AşT layihəsi hələ 2005-ci ildən fəaliyyət göstərən, İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzlərinin (alac) əsasında təşkil edilmişdir


AŞT layihəsi çərçivəsində tövsiyələrin həyata keçirilməsi



Yüklə 435 Kb.
səhifə6/16
tarix17.02.2022
ölçüsü435 Kb.
#114463
1   2   3   4   5   6   7   8   9   ...   16
AŞT layihəsi çərçivəsində tövsiyələrin həyata keçirilməsi

Bu hesabat hazırlandığı dövr ərzində, 17 May 2013-cü ildə keçirilən dəyirmi Masada təqdim edilən aşağıdakı tövsiyələr icra olunmuşdur.


Hüquqi çərçivə

Nazirliyə təqdim olunan tövsiyələr paketində əsasən Notariat haqqında qanuna və Notarisuların Davranış Kodeksinə müəyyən dəyişikliklərin edilməsi tövsiyə edilmişdi. Nazirlikdən əldə etdiyimiz məlumata görə bununla bağlı təkliflər Parlamentə və Nazirlər Kabinetinə göndərilib. Göndərilən təkliflərə ŞA tərəfindən edilən tövsiyələr də daxil edilib. Bununla belə, daha ətraflı məlumat əldə etmək mümkün olmayıb. Məlum olan budur ki, təklif edilən tövsiyələrə daxil olan əlavələr əsasən yeni təsis edilən xüsusi notariatların hüquqi çərçivəsini müəyyənləşdirmək ilə bağlı bir sıra ilkin qanun layihələrindən ibarətdir33.


Notariatların fəaliyyəti ilə bağlı qaydalara edilən dəyişikliklərə əsasən notariatlar müraciətçilərin razılığı əsasında ərizələri Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə göndərə bilərlər.
İnstitutsional çatışmazlıqlar

Beynəlxlaq təəcrübənin öyrənilməsi məqsədilə Rusiya, Ukrayna və digər ölkələr ilə təcrübə mübadiləsi aparılıb.


Notariatlarda elektron ödəmənin tətbiqi, bu sahədə korrupsiyanın azalmasına gətirib çıxarıb. ALAC statistikaları da bu faktı təsdiqləyir.
Qaynar xətt

Qaynar xətlərin əməkdaşlarının təlimə cəlb edilməsi və ya qaynar xətlərin fəaliyyətinə nəzarət etmək və səmərəliliyi qiymətləndirmək məqsədilə ayrıca qurumun yaradılması ilə bağlı məlumat yoxdur. Qaynar xətlərə daxil olan müraciətlər və onların həlli ilə bağlı da informasiya əldə etmək mümkün olmayıb


Veb səhifə

Nazirliyin veb səhifəsi xeyli inkişaf etdirilib, lakin sosial şəbəkələrlə bir-başa əlaqə mövcud deyil34.


Elektron xidmət

Notariatlarda (və ölkə boyu Nazirliyin digər strukturarında) elektron qaydada növbəyə yazılmaq imkanına əlavə olaraq notariatların fəaliyyəti və göstərilən xidmətlər barədə məlumat almaq imkanı da yaradılıb35. Bütün bu xidmətlər vahid portala daxil edilib36. Qüvvədə olan qanunvericiliklə təmin edilməli olan vahid interaktiv onlayn xidmət - Dövlət Notariat Arxivindən notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin verilməsi37 Nazirlik tərəfindən icra olunmayıb. Ümid edirik ki, hazırda Nazirlik tərəfindən icrası istiqamətində işlər görülən Elektron Notariatın formalaşdırılması38 çərçivəsində bu xidmət də təmin ediləcək.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ədliyyə Nazirliyinin 300 rəsmisini, əksəriyyəti dövlət notariusları olmaqla elektron imza ilə təmin edib39. Bu notariatlar tərəfindən həyata keçirilməsi planlaşdırılan yeni xidmətin – müraciətçilərin əvəzindən Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı idarəsindən əmlakın yüklülüyünə və ya başqa adla Forma 1-in alınmasını asanlaşadıracaq40.
Dövlət institutlarının şəffaflığı və hesabatlılığı

ŞA tərəfindən təklif edilib ki, sıravi vətəndaşlarla, xüsusilə əyalətlərdə yaşayan vətəndaşlarla daha yaxın təmasın qurulması üçün yerlərdə görüşlər keçirilsin. Görüşlərdə iştirak edən vətəndaşların sayı barədə dəqiq məlumat olmasa da, bu tipli görüşlərin Şəki, Şirvan və digər regionlarda keçirilməsi məlumdur.41


Nazirliyin səhifəsində illik hesabatlar yerləşdirilməsə də, ayrı-ayrı fəaliyyətlərlə bağlı nazirliyin veb səhifəsində yerləşdirilən Ədliyyə qəzetində məlumatlar verilir.
Yekun və Tövsiyələr

Ümumilikdə nazirlik yeni innovativ ideyalara açıqdır və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığa həvəslidir. Lakin, penitensiar xidmətdən savayı, nazirliyin fəalliyətinə müstəqil vətəndaş nəzarətini təmin edən strukturlaşmış mexanizm mövcud deyil.


Nazirliyin veb səhifəsi kifayət qədər əhatəlidir. Veb səhifədə əlavə sub-səhifələrin köməkliyi ilə alt şöbələr barədə məlumatlar yerləşdirilir. Nazirliyin qaynar xətti fəaliyyət göstərsə də, müraciətlərin həlli ilə bağlı ictimaiyyət üçün açıq olan təhlil mövcud deyil.
Mövcud qanunvericilik xüsusi notariusların fəaliyyətini tənzimləmək üçün yetərli deyil və inkişaf etdirilməsinə ehtiyac duyulur.
Onlayn xidmətlər daha çox informativ xarakter daşıyır və elektron xidmət kimi qiymətləndirilməsi ilə bağlı narahatçılıqlar mövcuddur. Bu günədək, hökumət tərəfindən öhdəlik kimi müəyyən edilən yeganə interaktiv xidmət həyata keçirilməyib. Notariusların Notariat Arxivin elektron bazasına girişi təmin edilməlidir.
Veb səhifədə dağınıq halda mövcud olan fəaliyyətlərlə bağlı məlumatlar illik hesabat formasında dərc edilməlidir.
ŞA təşkilatı xüsusi notariusların sayının arıtılması ilə bağlı hökumətin səylərini dəstəkləyir. Vətəndaşların hüquqi biliklərinin zəif olmasını nəzərə alaraq hesab edirik ki, notariuslar elektron imza tələb edən bəzi elektron xidmətlər də daxil olmaqla dövlət ilə vətəndaşlar arasında müxtəlif səviyyəli transaksiyaların keçirilməsi zamanı hüquqi təmsilçi qismində çıxış etmə səlahiyyətinə sahib olmalıdırlar. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qeydiyyat idarəsinə göndərilməsi ilə bağlı tətbiq edilməyə başalanan yeni alətlərin gələcəkdə daha da inkişaf etdirilərək əmlakın statusu ilə bağlı dəyişikliklərin edilməsi və eyni zamanda digər sənədləşdirilmələrin aparılması üçün lazımı formalar hazırlanmalıdır.

Yüklə 435 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin