−Алимләрин кәрамәтләри−


«Vadiüs-səlamdan anladım!»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə91/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   87   88   89   90   91   92   93   94   ...   131
alim-keramet

«Vadiüs-səlamdan anladım!» 
Mirzə Əli ağa Qazinin əksər şagirdləri nəql edirdilər ki, Qazi 
Nəcəfin Vadiüs-səlam qəbristanlığına ziyarət üçün çox gedirdi. 
Ziyarəti  üç,  dörd  saata  qədər  çəkirdi.  Hərdən  şagirdləri  də 
onunla  gedirdilər  və  Qazi  bir  kənarda  səssiz-səmirsiz  sükut 
içində  əyləşərdi.  Bu  haldan  şagirdlərin  çoxusu  yorulardı  və 
geri  qayıdardılar.  İşin  nə  yerdə  olduğunu  bilməyən  şagirdlər 
Qazinin  bu  əhvalatına  etiraz  edib  öz  qəlblərində  deyərdilər: 
Axı  ustad  üç-dörd  saat  vaxtı  niyə  burda  oturur?  Görən 
yorulmur? 
Tehranda  olduqca  təqvalı,  alicənab  bir  alim  var  idi. 
Həqiqətən  də  düzünü  demək  istəsək  bu  şəxs  olduqca  yaxşı 
adam  idi.  Bu  şəxsin  adı  Məhəmmədtəqi  Amoli  və  özü  də 
Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən idi. 
Məhəmmədtəqi Amoli nəql edirdi: Mən həmişə görürdüm ki, 
Qazi gedib 2-3 saat Vadiüs-səlamda oturur. Öz-özümə dedim: 
İnsan  qəbristanlığa  gəldi,  gərək  ziyarət  edib  tez  də  getsin.  Bir 


 
108 
fatihə  oxuyub  ölülərin  ruhuna  tapşırsa  bəsdir,  daha  bu  qədər 
burda  oturub  vaxt  öldürmək  nəyə  lazımdır,  görüləsi  o  qədər 
vacib iş var ki... 
Bu  narazılıq  həmişə  mənim  qəlbimdə  dururdu,  amma  heç 
kəsə,  − hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir 
söz deməmişdim. 
Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın 
xidmətinə  gedir,  onun  elm  və  mərifət  dəryasından  incilər 
toplayırdım. 
İş  elə  gətirdi  ki,  Nəcəf-Əşrəfdən  İrana  qayıtmaq  fikrinə 
düşdüm,  amma  bu  səfərin  nə  dərəcədə  məsləhətə  uyğun 
olduğunu  bilmirdim,  ikifikirli  qalmışdım.  Bu  niyyətimi  heç 
kimə bildirməmişdim. 
Bir  axşam  yatmaq  istəyirdim.  Otaqda  yataq  taxtının  ayaq 
tərəfində  taxçanın  üstündə  elmi  və  dini  kitablar  yığmışdım. 
Yatan  vaxtı  təbii  olaraq  mənim  ayaqlarım  kitablara  tərəf 
uzadılmış olurdu. Öz-özlüyümdə dedim: 
Görən  qalxıb  yatağımın  səmtini  dəyişim,  yoxsa  lazım  deyil, 
belə  qalsın?  Çünki  kitablar  tam  mənim  ayaqlarımın 
müqabilində  durmurdu,  bir  az  yuxarıda  taxçaya  yığılmışdı. 
Fikirləşdim  ki,  bununla  kitablara  hörmətsizlik  olmaz.  Bunu 
deyib yatdım. 
Səhər  tezdən  ustadım  Qazinin  yanına  getdim,  salaməleyk 
etdim,  cavabımı  verib  dedi:  Sənin  İrana  qayıtmağın  məsləhət 
deyil,  kitablara  tərəf  də  ayağı  uzatmaq  elmə,  kitaba 
ehtiramsızlıq sayılır. 
Bu sözləri eşidəndə diksinib özümü itirdim. Dodağım əsə-əsə 
dedim:  
Ağa, siz hardan bildiniz? 
Dedi:  
Vadiüs-səlamdan bildim. 


 
109 
Qazi  bu  son  cümləsi  ilə  uzun  müddət  Məhəmmədtəqi 
Amulinin  xatirində  ustadının  Vadiüs-səlamda  uzun  müddət 
oturması ilə əlaqədar dolaşan şübhələrə də son qoydu.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin