ABA ROLİ-nin Azərbaycanda İnsan Alveri ilə Mübarizəyə dair Maarifləndirmə və Müdafiə Təşəbbüsünə dəstək üçün kiçik qrantlar imkanı
-
Problemin xülasəsi
ABŞ Dövlət Departamentinin İnsan Alveri ilə Mübarizə və Monitorinq Ofisinin (“G/TİP”) 2011-ci il üzrə İnsan Alverinə dair Hesabatına əsasən, Azərbaycanın minimum beynəlxalq standartlara cavab vermək üçün etdiyi səylərə baxmayaraq, bu standarlara tam cavab verə bilmədiyinə görə, ölkə 2-ci Dərəcə Müşahidə Siyahısındadır. Azərbaycan cinsi və əmək istismarı məqsədilə həyata keçirilən insan alveri üçün mənşə ölkədir. Belə ki, insan alveri ilə məşğul olanlar Azərbaycanlı oğlanları və kişiləri Rusiya və Moldovada məcburi surətdə əməklərini istismar etmək üçün hədəfə alırlar. Azərbaycanlı qadınlar və uşaqlar isə həm qonşu ölkələrdə, həm də ölkə daxilində məcburi fahişəlik və dilənçilik etmək üçün insan alverçiləri tərəfindən hədəf götürülürlər. Azərbaycan Şərqi Avropadan və Mərkəzi Asiyadan olan qadınların məcburi fahişəlik etmək üçün BƏƏ, Rusiya, Türkiyə və İrana daşınması üçün bir tranzit ölkəsidir. Azərbaycan həm də burada məcburi tikinti işləri görən Türkiyə, Əfqanıstan və Çindən olan kişilər üçün təyinat ölkəsidir. Habelə çinli qadınlar Azərbaycanda xırda küçə ticarətçiləri kimi məcburi əmək istismarına məruz qalırlar. Hesabatda o da qeyd olunur ki, hökümətin insan alveri ilə mübarizə üzrə 2-ci fəaliyyət planının 2009-cu ilin əvvəllərində qəbul etməsinə baxmayaraq, qurbanların müəyyənləşdirilməsi və onların yardıma çıxışı məhdud səviyyədə qalır, əhəmiyyətli sayda məcburi əmək istismarı qurbanlarını müəyyənləşdirmək və onlara yardım göstərmək üçün edilən səylər lazımi səviyyədə deyildir və cinayətdə iştirakçı olan məmurların istintaqa cəlb olunması, onların ittiham olunması, məhkum olunması və cəzalandırılması sahələrində irəliləyiş etməyə ehtiyac vardır. Bundan əlavə, dünyada çox hallarda olduğu kimi, Azərbaycanda da insan alverinə məruz qalmağa ən çox həssas olan insanların təhsilə, ədalət mühakiməsinə və müdafiəyə çıxışları qeyri-proporsional surətdə məhduddur və onlar əsas etibarı ilə kasıb sosial-iqtisadi təbəqələrə aiddirlər.
Yuxarıda istinad edildiyi kimi, Azərbaycan hökuməti insan alveri probleminin qarşısını almaq məqsədi ilə fəaliyyət planı hazırlamışdır. Digər demokratiya və idarəçilik məsələlərindən fərqli olaraq, hökumət insan alveri ilə bağlı siyasi iradə nümayiş etdirmiş və həmin planı həyata keçirmək üçün ictimai məlumatlandırma kampaniyası da daxil olmaqla bəzi konkret addımlar atmışdır. Buna baxmayaraq, hüquqi xidmətlərə çıxış xüsusən də ucqar bölgələrdə məhduddur və qanunların həyata keçirilməsi və icrası zəif olaraq qalır. Sonuncu qismən hakimlərin, prokurorların və hüquq mühafizə orqanlarının insan alveri ilə bağlı səriştəsizliyi və məlumatsızlığı səbəbindəndir. İnsan Alverinə dair Məruzədə qeyd olunduğu kimi, alver qurbanlarına dəstək xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyac duyulur. Hökumətin fəaliyyət planına “”qurbanların milli göndəriş mexanizmi”-nin layihəsi daxil edilsə də, bu hələ həyata keçirilməyib. İnsan alveri qurbanları üçün yaradılmış qaynar xətt fakitiki olaraq Bakıdan kənarda məlum deyildir. Beləliklə, insan alveri qurbanlarını qorumaq və insane alverçilərinin cinayət təqibini dəstəkləmək üçün daha əhatəli yanaşma çox mühümdür.
-
Dostları ilə paylaş: |