a) məqsədinə görə:
auditin məqsədi – mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında fikir söyləmək, xidmət, kömək göstərmək, müştəri ilə əməkdaşlıq;
təftişin məqsədi – çatışmazlıqların müəyyən edilməsi, onların aradan qaldırılması və təqsirkarların cəzalandırılması.
b) xarakterinə görə:
audit – sahibkarlıq fəaliyyətidir;
təftiş – icra fəaliyyətidir, göstərişlərin yerinə yetirilməsidir.
c) qarşılıqlı əlaqələrin əsasına görə:
audit – könüllü (müqavilə əsаsındа həyаtа keçirilir), məcburi (öz mаliyyə hesаbаtlаrını dərc etdirməli оlаn təsərrüfat subyektləri üçün);
təftiş – məcburilik, yuxarı orqanların və ya dövlət orqanlarının sərəncamı ilə həyata keçirilir.
d) idarəetmə əlaqəsinə görə:
audit – üfüqi əlaqə, müştəri ilə qarşılıqlı əlaqədə eyni hüquqluluq, onlar qarşısında hesabat verilməsi;
təftiş – şaquli əlaqə, yuxarı bölmə tərəfindən təyin olunur, icrası haqqında onlar qarşısında hesabat verir.
Dostları ilə paylaş: |