Алманийада йашайан щямвятянимиз, Азярбайъанй азычылар Бирлийинин цзвц, амеа м



Yüklə 0,59 Mb.
səhifə1/3
tarix22.11.2018
ölçüsü0,59 Mb.
#84439
  1   2   3


KİŞVƏRİ

TÜRK DİVANI

AZƏRBAYJAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU



KİŞVƏRİ

TÜRK DİVANI
(avtoqraf nüsxəsi)

BAKI – NURLAN – 2010

Azərbayjan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 3 sentyabr 2010-ju il tarixli 9 №-li ijlasının qərarı ilə nəşr olunur.

Tərtibat və müqəddimə:
Məhəmmədəli Hüseyni
Mətni transfoneliterasiya edən və redaktoru:
Paşa Kərimov,

filologiya elmləri namizədi


Kompyuter icraçısı:
NƏZAKƏT ARİFQIZI
Kişvəri. Türk divanı (Avtoqraf nüsxəsi). Bakı: Nurlan, 2010, 52+53 s.

Möhtərəm tədqiqatçı Hüseyn Müttəqi cənablarına

ithaf edirəm.
KİŞVƏRİNİN TÜRKCƏ ƏSƏRLƏRİ1
I

XIII əsrdən etibarən ümumxalq dili əsasında təşəkkül tap­mağa başlayan Azərbaycan ədəbi dili XV əsrdən İran və eləcə də Azərbaycan ictimai-iqtisadi həyatının uyğun bir əlverişli şəraitində sürətlə inkişaf edirdi. Mədəniy­yət­pər­vər Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahan­şah Qara­qo­yunlu, Uzun Həsən Ağqoyunlu, oğlu Sultan Yəqubun şüurlu surətdə Azərbaycan dilinə əhəmiyyət vermələri1*, ey­ni zamanda Heratda dahi Əmir Əlişir Nə­vai və Sultan Hü­seyn Bayqaranın yaratdığı möhtəşəm ədəbi məktəbin dərin nüfuzu yazılı milli ədəbiyyatımızın çi­çək­lənməsində mühüm rol oynadı. «Həqiqi» təxəllüsü­nü daşıyan Cahanşah Qara­qo­yunlu2, Əmir Əfsəhəddin Hidayət3, Əhmədi Təbrizi4, Də­də Ömər Rövşəni5, Şeyx İbrahim Gülşəni6, Şüruri7, Xətai Təb­rizi8, Xəlili9, Həbibi10, Kişvəri kimi şairlər tərəfindən ya­radılan ədəbi-bədii dil nü­munələrimiz meydana çıxdı.

Adları çəkilən şairlərdən Kişvərinin həyat və yaradı­cılığı diqqətimizi xüsusilə cəlb edir.

XVII əsrin mütəfəkkir şairi Saib Təbrizi özünün «Səfi­nə»sinə Kişvərinin aşağıdakı iki şah beytini daxil etmiş­dir:

Xəstə canım çəkdi ah ol nərgisi-fəttan görüb,

Avçı tək kim ox çıxarub belidən ceyran görüb…

Vəh nə avçıdür gözün kim, qaşlarundan bal açub,

Qafi-qüdrət quşidən iki qanat almış gəlür.

Sultan Yəqubun sarayına yaxın olmuş Kişvəri gözəl şair və mahir bir xəttat kimi müasirləri, xüsusilə Əlişir Nəvai, eləcə də ondan sonra yaşamış şairlərin nəzərini cəlb etmişdir. O, təxminən XV əsrin ikinci yarısında – XVI əsrin əvvəllərində yaşayıb-yaratmışdır.

Müasir dövrün ədəbiyyatşünaslarından ilk dəfə İsma­yıl Hikmət özünün «Azərbaycan ədəbiyyatı tarixi» adlı əsə­rində şair haqqında məlumat vermişdir11. Sankt-Pe­terburqun Şərq muzeyində saxlanan əlyazmada Xətai məs­nəvisinə [№279] rast gələn alim həmin məcmuədə Kişvəri təxəllüslü şairin bir neçə türkcə qəzəlini də gör­müş, əlində olan məhdud materiallar əsasında bu şeirlə­rə münasibətini bildirmişdir12. İsmayıl Hikmət şeirlərinin dil və üslubu əsasında Kişvərinin Azərbaycan şairi oldu­ğunu bildirmiş və eyni zamanda onu həssas və rəvan təb­li şair kimi dəyərləndirmiş, Şah İsmayıl Xətainin müa­siri olduğunu təxmin etmişdir.

1946-cı ildə akademik Həmid Araslı Kişvərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxla­nan əlyazma divanı [M-27] haqqında ilk dəfə məlumat verir.13 Aşkar edilən bu nüsxə şairin həyat və yaradıcılığı ba­rədə daha ətraflı danışmağa imkan verirdi. Həmin əl­yaz­ma əsasında tədqiqatını quran alim şairin bədii ya­ra­dı­cılığını təhlil edərkən onun ədəbi dilimizin inkişafındakı rolunu da xüsusilə vurğulamışdır. Divanı elmi ictimaiyyətə təqdim edən H.Araslı filoloqların, dilçi alimlərin diqqətini şairin yaradıcılığına cəlb etmişdir.

1976-cı ildə professor Cahangir Qəhrəmanov Kişvəri divanının elmi təsvirini vermişdir14. 77 vərəqdən ibarət olan bu yarımçıq və nöqsanlı əlyazma divanında Kiş­və­rinin 253 qəzəli, 9 müxəmməs, 26 rübai və 1 poeması ol­duğunu bildirən alim divanın imla və qrafik-orfoqrafik xü­susiyyətlərinə dair ətraflı məlumat vermişdir.

Dilçi alim Roza Eyvazova 1983-cü ildə nəşr etdirdiyi «Kişvəri divanının dili (morfoloji xüsusiyyətlər)» adlı təd­qi­qat əsəri də diqqətimizi cəlb edir.15

Kişvəri divanı ilk dəfə 1984-cü ildə Cahangir Qəh­rəmanovun tərtibatı və ön sözü ilə çap edilmişdir.16 163 sə­hi­fədən ibarət olan Kişvəri divanının bu nəşrində çox­saylı qüsurların olduğunu görürük. Tərtibçidən əlavə 3 redaktorunun olduğuna baxmayaraq kitab səhvlərlə doludur. Qəzəllərin sıralanma, tərtib prinsipi də pozul­muşdur. Ön sözdə Kişvəri divanının Bakı nüsxəsindən başqa aşkar edilən iki əlyazma nüsxəsi barədə də mə­lumat verilir.17 Onlardan biri Səmərqənd Elmi-Tədqiqat İnstitutunun kitabxanasında, digəri isə Daşkənddə – Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanır. Səmərqənd nüsxəsinin Bakı nüsxəsindən köçürüldüyü məlum olmuşdur.

Sadalanan nüsxələrdən əlavə Kişvərinin Azərbaycan türkcəsindəki divanının bu yaxınlarda aşkar etdiyimiz yeni bir nüsxəsi barədə məlumat vermək istərdik. İlk dəfə Əhməd Münzəvi 1977-ci ildə nəşr etdirdiyi «Fehristi-nüs­xəhaye-farsi» kataloqunda bu yazılı abidənin İranın Par­lament (indiki Məclise-Şuraye-İslami) kitabxanasının ka­ta­lo­qa salınmamış kitabları sırasında mövcud olduğunu bildirmişdir.18 Son illərdə həmin əlyazmaların da kataloqu doktor Seyid Məhəmməd Təbatəbai Bəhbəhani tərəfin­dən tərtib edilmiş və 2007-ci ildə «Fehriste-müxtəsəre-nüsxəhaye-xəttiye-kitabxaneye-Məclise-Şuraye-İslami» adı ilə nəfis şəkildə çap edilmişdir. Həmin kataloqda Kişvərinin 9162-ci nömrə altında mühafizə edilən türkcə divanı barədə məlumat verilibdir.19* Bu yazılı abidənin elmi təsviri indiyədək verilməmişdir. Nüsxə haqqında ve­rə­cəyimiz bütün məlumatları divanın əlyazmasının möh­tərəm alim Hüseyn Müttəqqi vasitəsi ilə aldığımız surəti əsasında əldə etmişik. Təəssüf ki, Bakı və Daşkənd nüs­xələri kimi bu nüsxə də dövrümüzə qədər mükəmməl şəkildə gəlib çatmamışdır. Fars və Azərbaycan türkcə­sində yazılan şeirlərdən ibarət olan bu divanın vərəq­lə­rinin çox hissəsi tökülmüş, yazılı abidədən yalnız 91,5 və­rəq (183 səhifə) qalmışdır. Bunun da 26,5 vərəqi (53 sə­hifə) şairin ana dilində yazdığı qəzəlləri və bir neçə mü­əm­manı əhatə edir. Əlyazmanın Bakı və Daşkənd nüs­xə­ləri ilə müqayisədə (Səmərqənd əlyazması Bakı nüsxə­sin­dən köçürüldüyünə görə hesaba alınmır) yeni aşkar edilmiş nüsxənin ən önəmli və diqqətəlayiq məziyyəti on­dan ibarətdir ki, bu divan şairin öz əli ilə yazılmışdır. Əl­yazmanın əvvəli, ortası və sonundakı bəzi vərəqlər düş­düyü üçün burada bizim tərəfimizdən vərəqlərin nömrə­lənməsi şərti sayılmalıdır. Abidənin keçən əsrin birinci yarısında bərpa olduğu təxmin edilir. Bərpa zamanı cildin arxasına bir ağ vərəq əlavə edilərək yapışdırılmışdır. Şərq əlyazmaçılığında zəhr adlanan həmin vərəqin a tərəfində İranın məşhur alimi Mehdi Bəyani bu əlyazma divan barədə belə yazmışdır: «Məndə Sədi «Bustan»ının bir əlyazma nüsxəsi var ki, onun sonu bu sözlərlə ta­mamlanır: «Kətəbə ələbd əlzəif Kişvəri 896 m[təmam]» Nüsxəni (Kişvəri divanı nəzərdə tutulur - M.H.) həmin «Bustan» əlyazması ilə tutuşdurduqda heç bir tərəddüdə yol vermədən bu divanın şairin (Kişvərinin – M.H.) öz əlilə yazıldığını deyə bilərik.

Əmir Əlişir Nəvai «Məcalisün-nəfais»ində Kişvərinin nəstəliq xətti ilə yazan xoşnəvis (xəttat) şairlərdən oldu­ğunu bildirir. Əlbəttə, bu nəstəliq xətti (Kişvərinin xətti –M.H.) 9-cu əsrin (miladi XV əsr) xoş xətlərindən hesab olunur.

Tarix: Sevvome-xordad mahe -1328-m.1949. Mehdi Bəyani».

Doktor Mehdi Bəyani 1966-cı ildə çap etdirdiyi «Əhval və asare-xoşnevisan» adlı qiymətli əsərində Kişvərini nəs­təliq xəttinin ustad xəttatları sırasına daxil etmişdir. Lakin burada o, Kişvəri haqqında Əlişir Nəvainin deyil, Sam Mirzənin yazdıqlarını qeyd etmişdir. Mövzu ilə bağlı «Məcalisün-nəfais»in bir əlyazma20 və bir farscaya tər­cümə edilmiş çap nüsxəsini21* nəzərdən keçirdik. Bun­ların heç birində Kişvəriyə aid söz-söhbətə rast gəlmədik. Ehtimal etmək olar ki, doktor Bəyani Kişvəri divanının xəttindən danışarkən səhvən Sam Mirzənin «Töhfeyi-Sami»si əvəzinə Ə.Nəvainin «Məcalisün-nəfais»inin adı­nı çəkmişdir. Müəllif «Əhval və asare-xoşnevisan» əsə­rini yazarkən Kişvərinin öz xətti ilə yazdığı divanını gördü­yünü də unutmuşdur. O yazır: «Kişvəri: «Töhfeyi-Sa­mi»də yazılmışdır ki, o, Qəzvinin Rudbarındandır. Nəstə­liq xəttini yaxşı yazardı. Onun xətti ilə yazı məndə vardır. Sədi «Bustan»ının bir nüsxəsini mütəvəssit (orta) qələm­lə, Sultan Əli Məşhədi üslubunda bu tarixdə köçür­müşdür: «Kətəbə əlzəif Kişvəri 896».22

Kiçik ölçülü (rüq’eyi-qit’ə) olan bu əlyazmanın vərəq­lərinin təxmini ölçüsü 20x10 sm, mətnin ölçüsü 14,5x6,5 sm.-dir. Hər səhifə 10 misra (5 beyt) üçün çərçivələn­mişdir ki, bunların da 8 misrası bir-birinin altında, çəlipa surətdə köçürülmüş, 1 beyt isə yan tərəfdə xüsusi çər­çivəyə alınmışdır. Onu da qeyd edək ki, bir qəzəlin bitib, digərinin başladığı, həmçinin müəmmalar və müxəm­məsin köçürüldüyü səhifələrdə misraların sayı 1-dən 4 misraya qədər azalır.

Haqqında danışdığımız əlyazma divanın ilk səhifəsi (1a) bundan öncə gələn itmiş səhifədəki qəzəlin son beyti ilə başlanır:

Can midəhəd sükkane-tora bənde Kişvəri,

Bənde əst mikonəd ədəb bəndegi əda (1a).

Həmin səhifənin başında – haşiyə hissəsində Cənubi Azərbaycanın tanınmış mətnşünas və xətşünas alimi Hacı Mirzə Cəfər Sultan Əlqərainin möhürünü görürük. Məlum olur ki, bu əlyazma divanı vaxtı ilə mərhum alimin şəxsi fonduna daxil imiş.23 Görünür ki, o, bu nüsxənin üzə­rində araşdırma aparması üçün onu alim dostu, həm­karı Mehdi Bəyaniyə vermişdir. Artıq məlumdur ki, ortada Kişvəri tərəfindən köçürülən Sədi «Bustan»ı olmasaydı, bu iki alim bu xüsusda tədqiqata ehtiyac duymayacaqdı. Vərəq 1a-da Sultan Əlqərainin möhürün­dən başqa Məclise-Şuraye-Milli Kitabxanasının və Məhəmməd İbra­him adlı şəxsin möhürləri də vardır. Əlyazmanın 2b, 58b, 64b vərəqlərindən sonra naməlum sayda vərəqlərin düş­düyünü görürük. Nüsxənin farsca şeirlər bölümündə qə­zəl­lərdən başqa bir müxəmməs (60b-62a), 6 rübai (62a-63b) və 8 müəmma (63b-64a) vardır. Farsca şeirlər bö­lümü aşağıdakı beytlə sona çatır:

Çü qönçe dər təbəssüm didəm an ləle-soxənqura,

Qol pərvərde dər qənde-mükərrər yaftəme-u ra(64b).

Şairin ana dilində yazdığı şeirlər əlyazmanın 65a və­rə­qindən, «peyda» rədifli qəzəlin son üç beyti ilə başla­nır:

Kəmər tolğanmayınca bolmaz ol muyi-miyan zahir,

Təbəssüm qılmayınca irməz ol nəqşi-dəhan peyda.

Vərəq 72 b-dən sonra bizə məlum olmayan sayda və­rəqlərin düşdüyü üzə çıxır. Nəticədə

Pərivəş dilbəri kim, çeşmeyi-heyvandin artuxdur,

Nə kim qılsan təsəvvür xubliğindin andin artuxdur

(72b)


-mətləli qəzəl də yarımçıq qalmışdır. Vərəq 73a «sən­siz» rədifli qəzəlin son beyti ilə başlanır:

Həyatındin qərəz sənsən bu fani dünyada yoxsa,

Nə istər Kişvəri bu xaneyi-viran ara sənsiz (73a).

Vərəq 75b-dən sonra yenə vərəqlərin itdiyindən şeir­lərin ardıcıllığı pozulur. Burada

Ey gözün zağı-siyahü zülfi-mişkinin duzağ,

Daneyi-xalın üçün düşmüş duzağınğa duzax

-beyti ilə başlanan qəzəlin də son beyti düşübdür. Hə­min qəzəl M-27 şifri altında saxlanan Bakı nüsxəsində bütöv halda mövcuddur.

Vərəq 76a isə aşağıdakı beytlə başlanır:

Bədr ilə hilalım yüzün ilə əgri qaşın,

Şəbi-qədr ilə bəratım qara zülfü hinduvü xalın (76a).

Vərəq 83b və 90b-dən sonra yenə də vərəqlərin düş­düyünü müşahidə edirik. 84a vərəqi «ayru» rədifli qəzəlin ikinci beyti ilə başlanır:

İrax yüzündin, ey firdovs bağının tazə gülzarı,

Mənəm bir bülbüli-nalan düşüb gülzardin ayru.

Qəzəlin mətləsini Bakı nüsxəsi vasitəsi ilə öyrənirik. 90a vərəqi «barcəsi» rədifli qəzəlin 3 beyti ilə tamam­lanır. Divanın son vərəqi hesab olunan v.91a müəmma­larla bitir. Son vərəqin son beyti belədir:

Çeşmi-tər birlə mənəm ol şəm'inin pərvanəsi,

Dərdi-dil birlə könüldür otindin yanəsi.

Həmin vərəqin haşiyəsində Məclise-Şuraye-Milli və Mirzə Cəfər Sultan Əlqərai kitabxanalarının möhürləri vu­ru­lubdur.

Kişvəri divanının haqqında məlumat verdiyimiz bu nüsxəsindəki 24 bütöv və 2 yarımçıq qəzələ digər nüsxə­lərdə rast gəlmirik. Bu qəzəllər aşağıdakılardır (ilk misra­lara əsasən):

V.65a «Ta əlif tək qamətin mənzil qılıbdır can ara» 7 beyt

V.66a «Necə kim zülfin kimi xatir pərişandır mana» 7 beyt

V.66b «Yüz bəlayə uğradım, ta aşina boldum sana» 7 beyt

V.67b «Gözlərimdin qətrə qanlar sanma hər yandin gəlip» 7 beyt

V.68a «Ey Məsihənfas dilbər, vey mələksima həbib» 7 beyt

V.69b «Hər kimin kim sən təki bir dilbəri-ruhani yox» 7 beyt

V.70b «Ol gül əndamın ki, tubi tək qədü balası var» 7 beyt

V.71a «Ey mana sənsiz gülüstan beytül-əhzandin betər» 7 beyt

V.72a «Gözlərim suyi bilən beyti yüzümdə lalələr» 7 beyt

V.73b «Bu cəhan bağında bir sərvi-rəvanımdır həvəs» 7 beyt

V.74b «Saqınurdum yarı kim, bir qəmküsarım bar imiş» 7 beyt

V.76a «Bədr ilə hilalım yüzün ilə əgri qaşın» 6 beyt

V.76b «Görmuşəm bir mah çöhrə dilbəri-əbru hilal» 7 beyt

V.77a «Zəhi ləli-ləbin şəkkər sözün bal» 7 bal

V.78a «Ləbaləb qandurur bağrımla çeşmi-əşkbarım həm» 7 beyt

V.78b «İstəməzdim yar, vallah, yarım olsaydı mənim» 7 beyt

V.79b «Ey şəm'i-qəmindin dili-büryan bilə oldum» 7 beyt

V.81a «Ey müsəlmanlar, fəğan bir namusəlman əlkdin» 8 beyt

V.81b «Bağrımda tim-tim bağladı qan bir pərivəş yar üçün» 7 beyt

V.83a «Açılmış laleyi-cənnət üş ol gülgun ya­nağın­din» 6 beyt

V.84b «Gərçe mən avarə boldum, ey pəri, yadın bilə» 7 beyt

V.85a «Mən ol divanəyəm kim, gər bir az cami-şərab olsa» 7 beyt

V.86b «Bolmuşam deyr eşigində xaksar, ey müğbe­çə» 7 beyt
Bakı nüsxəsindəki qəzəllərdən onu bu yeni nüsxədə də təkrar olunur:

V.69a «Ey çəkib şaxi-sənubər tək qədü bala yigit» 7 beyt

V.73a «Sənsiz ol bixanüman kim, var idim, varəm hənuz» 7 beyt

V.75a «Ey gözün zaği-siyahü zülfi-mişkinin duzağ» 6 beyt

V.80a «Bu kim ölməkdürür adı, fəraqi-yar imiş, bildim» 7 beyt

V.82b «Səndin ötrü qalmışam ayru diyarü yardən» 7 beyt

V.84a «İrax yüzündin, ey firdövs bağının tazə gülzarı» 7 beyt

V.84a «Mənəm bir bülbüli-nalan düşüb gülzardan ayru» 6 beyt

V.86a «Göz aldırmış yenə könlüm uş ol ibarlü ceyranə» 7 beyt

V.87b «Ey səfayi-sübhdəm, sübhi-visalın sədqəsi» 7 beyt

V.89a «Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusu» 7 beyt

V.89b «Xanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsi» 7 beyt


II

XV əsr Azərbaycan poeziyasının görkəmli nümayən­dəsi Kişvərinin tərcümeyi-halını öyrənmək üçün əlimizdə çox az mənbə vardır. «Töhfeyi-Sami» təzkirəsinin müəl­lifi Sam Mirzə onun barəsində ancaq aşağıdakı sözləri yazmaqla kifayətlənmişdir: «Mövlana Kişvəri Rudbari: Qəzvinin Rudbarındandır. Nəsx və təliq xəttini özünə­məxsus şəkildə yazır və çox şeir deyibdir. Şeirlərinin yaxşısı bu mətlədir:

Novbəhari-rüxət afəti-xəzan mərəsad,

Qubari-qəm be to, ey sərvi-novcəvan, mərəsad».24

Məhəmmədəli Tərbiyət isə onun barəsində yalnız bir cümlə yazmaqla kifayətlənmişdir: «Nemətullah Kişvəri Dilməqani. Türk və fars dillərində şeirlərdən idarət divanı vardır».25

Qeyd etdiyimiz kimi, 1946-cı ildə Bakıda türkcə divanı aşkar edildikdən sonra Kişvəri haqqında daha ətraflı danışmaq imkanı əldə edilmişdir. Həmin divan nüsxə­si­nin ilk tədqiqatçısı akademik Həmid Araslı şairin şeirlərini araşdıraraq, həmçinin prof. İsmayıl Hikmətin də onun bərasində dediyi sözləri nəzərə alaraq Kişvəri yaradıcılığı haqqında elmi mülahizələrini irəli sürmüşdür. O yazır:

«Kişvəri divanında olan qəzəllərdən aydınlaşır ki, şair XV əsrin axırlarında hakimiyyət sürən Ağqoyunlu Sultan Yəqubun sarayına yaxın olmaq istəmiş, dəfələrlə ona müraciət etmişdir. O, şeirlərindən birində yazır ki:

Qələndər Kişvəridir bir süxəndan,

Süxənguyadır üştə kuyi-meydan.

Onun hər beytidür bir dürri-qəltan,

Qulaq verməz ona Yəqub Sultan,

Məni bu qayğı öldürdü, mədəd hay.

Başqa bir şeirində şair Sultan Yəqubun dövrünü arzuladığını bildirir:

Tale'i-bərgəştə bir dəxi qılaydı sərvəri

Kim, cila tapsaydı ol ayineyi-İskəndəri,

Şölə çəksəydi çıraği-tudeyi-Bayənduri,

Vəh nə ləzzət tabğay ol saət qələndər Kişvəri

Kim, görünə rayəti-Yəqubi-xanı bir dəxi.

Buradan aydın olur ki, şair müəyyən müddət, yəni Sul­tan Yəqubun hakimiyyətinin son illəri olan 1490-cı illə­rə qədər sarayda yaşamış, hörmət görmüş, ömrünün gö­zəl illərini burada keçirmişdir. Sultan Yəqubun ölümün­dən sonra şahzadələr arasında gedən müharibələr döv­rün­də isə saraydan kənarda qalıb, öz keçmiş günlərini həsrətlə xatırlamışdır…

Kişvəri üzərində məşhur özbək şairi Əlişir Nəvainin qüvvətli təsiri olmuşdur. Şair həmişə Nəvaini nümunə hesab etmiş, onun qəzəlləri səviyyəsində əsərlər yarat­ma­ğa çalışmışdır. Nəvainin bir sıra qəzəllərini təxmis etmiş, hətta Nəvainin ustadı sayılan özbək şairi Lütfinin də əsərləri ilə yaxından maraqlanmışdır. Bu təxmis və nə­zirələrdən başqa Kişvəri Nəvaini xatırlayaraq bir qə­zəlində yazır:

Nəvai himmətindən Kişvəri əhli-nəzər boldu,

Cəhan mülkün tutar şeiri nəzər bolsa Nəvainin.

Şair hətta başqa bir şeirində Sultan Hüseyn Bayqara kimi şeirə, sənətə əhəmiyyət verən bir hami arzulayıb yazır ki:

Kişvəri şeiri Nəvai şeiridən əksik iməs,

Bəxtinə düşsəydi bir Sultan Hüseyni-Bayqara.

Kişvərinin şeirləri əsasən qəzəllərdən ibarətdir. Bu qəzəllərdə biz şifahi xalq ədəbiyyatından gələn meyllərin qüvvətli olduğunu görürük… Burada dini-təriqət təsirlə­rinə çox az təsadüf olunur. O, son dərəcə sadə, xalq da­nışıq dilindən gələn obrazlı ifadələrdən istifadə edərək yazmış olduğu qəzəllərdə məhəbbətdən bəhs edir…

Böyük Azərbaycan şairi Nəsimidən sonra Azərbaycan dilində belə gözəl, aydın və maraqlı əsərlər yaradan Kiş­vəri XV əsr Azərbaycan şeirinin qüvvətli nümayəndə­lərindən biridir».26

Qeyd edilməlidir ki, Kişvəri Nəvaidən başqa bir neçə Osmanlı şairinin, o cümlədən, «Əhməd» təxəllüslü Əh­məd Paşa və Nizami Qunəvi27 kimi sənətkarların da qə­zəl­lərinə təxmis yazmışdır. İsmayıl Hikmətin bildirdiyi kimi şair, Mehri xatunun

Neyləyim, biçarə könlüm bir dəm olmaz yarsız,

Əbsəm olmaz netə kim, cəhd eylərəm bu arsız

-mətləli qəzəlinə bu beytlə başlanan nəzirə yazıbdır:

Məndən, ey naseh ki, rüsvayi-cəhanəm yarsız,

Arü namus istəmə kim, aşiq olur arsuz.
III

«Töhfeyi-Sami» və «Danişməndani-Azərbaycan» əsər­lərindən fərqli olaraq Təqiəddin Kaşani h.975-1016-cı illərdə (m.1567-1607) yazdığı «Xülasətül-əşar züb­dətül-əfkar» adlı təzkirəsində şair barədə nisbətən ətraflı danışır. Kişvərinin əlimizdə olan Azərbaycan və fars dil­lərindəki divanlarından əldə etdiyimiz məlumatlar, həm­çinin şairin xoşnəvisliyinə (xəttatlığına) dair Sam Mirzə və Mehdi Bəyaninin sözləri bir çox məqamlarda Təqiəddin Kaşaninin verdiyi məlumatla üst-üstə düşür. T.Kaşani ya­zır: «Bəziləri onun əslinin Qumdan, bir çoxları isə Qəz­vinin Rudbarından olduğunu söyləyirlər. Lakin türk nəs­lin­dən olduğu bəllidir… Bir çox sultanların və böyüklərin qulluğunda olmuş və könüllərin məqbulu olmuşdur. Onun zühuru keçmiş Əbülmüzəffər Şah İsmayıl zamanında olub… Türk və gili dillərində də şeir demişdir, xətti də gözəl idi. Bir çox ölkələri səyahət etmişdir… Əsrin ümə­rası onun xatirini əziz tutardılar… Azərbaycanın vəziri Xacə Zeynalabdinə yazdığı həcv qəsidəsi dünyada məş­hurdur. Həqiqətən bu qəsidə onun sənətkar bir şair olduğunu aydın göstərir. Omrünün axırlarında arif və mü­həqqiq olmuşdur. Yəzddə vəfat etmişdir. Vəfat tarixi mə­lum deyil. Qəzəllərdən ibarət divanını görməmişəm. Onun qəzəli azdır. Lakin qəzəl formasında yazdığı əlifba sırasıyla tərtib edilmiş bir neçə müşairəsini (şairlərlə ya­zışma) görmüşəm. Bu xülasəyə (müəllifin «Xülasətül-əşar zübdətül-əfkar» əsəri nəzərdə tutulur – M.H.) onun ən seçilmiş iki qəsidəsini daxil etdik. Bu şeirlər yüz sək­sən beytdən ibarətdir».28*

Artıq məlumdur ki, Təqiəddin Kaşaninin Kişvərinin meydana çıxdığı vaxtı Şah İsmayıl dövrünə aid etməsi səhvdir. Ağqoyunlular dövlətinin süqutundan sonra döv­rün bir çox alim, şair və incəsənət xadimləri Şah İsmayıl sarayına cəlb olunurlar ki, bunlardan biri də Kişvəri ol­muşdur. Şairin oxucuların diqqətinə çatdırdığımız son aşkar edilmiş əlyazma divanındakı

Ey müsəlmanlar, fəğan bir namüsəlman əlkidin,

Namüsəlman demə kim, bir afəti-can əlkidin

-mətləli qəzəlinin son beytində müəllifin Səfəvi dövlə­tinin banisi Şah İsmayıla münasibətini görürük:

Kişvəri, bir cür'ə içsən yoxdur ölməklik sana,

Cami-zərdin Şah İsmaili-sultan əlkidin (v.81b).


Kişvərinin tərcümeyi-halını mümkün qədər ətraflı öy­rən­mək üçün əldə olan məhdud sayda qaynaqların ver­diyi məlumatları müqayisə edərək dəqiqləşdirmək, bu is­ti­qamətdə araşdırmaları davam etdirmək lazımdır. Fikri­mizcə, Kişvərinin farsca divanının Tehran Universiteti kitabxanasında 4289-cu nömrə altında saxlanan nüsxə­sini diqqətlə araşdırmaq qarşıda duran mühüm vəzifələr­dəndir.29 Bundan başqa, bu günə qədər çap edilməmiş bir neçə tarixi mənbədə, o cümlədən, «Təzkirətül-əsa­mi» və «Məcməüş-şüəra və münafiqül-füzəla»31 kimi təz­ki­rələrdə Kişvəriyə dair bəzi məlumatlar ola bilər.

Şairin istər ana dilində, istərsə də farsca yazdığı şeir­ləri əsasən dünyəvi məzmundadır. Akademik Həmid Aras­lının dediyi kimi, Kişvərinin əsərlərində dini-təriqət tə­sirinə çox az təsadüf olunur. Şairin lirikası ümumiyyətlə real bir həyatla əlaqədardır. Şeirlərində o, real həyati sev­gisini, bununla bağlı hissiyyatını, eşqi yolunda döz­düyü məhrumiyyətləri aydın şəkildə əks etdirmişdir. Şai­rin bir müddət ağır, yoxsul günlər yaşaması da şeirindən məlum olur:


Bir xərab olmuş evim var, qış günündə badgir,

Nə dərü nə bamü nə divar, nə balavü zir,

Nə tənurü nə büxari, nə hisarü nə həsir.

Sübhü şamümdür mənim «yövmən əbusən qəm­tərir»,32

Xansı birni söyləyim, ah ancə dərdim var mənim.33

Kişvərinin dili sadədir. Onun Azərbaycan türkcəsində yazdığı əsərlərdə Əlişir Nəvainin, farsca şeirlərində isə Hafizin, bəzən də Sədinin təsirini görürük.

Kişvərinin Azərbaycan türkcəsindəki divanının avtoq­raf nüsxəsini çapa hazırlayarkən Əbdülcəmil,34* Şeyx Süleyman əfəndi35 və Dehxudanın lüğətlərindən istifadə et­mişik. Bir para oxuya bilmədiyimiz və ya mənasını ay­dınlaşdıra bilmədiyimiz beyt və sözləri sətiraltı qeydlər his­səsində sual işarəsi ilə qeyd etmişik.

Mətni diqqətlə nəzərdən keçirib bir para nöqsanların aradan qaldırılmasında, həmçinin bir neçə sözün məna­sının aydınlaşdırılmasında mənə yardım etmiş Fətullah bəy Zövqiyə öz minnətdarlığımı bildirirəm.


MƏHƏMMƏDƏLİ HÜSEYNİ

Berlin, 12 oktyabr, 2009

DİVAN
……………………………………………

……………………………………………


……………………………………………

……………………………………………


65a

1 Kəmər tolğanmayınja bolmaz ol muyi-miyan zahir

Təbəssüm qılmayınja irməz ol nəqşi-dəhan peyda.
2 Göründü xətti-zəngari ləbin ətrafidə vəh kim,

Bolur hər dəm mənimçün bir bəlayi-nagəhan peyda.


3 Ədəm boldi vüjudi-Kişvəri bir sormadan, jana,

Görünməz janı kim, yox ol gədayi-natəvan [peyda].


* * *

65a

1 Ta əlif tək qamətin mənzili-qəlbdir jan ara,

Qalmışam göz mərdümi tək ağlamağdin qan ara.
65b

2 Köksümi dırnaxladım əndaq ki, yüzüm bağrımı,

Sən jigər pərkalədin ayru qəmi-hijran ara.
3 Bağrımü könlüm bu köymüş zar jismim içrədir,

Bir-iki qan qətrəsi kim, qaynaşur büryan ara.


4 İtlərinğə qarşu əfğanlər qılurmən şami-hijr,

Rustayi tək ki, fəryad eyləkay divan ara.

5 Sənsizin… ölükmən həm dilü jan bixəbər,

Fərq iməz şami-əjəl dərviş ilə sultan ara.


6 Xətti-səbz irməz ki, bitmiş ləblərin ətrafidə,

Xızrdır kim, baş çıxarmış çeşmeyi-heyvan ara.


66a

7 Kişvəri qulun əgər gerçək tökərsən qanını,

Yüzi dönsün qiblədin, döndərsə yüz meydan ara.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin