AŞT Layihəsi çərçivəsində verilən tövsiyələrin icrası
Hüquqi çərçivə
Qanunvericilikdə bir sıra irəliləyişlər qeydə alınıb. Hüquqi baza təkmilləşdirilmiş, sadə və sürətləndirilmiş xidmətlər üçün yeni tariflər müəyyən edilmişdir: müvafiq olaraq əmlakın özgəninkiləşdirilməsi haqqında şəhadətnamə üçün 1 və ya 5 gün; mülkiyyət sənədlərinin hazırlanması üçünsə 14 və ya 7 gün.53
İnstutsional çatışmazlıqlar
ŞA təşkilatı ölkə üzrə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsinin hazırlanması istiqamətində davam edən işlərin sürətləndirilməsi ilə bağlı tövsiyə ilə irəli sürmüşdü. Müəyyən işlərin görülməsinə baxmayaraq (məsələn Şəki, Gəncə və Bakının beş rayonu ilə bağlı məlumatların toplanması başa çatdıdılıb) 54, ümumi prosesin 2015-ci ildə55 və ya daha gec yekunlaşdırılacağı gözlənilir. Bu kimi gecikmələr, Dünya Bankını Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan Daşınmaz Əmlakın İdarə olunması layihəsinin müddətini 2014-cü ilə qədərə uzatmağa məcbur edib. Dünya Bankı tərəfindən dəstəklənən layihə əslində 2008-2012-ci illəri əhatə edirdi56.
Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, etik davranış qaydaları ilə bağlı təlim proqramları Bakıdan kənarda yerləşən 18 mərkəzin əməkdaşları üçün keçirilib. Amma bununla belə 2013-cü ildə etik davranış qaydalarının pozulması və bunları qarşı görülmüş tədbirlər barədə məlumat yoxdur.
Dövlət Əmlak Komitəsi qurumla dövlət notariusları arasında məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə müəyyən vəsaitlərin hazırlanması ilə bağlı planları barədə məlumat verib. 57,58 Misal üçün, notariat kontorları əmlakın yüklü olub-olmamasına dair sertifikatı real vaxt rejimində komitədən əldə edə biləcəklər. Eyni zamanda əmlakın ikinci əl bazarda satılmasına razılıqla bağlı notariusun təsdiqini əmlakın statusunun dəyişdirilməsinə baxılması məqsədilə Əmlak Komitəsinə göndərə bilərlər. Demək olar ki, notariatlara ASAN mərkəzlər tərəfindən göstərilən eyni xidmətləri həyata keçirmək səlahiyyəti verilib.
Bununla yanaşı əmlak sahibləri, öz əmlaklarının statusu barədə məlumatı onlayn qaydada ala biləcəklər.
Qaynar Xətt
2012-ci il ilə müqayisədə 2013-cü ildə qaynar xətlərə müraciət edən vətəndaşların sayından artım müşahidə edilib. Belə ki, əgər bir ilə əvvəl cəmi 300 nəfər qaynar xəttin xidmətlərindən yararlanmışdısa, 2013-cü ilin birinci yarısında bu rəqəm 750 nəfərə qədər yüksəlib. Amma əvvəlki illərdə olduğu kimi, bu il də qaynar xəttlərə edilən müraciətləri cavablandıran əməkdaşlara xüsusi təlimlərin keçirilib-keçirilmədiyi və qaynar xəttin fəaliyyətinə nəzarətin aparılması və səmərəliliyinin öyrənilməsi üçün xüsusi şöbənin yaradılıb-yaradılmaması barədə məlumat yoxdur. Bunlar Şəffaflıq Azərbaycan tərəfindən tövsiyə olunsa da icra edilməyib. Gözlənilən idi ki, 2013-cü ildə qaynar xəttlərə daxil olan müraciətlərin analizi ilə bağlı hesabat veb səhifədə yerləşdiriləcək.
Veb səhifə
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin veb səhifəsi kifayət qədər məlumatla zəngindir və səhifənin xüsusi alt bölməsində mütəmadi olaraq yerləşdirilən press relizlər vasitəsi ilə komitənin fəaliyyəti barədə məlumatlar yerləşdirilir. Amma səhifənin sosial şəbəkələrə çıxışı yoxdur59.
Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı, eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Xidmətinin və Komitənin digər alt idarələrin ayrıca veb səhifələrinin yaradılması istifadəçilər üçün lazımi məlumatların axtarılıb tapılmasını asanlaşdırır.
Ümumilikdə onu demək mümkündür ki, Komitə öz veb-səhifəsi yolu ilə şəffaflığın təmini ilə bağlı cəhdlər göstərir.
Elektron xidmətlər
Bu günə olan məlumatlara görə Komitənin aşağıdakı elektron xidmətləri fəaliyyət göstərir. (vahid hökumət portalında da yer alıb60):
İnformasiya sorğusu (digər zəruri sənədlərlə yanaşı);
Daşınmaz əmlakın ünvanının dəqiqləşdirilməsi ilə bağlı sorğular (zəruri sənədlərlə yanaşı);
Daşınmaz əmlaka dair hüquqi səsnədlərin alınması ilə bağlı müraciət (zəruri sənədlərlə yanaşı).
Bununla belə, daşınmaz əmlaka dair kadastr xidmətinin göstərilməsi və kadastr sənədlərinin hazırlanması üçün müraciətlərin (zəruri sənədlərlə yanaşı) qəbulu ilə bağlı bir xidmət verilmir. Eyni zamanda qanunvericiliklə öhdəlik kimi qoyulmasına61 baxmayaraq ünvanın təyin olunması və ünvan xəritələrindən çıxarışların təmin edilməsi xidməti də işləmir.
6 ay əvvəl göstərilməyə başlanan elektron xidmətlərdən istifadə yalnız elektron imza və kart oxuyucuları ilə mümkündür. Artıq sözügdən elektron xidmətlər elektron hökumət portalına inteqrasiya etmişdir. Elektron hökumət portalına daxil olmaqla hüquqi və VÖİN-ə malik olan fiziki şəxslər ASAN imza (ASAN vasitəsilə Vergilər Nazirliyi tərəfindən aparılır) vasitəsilə xidmətlərə giriş əldə edirlər. Digər bir imkan ilə vətəndaşlar, biznes və dövlət qulluqçuları elektron imza (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilir) vasitəsilə elektron xidmətlərə giriş əldə edirlər. Elektron və asan imzaya malik olmayan siravi vətəndaşlar isə portala daxil olduqdan sonra qeydiyyatdan keçməklə xidmətlərdən istifadə edə bilirlər. Aşağıdakı sənədlərdən 3-ünün- Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi, Vergi ödəyicisinin identifikasiya nömrəsi, ümumvətəndaş pasportu, sosial müdafiə kartı və ya sürücülük vəsiqəsi nömrəsini daxil etmək kifayət edir. Bununla vətəndaşlar sadəcə portala autentufikasiya edə bilirlər, elektron şəkildə imza atmaq hüququna malik deyillər. Planşet və smartfon tipli mobil telefonlardan giriş üçün imkanlar mövcuddur62.
Digər dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlər ilə müqayisədə əmlak komitəsi tərəfindən göstərilən xidmətlər bir qədər qəlizliyi ilə seçilir. Məhz bu səbəbdən e-hökümət portalında ən az istifadə olunan elektron xidmət məhz Daşınmaz Əmlakın Qeydiyyatı tərəfindən göstərilən xidmətlərdir.63
Dostları ilə paylaş: |