə keçdi:
Təhsil məqsədi ilə Nəcəfə gəlmiş kəs yaxşı olardı ki,
təhsildən əlavə öz nəfsinin saflaşdırılması və təkmili fikrində
də olsun. İnsan gərək öz nəfsindən qafil olmasın.
Bunu deyib getmək üçün ayağa qalxdı. Mən bu söhbətdə
onun islami əxlaqına heyran oldum. O ilahi alimin qısa və
kəsərli sözləri mənə elə təsir etdi ki, artıq gələcək proqramımı
müəyyənləşdirdim.
105
Nəcəfdə olduğum müddətdə o təqvalı alimdən bir an da olsa
ayrılmadım. Onun əxlaq dərslərinə gedir, hüzurundan feyz
alırdım. O böyük alim Mirzə Əli Qazi idi.
1