Аллаһын елчиси


RəSULULLAH Və FəDAKARLIQ (TəHLÜKəLəRİN QəBULU)



Yüklə 1,08 Mb.
səhifə92/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   88   89   90   91   92   93   94   95   ...   130

RəSULULLAH Və FəDAKARLIQ (TəHLÜKəLəRİN QəBULU)


Böyük məqsədlər yolunda böyük də təhlükələr olur. Bir qism insanlar bu təhlükələrdən qorxurlar. Təhlükələr qoynunda böyümüş cəsur insanlar isə böyük və təhlükəli məsuliyyətləri qəbul edirlər. Hədəflər böyüdükcə təhlükələr də böyüyür. Peyğəmbərlər cəmiyyətdə ən böyük etiqadi və ictimai-siyasi dəyişikliklər yaratmışlar. Sözsüz ki, ən böyük müxalifliklər və vuruşmalar da onların qarşısına çıxmalı idi. Çiynində bəşəri risalət yükü olan peyğəmər etiqadi və siyasi yönümdən dərin dəyişikliklər həyata keçirdi. Bu yolda böyük təhlükələrlə qarşılaşdı. Məkkədəki on üç ildə düşmənin istehza və acı sözlərindən əlavə «Ləylətül-mobit» kimi bir fitnən peyğəmbəri izləmişdi. Həzrət (s) bütün bunlardan qorxmadı.

Mədinədə olduğu on ildə şəxsən başçılıq etdiyi 27 və 50 döyüş baş verdi. Özünün başçılıq etdiyi bəzi döyüşlər xüsusi ilə təhlükəli idi. Bədr, Ühüd, əhzab, Xeybər, Hüneyn kimi döyüşlərdən həzrətin (s) mətanəti və ətrafdakıların vəfadarlığı olmasaydı, yeni yaranmış islam cəmiyyəti süqut edə bilərdi.

Həzrət (s) Allahın buyurduğu ilə ən qorxulu təhlükələri də qəbul etməli idi: «Allah yolunda vuruş, səndən başqası bu işə vəzifəli deyil» («Nisa» 84). «Həzrət (s) özündən əvvəl özündən sonra kimsənin məsul olmadığı bir vəzifəyə məsul oldu» («Nurus-səqəleyn» 1). Çünki kimsə bəşəri bir risalətə məsul olmamışdır. Elə ona görə də ən böyük təhlükə ilə qarşılaşmalı idi. O, adi bir qoşun başçısı deyildi ki, kənarda dayanıb əsgərlərə «irəli» əmrini versin. O, döyüşün ən qanlı ocaqlarında düşmənə qarşı şəxsən döyüşürdü.

O, cəbhənin ön xəttində idi. Öz şücaətləri ilə düşməni qorxudan mübarizlər çətin məqamlarda həzrətə sığınırdılar. Əli (ə) buyurur: «Elə ki, düşmənlə üz-üzə gəldik döyüş çətinləşdi, həzrətə sığınırdıq». Bədr, Hüneyn, Xeybər fatehi əli (ə) etiraf edən zaman digər döyüşçülərin halı aydın olur. Bir həqiqət aydın olur ki, heç bir insan ilahi məqsədlərin həyata keçməsində peyğəmbər tək özünü təhlükəyə salsın.



«ən çətin günlərdən olan Bədr günündə biz peyğəmbərə sığınardıq və o, düşmənə hamıdan yaxın olardı». «Düşmənlə üz-üzə dayananda və döyüş qızışanda peyğəmbərə sığınardıq, düşmənə ən yaxın peyğəmbər olardı».

Ühüd döyüşəndə peyğəmbərin əmrindən çıxandan sonra əksər müsəlmanlar qaçdılar. Peyğəmbərin ətrafında çox az adam qaldı. «Müsəlmanların məğlub olduqları bu döyüşdə peyğəmbər və onun ətrafında əli, Təlhə, Zübeyr qalmışdı». («Tarixe Yəqubi» 1). Cəmiyyətdə böyük ilahi məqsədləri həqiqətə çevirən peyğəmbərin fədakarlığı idi. Bu fədakarlıq o qədər təsirlidir ki, misli görünməmişdir. Bu həmin cahil bütpərəst və alçalmış müvəhhid xalqdan tərbiyələnmiş üsul idi. Peyğəmbərin özünü təhlükəyə atması haqq yolda dözüm göstərən ardıcıllar üçün nümunə idi. «Məhəmməd Allahın elçisi və onun tərəfdarları kafirlərə qarşı barışmazdır».

əlbəttə ki, özünü təhlükəyə salmaqla yanaşı həzrət qorunma tədbirləri də görürdü. Çünki peyğəmbər kimi bir şəxsiyyətin vücudu düşmənin süqutu və haqqın qələbəsi üçün olduqca dəyərli idi. Bu qorunma həm də başqalarına lazım idi. Təhlükəni qəbul etmək dedikdə nəzərdə bu tutulur ki, şücaətli ruhiyyə ilə qəti mövqeyə malik idi və öz mövqeyinin təhlükələrini qəbul edirdi. Bununla yanaşı düşmənin ona qarşı fitnələrindən həmişə xəbərdar idi.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin