Elektron səhifə
Nazirliyin hələ 2011-ci ildə elektron səhifəsi olsa da, o yalnız qurumun strukturu haqqında əsas məlumatları özündə əks etdirirdi. İnternet səhifəsinin sonradan əhəmiyyətli şəkildə təkmilləşdirilmiş versiyası məlumatlandırıcı və interaktivdir. Mövcud səhifə Əmək Nazirliyi tərəfindən göstərilən xidmətlər və ÜSY-a müraciət üçün şərtlər haqqında ətraflı məlumat verir. Məsələn, Nazirliyin 2012-ci ildə apardığı fəaliyyətlərin əsas məqamları müntəzəm şəkildə hazırlanmış və qurumun rəsmi internet səhifəsində yerləşdirilmişdir (www.mlspp.gov.az).
Elektron xidmətlər7
Rüşvət tələb olunması hallarını əhəmiyyətli surətdə məhdudlaşdıran elektron xidmətlərin həyata keçirilməsinin təkmilləşdirilməsi üçün Nazirlik istifadəçilərə yeni elektron imkanlar istifadəyə vermişdir. Bu elektron imkanlar Nazirliyin yeni portalında (www.mlspp.gov.az) ünvanlı sosial təminat üçün müraciətlərin qəbulu və sənədləşmə məqsədilə yaradılmışdır. Alt başlıqlarda qanunlar, qeydiyyat formaları, sənədlər və TSA haqqında digər vacib məlumatlar daxil edilmişdir. 2012-ci ildə nazirlik tərəfindən təqdim olunan elektron xidmətlər tam avtomatlaşdırılmamış, sadəcə elektron müraciət formasında olmuşdur. Bundan başqa, Dövlət Sosial Təminat Xidmətinin rəsmi internet resursları da yaradılmışdır.
Əgər 2011-ci ildə Nazirlik tələb olunan 18 elektron xidmətdən yalnız 4-nü həyata keçirirdisə, 8 2012-ci ildə dövlət qurumlarının elektron xidmətlərinin monitorinqi 56 orqanın elektron səhifələri sırasında Əmək Nazirliyinin veb-səhifəsini 7-ci yerə yüksəltmişdir. 9
Benefisiarların xüsusi vəziyyətini nəzərə alaraq (beləki, ÜSY alan insanlar əhalinin ən yoxsul və az təhsilli hissəsidir) müraciətlər həm də poçt vasitəsilə qəbul olunur.
Dövlət institutlarının şəffaflığı və hesabatlılığı
Əmək Nazirliyi ŞA-nın tövsiyəsindən sonra vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə İctimai Şura (İŞ) təsis edən ilk dövlət qurumlarından biri olmuşdur. Nazirliyin 5 əməkdaşı ilə birlikdə Azərbaycanın 5 əsas QHT və institutlarıdan olan Şəffaflıq Azərbaycan, Konstitusiya Araşdırmalar Fondu, QHT-lərin Milli Forumu, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və Ombudsman Aparatı bu şuranın üzvləridirlər. Şuranın yarandığı gündən bəri 8 iclası keçirilmişdir. Bu iclaslardan biri yeni təmir olunmuş Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində baş tutmuşdur.
İctimai Şuranın iclaslarında əsas diqqət aşağıdakı məsələlərə yönəlmişdir:
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi və onların inkluziv həyat şərtləri ilə təmin olunması;
“Əlillərin sosial hüquqlarının müdafiəsi haqqında” 2012-2015-ci illər üzrə Dövlət Proqramına dair ictimai dinləmənin keçirilməsi və vətəndaş cəmiyyəti üzvləri tərəfindən təkliflər əsasında dəyişikliklərin edilməsi;
Nazirliyin “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı” və “Açıq Hökumət Tərəfdaşlığı üzrə Milli Fəaliyyət Planı” tərəfindən elan olunan məqsədlərlə bağlı Nazirliyin Fəaliyyət Planının vətəndaş cəmiyyətilə müzakirə olunması;
Sosial Yardım Proqramının monitorinqinin nəticələri;
Yeni qanunvericiliyin tətbiqinin sürətləndirilməsi üçün həyata keçirilməli olan tədbirlərin müzakirə edilməsi. 10
İŞ tərəfindən nazirliyin mandatına uyğun olan sahələrə müvafiq olaraq aşağıdakı məsələlərin həlli ilə məşğul olan 4 işçi qrupu yaradılmışdır: əlillərin sosial müdafiəsi, sosial yardım proqramları, sosial müdafiə xidmətləri və əmək hüquqları. Müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT-lər müvafiq qruplara daxil edilmişdir. Nazirliyin kifayət qədər məlumatlandırıcı elektron səhifəsi mövcuddur. Həmçinin, nazirlik daxilində fəaliyyət göstərən agentliklərin elektron səhifələri və səmərəli qaynar xətləri də vardır. Nazirlik qurum daxilində şəffaflığın təmin olunması və korrupsiya hallarının azaldılması üçün addımlar atmaqdadır. Buna baxmayaraq, ALAC müraciətçilərinin şikayətləri onu göstərir ki, kiçik korrupsiya halları hələ də qalmaqdadır.
ŞA təklif etmişdir ki, Nazirliyin əməkdaşlarına innovasiyalarla bağlı təlim keçilsin. Bu məqsədlə Nazirliyin Əmək və Sosial Məsələlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzi tərəfindən informasiyaya əlçatanlıq və informasiyanın çatdırılması mövzusunda təlim proqramları həyata keçirilmişdir. Təlimlərdə, həmçinin İŞ və QHT nümayəndələri də iştirak etmişdir. Bundan başqa, dövlət işçilərinin korrupsiya barəsində məlumatlılığının artırılması üçün, nazirliyin sosial təminat sahəsində çalışan əməkdaşlarına davranış qaydaları haqqında təlimlər keçilmişdir.
ŞA tövsiyə etmişdir ki, Nazirlik və QHT-lərin iştirakı ilə televiziya və radio proqramları hazırlansın. Vətəndaşların yüksək vəzifəli məmurlara əlçatanlığının təmin edilməsi üçün (xüsusilə, regionlarda) ŞA insanlarla yerlərdə görüşlərin keçirilməsini təklif etmişdir. Nazirliyin rəsmisi tərəfindən rayonlarda 950 vətəndaş qəbul olunmuş və bu nəticədə şikayətlərin 22% azalmasına gətirib çıxarmışdır. Bundan əlavə, Nazirliyin 35 regional mərkəzi vətəndaşlara elektron xidmətlərdən istifadə etmək və video konfranslar keçirmək üçün imkanlar təklif edir. Bu imkanlar ucqar rayonlardan Bakıya gələn vətəndaşların sayını əhəmiyyətli dərəcədə azaltmış və nazirliyə işçilərinin peşəkar fəaliyyətinə nəzarəti təkmilləşdirmək imkanı vermişdir.
Həmçinin, məmurlar tərəfindən vətəndaşların qəbulu qaydaları yaxşılaşdırılmışdır. Beləki, vətəndaşlar üçün monitorinq sənədi hazırlanmış və müvafiq idarələrə vaxtı-vaxtında həyata keçirilməsinə nəzarət edilməsi üçün göndərilmişdir. Rəhbərlik tərəfindən vətəndaşların qəbul günlərinin cədvəli rəsmi internet portalına və nazirliyin binasının girişinə yerləşdirilmişdir. Nazirliyin struktur şöbələrində quraşdırılmış kameralar vasitəsilə vətəndaşların distant qəbulu həyata keçirilmişdir. 2012-ci ildə rəhbərlik tərəfindən şəxsi qaydada 579 vətəndaş qəbul olunmuş və şikayətləri dinlənilmişdir.
2012-ci ildə 153-dən çox press reliz və hesabatlar hazırlanmış və yerli mətbuatda yayılmış, nazirliyin yüksək vəzifəli məmurları tərəfindən 100 izahat xarakterli çıxış çap və elektron mediada, o cümlədən müxtəlif rayonlarda keçirilmiş mətbuat konfransları və ictimaiyyətlə görüşlərdə işıqlandırılmışdır. Nazirliyin fəaliyyətləri və korrupsiya qarşı mübarizə haqqında buklet və flayerlər QHT-lərin əməkdaşlığı ilə hazırlanmış və paylanılmış və Azərbaycan Dövlət Televiziyası, Xəzər TV, Lider TV və digət televiziya kanalları və çap mediyada işıqlandırılmışdır.
Dostları ilə paylaş: |