Аллаһын елчиси


BİRİNCİ HİSSə BəSəTDəN əVVəLKİ HADİSəLəR BAXIŞ



Yüklə 1,08 Mb.
səhifə7/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   2   3   4   5   6   7   8   9   10   ...   130

BİRİNCİ HİSSə

BəSəTDəN əVVəLKİ HADİSəLəR BAXIŞ

MəKKə Və YA NUR DİYARI


Həzrət Peyğəmbərin (s) doğulduğu Məkkənin tarixi İbrahim peyğəmbərin (ə) zamanına gedib çıxır. Ərəb adası Qırmızı dənizin şərq sahilində Hicaz, cənubda Təhamə (ərəbi), mərkəzdə Nəcd, şərqdə geniş bir ərazidə əruz (ərəbi), cənubi Yəmən, şimali Yəmən olmaqla bir neçə hissəyə bölünür. Bu ərazi üç tərəfdən dənizlə əhatə olunsa da, quru və yandırıcı havaya malikdir. Təbiəti zəngin deyil, lakin təkallahlığın (tövhid), vəhyin, Peyğəmbər (s) kimi qürubsuz bir günəş doğulduğu mərkəz kimi hamının diqqət mərkəzindədir və hər gün milyonlarla insan Kəbəyə üz tutub öz məbudu ilə danışır. Hər il yüz minlərlə insan bu vilayətə axışıb, bu eşq məbədini dövrə vurur, təvaf edir, öz vücudunu mənəviyyata qərq edir. Elə buna görə də insanlar bu ölkənin haqqında daha çox bilməyə çalışırlar. İbrahim-xəlil (ə) öz ailsi ilə bu əraziyə hicrətdən sonra Allahdan əmr aldı. İlahi göstərişə əsasən öz fədakar ailəsini Allah evinin (beytüllah) yaxınlığında qoyub, Fələstin Şamına hicrət etdi: «Ey Rəbbimiz, mən əhli-əyalımdan bəzisini Sənin beytülharam ının yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim». («İbrahim» 37). İbrahim getdi və hacərlə İsmail quru yandırıcı çöldə tək qaldılar. Çox çəkmədi ki, susuzluq Hacəri Səfa və Mərva arasında su üçün dolaşmağa vadar etdi. Lakin su tapılmadı. Hacər quru dodaq, boş kuzə ilə oğlunun yanına qayıtdı. Lakin övladının yanında suyun fəvvarə vurduğunu görüb, heyran qaldı. «Zəmzəm» adlanan həmin bərəkətli bulağın sayəsində o ərazidə insanlar toplandı və «Məkkə» şəhəri salındı. Bu bulaq hələ də möcüzəli bir şəkildə axır, ildə minlərlə insan ondan istifadə edir. Bu su ilə özlərini səfalandırırlar. Bu şəhər əvvəldən tövhid şəhəri olmuş, çox peyğəmbərlər, eləcə də həzrət Məhəmməd (s) öz risalətini bu şəhərdə başlamışdır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin