Аллаһын елчиси



Yüklə 1,48 Mb.
səhifə21/40
tarix24.05.2018
ölçüsü1,48 Mb.
#51258
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

3-DİNİ əSəRLəR


Quran peyğəmbərlərin hədəfi barədə buyurur: «Xalq bir ümmət idi. O zaman Allah-taala müjdə verən əzabla qorxudan peyğəmbərlər seçdi, onlarla səmavi kitablar göndərdi ki, xalqın ixtilaflarını həll etsinlər» («Bəqərə» 213). Peyğəmbərlər və onların kitablarının hədəfi xalqın problemlərini həll etməkdir. Bu ixtilaflar isə rəngarəngdir. Həqiqi dinlə yanaşı dayanan əqidələr uydurulur. (Hüquqi və s. ixtilaflar). Quran ayəsi peyğəmbərləri ixtilafların həllində hakim bilirmi? Mütləq şəkildə deyilirmi ki, peyğəmbərlər bəşərin bütün ixtilaflarını həll edirlər?

əgər ayənin buyuruğu mütləqdirsə, əqidə ixtilafı dəlillərlə aydınlaşdırılır. Amma xalq arasındakı sair ziddiyyətləri dəlil gətirməklə həll etmək olmaz. Bu ixtilafların həlli ilahi siyasi quruluş yaradılmadan qeyri-mümkündür. Çünki təcavüzkarın qarşısı nəsihətlə alına bilməz. Ayənin təbiri olduqca lətifdir. Çünki söhbət hökmdən gedir. Hökm həmin hakimlik, xalqın müşkillərinin həllidir. Ayə aydınca dəlalət edir ki, peyğəmbərlər xalq arasında hakimlik edər. Həzrət (s) haqqında buyurulur: «Həqiqətən biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göndərdiyi ilə insanlar arsında hökm edəsən» («Nisa» 105). Ayədəki «litəhkumə» (hökm edəsən) sözü ərəbcə hökumət mənasınadır.



Bu məqsəd digər bir ayədə daha da işıqlandırılır: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birgə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər» («Hədid» 25). Xalqın ictimai ədalət uğrunda qiyamı peyğəmbərlərin və səmavi kitabların hədəfləridən biri kimi bəyan olunmuşdur. Uyğun hədəf bu ayədə çox aydın təmin olunur. Açıq şəkildə ədalət peyğəmbər hədəfi sayılır. Bu da aydındır ki, ədalət, istək, dua, rəhbərliklə əldə edilər. Ədalət mədəni inkişafla bağlı olsa da, təcavüzkar insanların mədəniyyətlə bir bağlılığı yoxdur onlar insan haqlarına, ilahi dinə təcavüz edirlər. Bəzən nəsihət belələrinə təsir etsə də, çox vaxt təcavüzkarlar öz haqqına qane olmurlar. Onların qarşısı zorla alınmalıdır. Bu ifadəli ayə məqsədin təhlilindən sonra buyurur: «Biz dəmir yaratdıq». Axı dəmirin yaradılmasının peyğəmbərlərin risaləti ilə nə əlaqəsi var? Görən dəmirin yaradılması xəbərini hüquqların müdafiəsi üçün vasitə – qılınc və ya silah hazırlanması ilə əlaqələndirmək olarmı? Günah və təcavüz dəmirlə qarşılanar. Bu vəzifə ilahi siyasi quruluş təsis edilmədən mümkün olmayacaq: «Zinakar kişiyə zinakar qadına yüz çubuq vurun» («Nur» 2). «Kişi qadın oğrunun əlini kəsin» («Maidə» 38). Dəmirlə iffət və mülkiyyətə uzanmış təcavüzkar əl kəsilir. «Allah Onun Rəsulu ilə vuruşa qalxanlar yer üzündə fəsad yaradanların cəzası ölümdür» («Maidə» 33). İctimai siyasi sabitlik dəmir vasitəsi ilə təmin olunur. Dəmir və şəmşir siyasi hakimiyyətin möhkəmliyidir.

XALQ Və İCTİMAİ əDALəT


Mübarək ayədə buyurulur ki, ədaləti peyğəmbər yox, xalq bərpa edəcək. Ola bilər ki, ədalət xalqın qəbulu ilə mümkün olduğundan belə buyurulub. Yəni ilahi siyasi hakimiyyət xalqın istəyi ilə formalaşa bilər. Söhbət bu hakimiyyətin qanuniliyindən yox, zahirən gerçəkləşməsindən gedir. Xalq istəməsə belə bir quruluş ola bilməz və ədalət də bərpa olmaz. Mədəni tərəqqi, peyğəmbər məqsədləri və insani dəyərlərlə tanışlıq formalaşmasa, ədalət gerçəkləşə bilməz. Əgər hansısa bir peyğəmbər və ya imamın dövründə ədalət bərpa olmayıbsa, bunun səbəbi xalqın səhnədə iştirak etməməsidir. Bu o demək deyil ki, din rəhbərləri ədalətə laqeyid olmuşlar, xeyr! Sadəcə, ilahi siyasi quruluş (zor və güc rejimlərindən fərqli olaraq), eləcə də ədalətin bərpası xalqın ictimai-siyasi səhnədə iştirakından bilavasitə asılıdır.

RəVAYəTLəR Və SİYASİ İDARəÇİLİK


əhli-beyt rəvayətləri də dinin siyasətdən ayrı olmadığını təsdiqləyir. Peyğəmbərlərin, xüsusi ilə də həzrət Məhəmmədin (s) risaləti bəşəri quruluşları ilahi siyasətlə əvəz etməkdir. İmamət baxımından onların rəhbərliyi Allah bəndələrinə müdiriyyətdir. Bu müdiriyyət ölkənin, iqtisadiyyatın idarəçiliyi ilə məhdudlaşır, əsasən insanların paklığı və tərbiyəsinə yönəlir. Elə digər sahələr də ilahi quruluşda öz yüksəlişinə çatır. Yalnız ilahi quruluşda mədəniyyət və iqtisadiyyat üçün ən üstün üsullar seçilir və həyata keçirilir. İmam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) risaləti xalqa müdiriyyət və ilahi siyasətdir» («Üsule-kafi» 1-ci cild). Allah-taala dinin ixtiyarını və onun icrasını həzrətə (s) tapşırmışdır ki, bəndələrə müdiriyyət etsin və yol göstərsin. «Ziyarəte came»də imamlar belə təqdim olunur: «Salam olsun sizə Peyğəmbər əhli-beytinə, ilahi risalət canişinlərinə xalqın siyasət aparıcılarına». Digər yerdə buyurulur: «İmam Rza (ə), imamət dininə rəhbər, müsəlman cəmiyyətini nizamlayan, dünyanın islahı və dinin izzətidir. İmamətlə dini əməllər – namaz, oruc, zəkat, həcc ayaq tutur. İmamətlə hüdudlar və hökmlər icra edilir. İslami ümmətin sərhədləri qorunur» («Üsule-kafi» 1-ci cild).
İKİNCİ HİSSİ BURADAN BAŞLAYIR.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin