UŞAQLARI SEVİNDİRMə
Həzrət (s) çalışardı ki, birlikdə oynamaq və hədiyyə verməklə uşaqları sevindirsin. Bu barədə belə göstəriş verir: «Öz qız övladını sevindirən adam İsmail övladlarından bir qul azad etmiş kimidir. Öz oğlan uşağını sevindirən adam Allah qorxusundan göz yaşı axıtmış kimidir» («Bəhar» 101-ci cild). Uşağın arzu və ehtiyacını yerinə yetirmək onun tərbiyəyə yatımlılığında mühüm rol oynayır.
UŞAĞIN İSTəKLəRİ
Uşaq öz aclığını, susuzluğunu, sevinc və kədərini öz hərəkətləri, ağlaması və ya gülməsi ilə bildirir. Həzrət (s) mehriban olduğu üçün həssas idi və uşaqların istəklərinə diqqət göstərirdi. Oynadığı uşağın ürəyincə hərəkət etməyə çalışırdı. Hətta səcdə halında çiyninə uşaq çıxanda səcdəni uzadardı. Namaz zamanı uşaq fəryad çəksəydi, namazı qısa qılardı. Bunun səbəbi soruşulanda buyurardı: «Uşağın fəryadını eşitmirsinizmi?!» («Fürue-kafi» 6-cı cild).
UŞAĞIN İCİDİLMəSİNDəN ÇəKİNMəSİ
Uşağın ruhunun zərifliyinə görə həzrət heç bir uşağın könlünü qırmazdı. Daim bu məsələyə ciddi yanaşardı. Çünki uşağın qəlbinə dəymək onun vücudunda, bəlkə də, qarşısı alınmaz izlər buraxır. Tə’kid edərdi ki, uşaqlarla yaxın olun. Hətta qucağındakı uşaq onun üstünü murdarlayanda uşağı özündən uzaqlaşdırmazdı. Buyururdu ki, uşağın sidiyindən acıqlı halda qorunmayın. «Uşaq sidiyini qurutmayınca ona mane olmayın» («Bəhar» 16-cı cild). Uşağın incidilməməsi onun dərrakəsini artırır. Uşağın istəyini yerinə yetirəndə o, deyilənləri daha asanlıqla qəbul edir. Sərt rəftar isə uşağın iste’dadını söndürür.
UŞAQ ŞəXSİYYəTİNİN TəRBİYəSİ
Rəsulullah (s) uşağın inkişafı üçün ona şəxsiyyət kimi yanaşırdı. Həzrət belə buyurur ki, övladlarınıza hörmətlə yanaşın, onları təhqir etməyin. («Vəsail» 15-ci cild).
Böyük şəxsiyyətə malik olan həzrət (s) küçədə və bazarda uşaqlara salam verər, onların şəxsiyyətini qaldırardı. («Vəsail» 3-ci cild). Uşağın şəxsiyyətinin uca tutulması tərbiyə üçün faydalıdır.əksinə, şəxsiyyətin təhqiri onu şəxsiyyətsizliyə aparır. Hansı ki, uşağın şəxsiyyətlərinin uca tutulması onun kəramətli və fərzanə bir insan kimi tərbiyələndirir.
RəSULULLAH (S) Və CAVANLAR
Gənclər öz cavanlıq dövrlərinin xüsusiyyətlərinə uyğun olaraq, həm tərbiyəyə yatımlı, həm də yenilikçi və rəngarənclik sevərdilər. Onlar proqramlı, yekcins həyatdan yorulurlar. Cəmiyyətin tə’lim-tərbiyə qurumları o zaman müvəffəqiyyət qazanır ki, gənclərin zövqünü oxşayacaq növbə-növ proqramlar hazırlasınlar. Quru və cazibəsiz tədbirlərdə iştirak etmək gənclər üçün darıxdırıcıdır. Bu qanın dini quruluşda da istisna deyil. Əgər dində ruh olmasa cavanlar təbii olaraq kənarda qalacaqdır. Əslində, bu sayaq yekcinsliyi, quruluğu din adlandırmaq olmaz. Dinlə onun mənbəsi olan vəhydən tanış olmaq olar. İlahi vəhy isə Qur’an və rəvayətlərdə əks olunmuşdur. Din özünü dinşünas adlandıran və öz şəxsi rə’yinə əsaslanan bə’zilərinin düşüncəsi deyildir. Dinə birtərəfli yanaşmadan doğan düşüncələr onu ruhsuz təqdim edir və gənclərin dindən uzaqlaşmasına səbəb olur.
Dini tanıtdıran peyğəmbərlər cəmiyyətin bütün təbəqələri ilə yanaşı addımlayır və öz çiyin yoldaşını insani və ilahi dəyərlərlə maraqlandırırlar. Ona görə də peyğəmbərləri cəmiyyətin təkcə bir təbəqəsi (məsələn, qocalar) əhatə etmir. Onun ətrafında qocalar, cavanlar, qadınlar və kişilər, kasıblar və varlılar toplanır. Bu dairədə ən çox gözə dəyən isə ictimai, iqtisadi, siyasi, hərbi sahələrdə mühüm rol oynayan gənclərdir. Peyğəmbərlər heç zaman bu enerjili nəsli yaddan çıxarmamışlar. Onların ətrafında cavanlar olmuşlar. Rəsulullah (s) cavanları gözəl anlayır, onların meyllərinə diqqət yetirirdi. Həzrət onların əksər istəklərinə, eləcə də cinsi meyllərinə diqqətli idi. Bu ehtiyacların ödənilməsi üçün Rəsulullah (s) çox çalışırdı. Onun dövründə evlənmək olduqca asan idi və böyük xərc tələb etmirdi. Onun cəmiyyətində dargözlük, yersiz tələblər yox idi. Əksər cavanın evlənməsi günün bütün adi işləri kimi olduqca asan idi. Bütün bunlra ilahi cəmiyyətdə gənclərin istəklərinə diqqətin təcəllisidir.
Rəsulullah (s) müxtəlif təbəqələr və cavanlarla məşvərət edərdi. Onların şəxsiyyətini uca tutardı. Həzrətin özünəməxsus xüsusiyyətləri onu cavanlara sevdirirdi və onlar müxtəlif toplantılarda iştirak edirdilər.
Rəsulullah (s) onların hisslərini, meyllərini dərk edərək, onları inandırırdı. Heç bir gənc onun hüzurunda, onun mövqeyindən inciməzdi.
Peyğəmbər (s) bu təbəqəni nəfs izzətinə (nəfsitoxluğuna) diqqətli idi. Onlar e’tiqadlı, şəxsiyyətli və özünə inamlı tərbiyə olunurdular, iste’dadları çiçəklənirdi. Elə buna görə də həzrətin ən möhkəm yoldaşları ona tövhid yolunda kömək edən cavanlar idi.
CAVANLARA Tə’LİM
əgər din gənclərə bu qədər əhəmiyyət verərək, «azğınlar sizin gənclərinizi yoldan çıxarmamış onların sorağına gedin» deyə buyurursa, bunun səbəbi təkcə e’tiqad, inam məsələsi deyil. Müxtəlif baxımlardan gənclərin təhsil alması tə’kid olunur. Həzrət (s) buyurur: «Övladlarınıza atıcılıq və üzgüçülük öyrədin» («Vəsail» 12-ci cild). Həzrət (s) cəmiyyətin ehtiyaclı olduqları fənnlərin qayğısına qalırdı. Hər dövrün öz ehtiyacları vardır. Dini bir cəmiyyət vaxtlı-vaxtında bu ehtiyaclara nəzərə alaraq, sağlam əyləncələrin, idman və sair sahələrin təşkilinə diqqət yetirilməlidir. İste’dadların çiçəklənməsi üçün lazımı şərait yaradılmalıdır.
Dostları ilə paylaş: |