−Алимләрин кәрамәтләри−



Yüklə 2,53 Mb.
səhifə14/33
tarix11.06.2018
ölçüsü2,53 Mb.
#53321
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

«Fitnədən xəbər»


Ağa Rəzəvi buyurur:

Rəhmətlik Bidabadi Şirazda qaldığı vaxtlar “məşrutə”nin qızğın çağlarına təsadüf edirdi. O zaman camaat arasında ikitirəlik yaranmışdı; bə`ziləri məşrutəni dəstəkləyir, bə`ziləri də istibdadın qalmasını istəyirdi. Bidabadi münaqişəli tərəflər arasında sülh yaratmaq, təfriqə və fəsadın qarşısını almağa çox ciddi yanaşırdı. O, bu hadisələrdə də ixtilafı aradan qaldırmaq üçün çox çalışdı, hətta şəxsən məşrutə tərəfdarlarından olan əllamə Məhəmməd Baqir İstehbanatinin evinə gedib bu məsələni yoluna qoymaq üçün nə qədər sə`y etsə də faydası olmadı.

Bu hadisədən sonra gözlənilmədən Şirazı tərk etmək üçün səfərə hazırlaşdı. Biz nə qədər ondan qalmasını israr etsək də, razı olmayıb, dedi:

Tezliklə bu şəhərdə fitnə alovu baş qaldıracaq və bu fitnə atəşində çoxlu qanlar töküləcək, evlər yıxılacaqdır.

O, yola çıxarkən neçə nəfər yaxın adamlardan, o cümlədən Dəllal ləqəbi ilə məşhur olan Seyyid Abbas və Mirzə Məhəmməd Mehdi Həsənpur (hər ikisi “Came” məscidinə get-gəl edirdi) ona qoşulurlar. O iki nəfərin dediyinə görə “Ərjən” çölünə çatanda Bidabadi bizə dedi:

Artıq Şirazda fitnə atəşi şö`lələnmişdir. Şeyx Məhəmməd Baqir İstehbanati və bir çoxları öldürülmüşdür, evdə ailələriniz çox nigarandır, gərək qayıdasınız.

Bu xəbərdən sonra biz ikimiz və başqa neçə nəfər Şiraza qayıtdıq və o böyük şəxsin sözlərinin doğruluğunun şahidi olduq.2

«Dağın təslimi»


İsfahanın Nəcəfabad qəsəbəsindən bir neçə nəfər seyyid, rəhmətlik Bidabadinin yanına gəlib deyirlər:

Əhalinin istifadə etdiyi dağın ətəyindən axan bulağın suyu neçə gündür ki, quruyub. Əhali yaman əziyyət çəkir. Siz dua edin, bəlkə açıldı.

Bidabadi bu mübarək ayəni − Ləuv ənzəlna həzəl-Qur`anə əla cəbəlin − bir parça kağıza yazaraq onlara verib buyurur:

Axşamüstü bu kağızı dağın təpəsinə qoyub qayıdarsınız. Onlar Bidabadinin dediyi kimi də edirlər. Elə ki, evlərinə yetişirlər, dağda tükürpədici bir gurultu qopur. Səs o qədər şiddətli olur ki, bütün qəsəbənin əhalisi eşidir. Səhər açılanda görürlər ki, bulağın gözü açılıb. Bundan hədsiz sevinən əhali Allaha həmd-səna edib, şükür səcdəsi qılırlar.1


«Xalis incilər silsiləsindən»


Peyğəmbər (s) buyurmuşdur: “Əgər Allahı layiq olduğu mə`rifətlə tanısaydınız, dəryalar üstündə gəzər, duanızla dağ yerindən oynardı.”2

«İmamət günəşilə birgə»


Mirzə Cavad Məlikinin xüsusi şagirdlərindən biri deyir:

Şahrudda bir gecə yuxuda gördüm ki, bir səhrada İmam Zamanın (ə) ətrafına çoxlu adam toplaşıb. Deyəsən, camaat namazı qılırdılar. Yaxına getdib mübarək camalını ziyarət etmək, şərəfli əlindən öpmək istədim. Həzrətin (ə) kənarında, simasından vüqar və əzəmət sezilən bir şeyxin durduğunu gördüm.

Yuxudan qalxandan sonra həmin şeyxin fikri məni götürdü. Fikrimdə çox çək-çevir etdim ki, görəsən, o şeyx kim idi ki, bu qədər İmam Zamana (ə) yaxın və ona bağlanıb?! Nəhayət, şeyxi tapmaq üçün yükümü bağlayıb Məşhədə yollandım, amma orada mənə rast gəlmədi. Tehrana gəldim, amma sorağını ala bilmədim. Quma səfər etdim. Axır, “Feyziyyə” mədrəsəsində hücrələrin birində tapdım.

O, tələbələrə dərs verirdi. Soruşdum ki, bu şəxs kimdir? Dedilər, Mirzə Cavad Məliki Təbrizidir. Yaxınlaşıb ədəblə görüşdüm. Mənimlə hal-əhval tutub buyurdu: Nə vaxt gəlmisən? Deyəsən, o məsələdən xəbərdar idi və məni tanıyırdı. Beləliklə dərslərinə qatılıb ondan ayrılmadım. Onu yuxuda necə görmüşdümsə, fikrimdə necə arzulamışdımsa, həyatda da o cür gördüm.

1343-cü (h.) ilin zilhiccə ayının on birinci gecəsi səhərə yaxın birdən yarı yuxulu-yarı ayıq vəziyyətdə gördüm ki, asimanın qapıları açılaraq, göyün üzündən pərdələr götürüldü. İlahi ərşin alt hissəsinə nəzər salanda gördüm ki, Mirzə Cavad ayaq üstə dayanıb, əlləri qunutda gözündən yaş damcıları süzülərək razü-niyaz edir, münacata məşğuldur. Onun Haqq Təalaya bu qədər yaxın olması məni heyrətə qərq etdi. Elə bu vaxt birdən qapı döyüldü. Tez qalxıb qapını açdım. Gördüm, dostlarımdan biri həyəcan içində dedi:

Filankəs, tez gəl, gedək ustadın evinə. Dedim:

Nə xəbərdir? Dedi:

Başın sağ olsun, bəs, ustad dünyadan köçdü!1


«Feyzin kitabı daha yaxşıdır»


Ayətullah Musa Şubeyri Zəncani, Axund Molla Əli Həmədanidən nəql edir ki, Mirzə Cavada məclislərin birində buyurdu:

Hər kəs mə`sum imamlardan (ə) birini yuxuda görmək istəsə, gərək bir gün oruc tutub iftardan sonra, yatmadığı vaxt yüz dəfə “Qul huvəllah”, ya “İnnə ənzəlnahu” surəsini və ya hər ikisini oxusun. (hansı surəni oxumaqdan tərəddüd bizdəndir). Mən (Mirzə Cavad) bir kitab yazmışdım. Çapdan qabaq gördüm ki, həmin mövzuda Feyz Kaşani də bir kitab yazıb. Tərəddüdd idim ki, Feyzin kitabı ola-ola, mənim kitabımın çap olması nə dərəcədə düzgündür.

Tərəddüddən qurtarmaq üçün bir gün oruc tutub yuxarıda göstərilən tövsiyəyə əməl etdim. Həzrət Sadiqə (ə) təvəssüldən sonra Həzrətdən (ə) yuxuda sualıma cavab istədim. Yuxuda o Həzrətdən (ə) soruşdum ki, mənim kitabım yaxşıdır, yoxsa Feyzin? Həzrət (ə) dinməyib sükut etdi. Ərz etdim: Siz də sual verəni cavab verməkdən məhrum edirsinizmi? Həzrət buyurdu:

Feyzin kitabı daha yaxşıdır. Bundan sonra mən daha öz kitabımı çapa vermədim.2


«Tanınmaz bələdçi»


Əllamə Həsənzadə Amuli yazır: Tələbəlik dövrlərində bir zaman elə fikirləşirdim ki, Mirzə Cavadın qəbri Nəcəf-Əşrəfdədir. 1388-ci (h.q.) il rəcəb ayının ikinci yarısı olardı. Bir gün təxminən axşamdan üç saat keçmiş Seyyid Əli Qazinin qardaşı oğlu Ayətullah Hüseyn Qazi Təbatəbai ilə yolda təsadüfən rastlaşdıq. Birlikdə yolüstü söhbət əsnasında sözü Mirzə Cavaddan salıb qəbrinin harada olduğunu soruşdum. Dedi ki, onun qəbri Qumun həmin “Şeyxan” qəbiristanlığında Mirzə Quminin qəbrinin yanındadır. Qəbir daşının üzərində də lövhəsi var. Mən qəbirin lövhəsi olduğunu eşitdikdə, daha soruşmadım ki, Mirzə Quminin qəbrinin hansı səmtindədir.

Seyyid Hüseyn Qazi ilə xudahafizləşən kimi, tələsik “Şeyxan” qəbiristanlığına tərəf getdim ki, birdən qapıları bağlayarlar, ziyarət edə bilmərəm.

Orada əksər qəbir daşlarının lövhələrini gözdən keçirdim. Bə`zisini oxuya bilsəm də, bə`zisini qaranlıq və oranın işıqları zəif olduğu üçün oxuya bilmədim. Qəbirləri bir-birindən ayırmaq çox çətin idi. Öz-özümə dedim ki, indi gecə və qaranlıqdır, qalsın sabaha. Ümidsiz halda qəbiristanlığı tərk etsəm də, amma gedə-gedə gözaltı qəbirlərə nəzər salırdım. Birdən, tanımadığım bir nəfər qəbiristanlığın şərq qapısından içəri daxil olub birbaşa mənə tərəf gəlməyə başladı. Mənə çatar-çatmaz dedi: Siz Mirzə Cavadın qəbrini axtarırsınız? Mənə Mirzə Cavad Məlikinin qəbrini göstərib sür`ətlə qəbiristanlığın qərb qapısına tərəfə yollandı. Mən bir an istər-istəməz diksinərək vahimə keçirdim. Arxasınca onu səsləyib dedim:

Ay qardaş, bəli, mən onun qəbrini axtarırdım, amma siz hardan bildiniz?

Həmin şəxs getdiyi halda, üzünü yarı mənə tərəf çevirib dedi:

“Biz öz müştərilərimizi tanıyırıq.”1



Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin