Аллаһын елчиси



Yüklə 1,51 Mb.
səhifə34/40
tarix21.10.2017
ölçüsü1,51 Mb.
#8879
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

2-əQİDə AZADLIĞI


Bu sözün digər bir mə’nası əqidə azadlığıdır. Bu nə deməkdir? Dini baxımdan insan əqidəcə azad ola bilərmi? İnsan öz istəyinə uyğun, təkallahçı, büdpərəst, müşrik və ya kafir ola bilərmi? əqidəyə münasibətdə din hər əqidəni haqq saymır. Tövhiddən başqa bütün əqidələr yanlışdır. «Haqdan sonra yalnız azmaq gəlir» («Yunus» 32). Ola bilərmi ki, insan azad olduğu üçün istədiyi əqidəni seçsin? Bu qəbul olunası söz deyil. Çünki ilahi vəhylər və Qur’an başdan-başa tövhidə çağırışlar və batil əqidələrdən çəkindirmələrdən ibarətdir. Şər’i cəhətdən hamı yekdildir və və’d olunmuşdur ki, fitri əqidə olan tövhid çiçəkləndirilsin. Ona görə də əqidə sahəsində seçim azadlığı yoxdur.

Belə demək olar ki, əqidə sahəsində azadlığın məfhumu bir yaranmış əmridir. Yə’ni əqidə zorla yaranmır. Onun başqa səbəbləri vardır. Kimsədə zorla inam yaratmaq olmaz. Xalqı təkallahçı etmək üçün heç bir peyğəmbər əlinə qılınc götürməmişdir. Çünki tövhid inamı qılıncla hasil olmaz. Qılınc maneəni götürmək üçündür. Tövhid inamı dəlil, tanıma yə’ni ağılın qəbulu ilə yaranır. İnam cəhaləti susduran, haqqı aşkarlayan təfəkkür və danışıqla əldə edilir. Bu azadlığın ziddi ikrah, zordur.

Din tövhidə də’vətdə hər iki cəhəti xatırladır. Buyurur: «Dində zor yoxdur» («Bəqərə» 256). Eləcə də buyurulur ki, Peyğəmbər xalqı yalnız Allaha tərəf çağırır. Əqidəni icad etməyin doğru yolu ağılabatan dəlillər, qəlbəyatan moizələrdir ki, demək və eşitməklə hasil olur. «İnsanların hikmət gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna vət et, onlarla ən gözəl surətdə mübahisə et» («Nəhl» 125). İlahi peyğəmbərlər xüsusilə də Rəsulullah (s) bu göstərişlərdən faydalanaraq, tövhidi ürəklərdə cücərtmişlər.

Ona görə də peyğəmbərlər dəlil, hikmət, moizə, rəhmət gətiricisidir, qılınc gətiricisi yox! Rəsulullah (s) bu işdə o qədər sə’y göstərdi ki, ona buyuruldu: «İman gətirməyəcəklər deyə, özünü həlk edəsən?!» («Şüəra» 3). Bu yolun sonunda üz tutulan adam gününün bütün nurunu keçirəndən sonra deyilir: «Sizin öz dininiz var, mənim öz dinim («Kafirun» 6). Çünki başqa bir yol qalmır.


3-RəFTAR AZADLIĞI


Azadlıq sözünün bir işləmi də rəftara aiddir. Yə’ni insan öz rəftarında azaddır, yoxsa yox?! Bunun qarşılıqlı tərəfi insanın öz rəftarında məcbur olmasıdır. Bu da e’tiqadi bir məsələdir. Bu məsələ müsəlmanlar, digər dinlərdən olanlar arasında mə’lumdur və bir çox parçalanmaların əsas səbəbidir. Bə’zilərinin fikrincə insan öz rəftarında məcburdur və onun rəftarı Allahın əlindədir. Əgər Allah istəməsə, insan heç cürə rəftar edə bilməz. İnsan bir iş görmək istəsə də əli çatmaz. Çünki onun ixtiyarı yoxdur. Müsəlmanların bir firqəsi bu sayaq fikirlərinə görə «cəbri» adlandırılmışdır.

Başqa bir dəstənin fikrinə görə insan müstəqildir və öz rəftarını öz iradəsi ilə yerinə yetirir. Bu dəstə «təzilə» adlanır. Onların məramı «təfviz» kimi yad edilir.

Lakin şiə məzhəbi imamların (ə) göstərişləri əsasında hər iki baxışı rədd edir və belə hesab edir ki, insan öz rəftarında, işində nə məcburdur, nə də müstəqildir. İnsanın rəftarı Allahın izni ilə insanın öz ixtiyarındadır. Yə’ni Allah belə müəyyən edib ki, insanın işləri Allahın izni və insanın iradəsi ilə yerinə yetməlidir. Çünki insan istəmədən heç bir iş ola bilməz və eyni zaman o müstəqil də deyil. Filosofların gözəl söylədikləri kimi, insan öz rəftarında azad olmağa məcburdur.

Bu həqiqi inam imamların göstərişlərinə əsaslanır və doğru yolu işıqlandırır.


4-İCTİMAİ AZADLIQ


Azadlığın ən çox diqqət edilən işləmi ictimai azadlıqdır. Yə’ni, insanın ümumi rəftarlarda, öz baxışını bildirməkdə, siyasi çalışmalarda azadlığı. Bunun əksi istibdaddır. Ən çox rol oynayan, ictimai-siyasi münasibətlərdə, insanlar arasında, firqələrdə diqqət edilən məhz ictimai azadlıq məsələsidir. İnsanlar bu sahədə azadlığa meyllidir və öz ictimai-siysi çalışmalarını həyata keçirmək istəyirlər.

Hakim sinfi qorxuya salan elə bu azadlığın nəticələridir. Müxtəlif hökumətlər bu azadlığa müxtəlif münasibət bəsləyirlər. Əgər hökumət xalqa arxalanırsa, belə bir azadlıqdan qorxmur. Lakin zora güvənən hakimiyyətlər bu azadlığı təhlükə bilir və onu hər vasitə ilə məhdudlaşdırırlar.

İlahi peyğəmbərlər xəlqi olduqlarından belə bir azadlıqdan çəkinməmişlər. Onların siyasi quruluşu xalq üçün olduğundan zora güvənən hər bir hərəkatla mübarizə aparmışlar. İctimai azadlıqlar nəinki peyğəmbərləri qorxutmamış, əksinə onların ilahi amallarının gerçəkləşməsinə kömək göstərmişdir.

Bu azadlığı cəmiyyətə peyğəmbərlə hədiyyə etmişlər. Bu bütün peyğəmbərlərin çağırışıdır ki, tağutun tələsindən qurtulun və ilahi dəyərlərə üz tutun. «Allaha ibadət edin, tağutdan çəkinin» («Nəhl» 36).

Qur’anda Fir’on tağut simvoludur. Fir’on istibdadı ictimai-siyasi yönümləri buxovlayırdı. İlahi peyğəmbərlərin vəzifəsi xalqı bu zülmdən qurtarmaq idi.

Fir’on xalqı mədəni zillətə sürükləyirdi. İstibdad inamları xalqa qəbul etdirilirdi. «Mən sizin rəbbinizəm» («Naziat» 26). «Qanun mənim qanunumdur, xalq mənə itaət etməlidir» deyirdi. Bu məqsədə çatmaq üçün xalqı insani, ilahi mədəniyyətdən uzaqlaşdırır, istibdad mədəniyyətinə sürükləyirdi. «Öz qövmünü yüngül saydı, onlar da ona itaət etdilər» («Zuxruf» 54). Çünki mədəni bir xalq istibadadı qəbul edə bilməzdi.

Musa (ə) bu istibadad qarşısında belə bir azadlıq çağırışı verir: «Allahın bəndələrini azad edib, mənə tapşır» («Naziat» 26). Musa (ə) xalqı insani və ilahi dəyərlərə yönəltmək istəyir.

Rəsulullahın (s) bu yönümdə çağırışı məcburi zəncirlərin qırılmasıdır: «Onların üzərindən ağırlıq zəncirləri götürər» («ə’raf» 156 ???). Həzrət (s) onları müxtəlif e’tiqadi və ictimai boyundurmalardan azad etdi. Rəsulullah (s) ilahi vəhylə cəmiyyəti şirkdən tövhidə çağırdığı kimi, ictimai-siyasi yönümdə də xalqı zülm və cəhalətdən qurtardı. İstibdad zəncirlərini qırdı, cəmiyyəti ilahi dəyərlərə, insani mədəniyyətə çağırdı və onlara azadlıq hədiyyə etdi.

İctimai cəhətdən insanları qüdrət sahiblərinin nəfs istəklərinə itaətdən azad etdi. İnsanlar yalnız dəyərlər qarşısında baş əydilər.

Rəsulullahın (s) mədəni cəmiyyətində xalq mədəni, ictimai-siyasi qərarların müzakirəsində iştirak etdirdilər. İlahi siyasi quruluşda bütün cəmiyyət dəyərlərin gerçəkləşməsində yekdildirlər. Xalq ictimai sahələrdə müdiriyyət və siyasətdə iştirak edir, hətta rəsmi şəkildə rəhbərlə iştirak peymanı bağlayırlar. Həzrətin əli zorluların qarşısını alır. Həzrətin çağırışı o dövrün hakimlərinə təqdim ediləndə o qədər ağıllı və azad qəbul edirdilər ki, hamı heyrətdə qalırdı.



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin