Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Auditin yaranması. Fəaliyyət növü kimi auditə IX əsrdə İngiltərədə Vilhelm tərəfindən "İngiltərə təsərrüfat həyatında hesab və ölçüyə" təkan verildi



Yüklə 141,45 Kb.
səhifə7/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   2   3   4   5   6   7   8   9   10   ...   77
Auditin yaranması. Fəaliyyət növü kimi auditə IX əsrdə İngiltərədə Vilhelm tərəfindən "İngiltərə təsərrüfat həyatında hesab və ölçüyə" təkan verildi. Bu zaman romalıların mühasibat qaydaları iqtisadi halların uçota alınmasında istifadə olurdu. Məhz o vaxt mühasib (accountant) ümumi anlayışından auditor (auditor) anlayışı ayrılmaüa başlamışdır. London işgüzar dairəsində audit 1200-cü ildən tətbiq olunub. Kralın audit haqqında ilk yazılı məlumat XIII-XIV əsrlərə aid edilir. Belə ki, məsələn, 1298- ci ildə İngiltərədə tərkibində şəhərin meri, muni­sipalitet üzvləri, şerif və digər şəxslər daxil olan auditor komissiyası tərəfindən London Sitinin qof­meystrinin fəaliyyətinin yoxlanılmışdır. Artıq 1324-cü ildə kralın yazılı fərmanı ilə Oksford, Berkşir, Cənubi Emiton, Uils, Samset və Dorsetdə auditorlar təyin edilmiş, uçot kitablarından məhkəmədə sübut kimi istifadə olunmaüa başlamışdır. Təqr­ibən həmin illərdə London Sitidə seçilmiş vəzifəli şəxslərin tərkibində auditor­lar da var idi. Həmin dövrdən başlayaraq arxivlərdə munisipalitetlərin, xüsusi tor­paq sahiblərinin və digər bizneslə məşüul olanların hesabatının mü­tə­madi auditinin aparılması haqda çoxsaylı faktlar vardır. Belə­liklə, ilkin audit iki sferada inkişaf etməyə başlamışdır: şəhər nü­ma­yəndələri tərəfindən mə­murların fiskal siyasətinin yoxlanıl­ma­sında, vergi ödəyiciləri olan təsərrüfatlarda uçot yazılışlarının və ver­gi tutu­lan mənfəət məbləüi­nin hesablanmasının düzgün­lüyünün auditor­lar tə­rəfindən yoxlanılmasında.

Mühasibat uçotu haqqında elmin əsaslarını əks etdirən, mühasibat uçotuna həsr edilmiş ilk kitabın - "Hesablar və yazılışlar haqqında trakt”ın müəllifi Luk Paçoli (1445-1515) nəzarətin zəruriliyini göstərmişdir. O yazırdı ki, Senat düzəl­məyən maklerləri və mühasibləri ciddi cəzalandırır və "mən əvvəllər buraxdığı səhvlərə görə cəzalandırılan çox insanları tanıyırdım. Düzgün olaraq həmin təşki­latlarda kitabların doğru və ya yanlışlıqlara yol verilməklə tərtib olunmasını yoxlayan şəxslər təyin edildi".

Birinci mərhələ. XVII əsrin sonunda Şotlandiyada müəyyən və­zifəli şəxslərin şəhər auditoru qismində fəaliyyət göstərmələrini qa­da­ğan edən qanun qəbul edil­di. 1853-cü ildə rəsmi olaraq auditor­la­rın Edinburq institutu təsis edildi. Böyük Brita­niya auditin vətəni he­sab edilir. Burada 1844-cü ildə səhmdar şirkətlərin mühasibat kitab­la­rının və hesabatlarının sərbəst mühasiblər tərəfindən yoxlanmasını və yoxla­manın nəticələrinin səhmdarlara çatdırılmasını nəzərdə tutan qa­nunlar paketi qə­bul edilmişdir. ABŞ-da 1887-ci ildə Auditorlar Assosiasiyası təsis edildi, 1896-cı ildə Nyu-York ştatında qa­nun­ve­ricilik əsasında auditor fəaliyyəti reqlamentləşdirilmişdir. Məhz o vaxt­dan ixtisas üzrə imtahanı müvəffəqiy­yətlə vermiş və auditor fəaliy­yəti ilə məşüul olmaq üçün lisenziya almış diplomlu mühasiblər auditor vəzi­fə­sini tuta bilərdi. Dəmir yollarının salınması və sıüorta şirkətlərinin, bankların və səhmdar cəmiyyətlərinin artması ilə əlaqə­dar XIX əsrin ortalarında professional auditor işgüzar aləmdə önəmli yer tutmaüa başladı.

Mühasib-auditorların meydana çıxması XVIII əsrə təsadüf edir. Ilk пrofessional mühasib Corc Uotson (1645-1723) bəzi şotland sahibkarlara özlərinin hesabatla­rını yoxlamağı məsləhət görmüşdür. Yoxlama yüksək nəticə verdiyindən şotland­lar belə yoxlamaların aparılmasına üstünlük verməyə başladılar. Eyni zamanda maliyyə-təsərrüfat proseslərinin inkişafı və mürəkkəbləşməsi professional mühasib-auditorların formalaşmasını şərtləndirmişdir. Artıq 1773-cü ildə Edinburqun ünvan kitabında yeddi auditorun adı, 1805-ci ildə ayrıca nəşr olunmuş ilk auditor məlu­mat kitabında 17 auditorun adı göstərilmişdir. Uilyam Velş Deylot ilk pro­fes­sional auditorlardan biri sayılır. O, auditor yoxlamalarında özünü göstərmiş mütəxəssis kimi məşhur idi. Deylot ingilis dəmir yolu və mehmanxana biznesi üzrə maliyyə hesabatı sistemini işləyib hazırlamışdır ki, həmin sistemin əsasları indi də onun vətəni Ingiltərədə tətbiq edilir.

Ingilis müəllif Riçard Braun 1905-ci ildə dünyada 11 min auditorun fəaliyyət göstərdiyini və onların yarısının Böyük Britaniya­nın payına düşdüyünü yazırdı.

1867-ci ildə Fransada müfəttişlər tərəfindən səhmdar cəmiy­yət­lə­rin balansla­rını yoxlamaq və qiymətləndirməyi nəzərdə tutan qa­nun­lar təsdiq edildi.

Almaniyada da 1870-ci ildə auditin tətbiqi üzrə müəyyən cəhd­lər olmuşdur. Be­lə ki, səhmdar cəmiyyətləri haqqında qanunda ba­lan­sın yoxlanması vacib şərt kimi öz əksini tapmışdır. Lakin həmin qanun­da yoxlamanın kim tərəfindən – müəssisə­nin daxili nəzarət­çi­ləri və ya kənardan dəvət olunmuş mütəxəssislər tərəfindən апa­rıl­mаsı göstəril­mirdi. Xarici auditorlar tərəfindən məcburi yoxlamaların daha dol­ğun təsviri 1931-ci ildə verilmişdir.

Auditorların fəaliyyətinin təşkili və reqlamentləşdirilməsinə dövlətin müdaxiləsi dərəcəsi müxtəlif ölkələrdə müxtəlifdir. Məsələn, Böyük Britaniyada dövlət bu iş­­lərə müdaxilə etmir, Fransada, Ita­liyada, Almaniyada dövlət tərəfindən ciddi nəzarət və idarəetmə möv­cuddur. Sonuncu ölkələrdə auditor kadrlarının formalaş­ması, onların peşəkar hazırlanması və cari fəaliyyətinə dövlət tərəfindən birbaşa nə­za­rət olunur.

Maliyyə hesabatları göstəricilərinin dürüstlüyünün təsdiq edil­mə­si­nə ist­ifadə­çilərin maraüının artması auditorların hazırlanma­sın­da key­fiyyətin yüksəldilmə­sinə təsir göstərmiş və artıq 1854-cü ildə Ingil­tə­rə­də ilk diplomlu mühasib şəhadətnamə­si verilmişdir. Müfəttişlərin (auditorların) rəsmi adları müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Ingiltə­rə­də və bir sıra ingilisdilli ölkələrdə mühasibat uçotu peşəkar­la­rı "imtiyazlı mühasiblər" (chartered accountants), ABŞ-da "yüksək ix­ti­saslı diplomlu mühasiblər" (Certified Public Accountant), Fran­sa­da - "mühasib-ekspertlər (Ex­pert Comtable) və "hesablar üzrə ko­mis­sar­lar" Comissair aux covptes), Almaniyada - "təsərrüfat nə­za­rət­çi­lə­ri" (Wirtschaftsprufer) və ya "kita­bların nəzarətçiləri" (Buchprufer) ad­landırılır. ßksər ölkələrdə auditorların yüksək təhsil alması, müəyyən iş staúına malik olması, ixtisas imtahanlarını verməsi və nə­hayət, təmiz imicinin olması əsas şərtdir.

Ikinci mərhələ 1950-ci ildən sоn­rаkı dövr­ü əhatə edir. Əksər ölkə­lər­­də öz fili­allarını və nü­mayəndəliklərini yaratmış iri transmilli auditor - məsləhət firmaları inkişaf et­məyə başlamışdır. Bu dövrdə auditor xidməti bazarının əsas meyli peşəkar qay­da­da xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış şirkətlərin möhkəmlən­məsi, konsal­tinq (məsləhətlərə) tələbatın nəzərə çarpacaq artması ilə xarakterizə olunurdu. Şir­kətlərin birləşməsi və ya ayrılması və müəssisənin maliy­yə sabitliyi ilə baülı mə­­sə­lələr üzrə məsləhət xidmətlərinə tələbat bö­yük­dür. Son dövrlərin təcrübəsi göstərir ki, məsləhət xidməti xa-rakterli auditə tələbat demək olar ki, yoxdur və bu baxımdan onun potensial inkişafı üçün zərurət aradan qalxmışdır.



Audit – Mühasibat hesabatlarının müstəqil surətdə yoxlanılması üzrə auditorların sahibkarlıq fəaliyyəti və digər auditor xidmətlərinin göstərilməsidir.

Audit – sahibkarlıq fəaliyyətinə aiddir.

Auditin predmeti – iqtisadi subyektin mühasibat hesabatında toplanmış informasiyadir.

Mühasibat hesabatına aiddir:



  • mühasibat balansı;

  • mənfəət və zərərlər haqqında hesabat;

  • kapitalın hərəkəti haqqında hesabat;

  • pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

  • balansa qoşma;

  • şərhedici qeydlər.

Hər bir mühasibat hesabatı özünə aid olan informasiyanı daşıyır:

  • mühasibat balansı – təşkilatın tarixinə mülk və maliyyə vəziyyətini əks etdirir;

  • mənfəət və zərərlər haqqında hesabat - təşkilatın hesabat tarixinə fəaliyyətinin maliyyə nəticələrini əks etdirir;

  • pul vəsaitlərinin hərəkəti haqqında hesabat – hesabat dövründə müəssisənin hesabında olan, hesaba daxil olan və xərclənən pul vəsaitləri haqqında informasiyanı əks etdirir və s.



Auditin məqsədi – mühasibat hesabatında toplanmış informasiyanın həqiqiliyini müəyyən etməkdir.

Beynəlxalq auditor standartlarının tələblərinə uyğun olaraq, həqiqi mühasibat hesabatı aşağıdakı kriteriyaları ödəməlidir:



  • mövcudluq( hesabların saldoları üzrə təsdiq edilir);

  • yaranma(hesablar üzrə dövriyyənin həqiqiliyi ilə təsdiq edilir);

  • hüquq və vəzifələr(hüquqi sənədlərlə təsdiq edilir);

  • dolğunluq(uçot registrləri ilə təsdiq edilir);

  • qiymətləndirmə(hesabatın müvafiq maddələri ilə təsdiq edilir);

  • dəqiqlik(faktların zaman üzrə baş verməsi ilə təsdiq edilir);

  • təqdimetmə və açılış( hesabatda daxili ziddiyyətin olmaması ilə təsdiq edilir).


Auditin əsas məqsədi – hesabatın həqiqiliyinin yoxlanmasıdır.

Auditin aparılmasının əsas şərti – auditorun müstəqilliyidir.

Auditor yoxlamalarının mərhələləri.


  1. Təşkili işlər və planlaşdırma:

  • auditin aparılması üçün müştərinin rəsmi təklifi;

  • maliyyə-təsərrrüfat fəaliyyəti ilə tanışlıq;

  • audit proqramının və ümumi iş planının işlənməsi və razılaşdırılması;

  • auditin keçirilməsi barədə məktub hazırlanması;

  • auditin keçirilməsi barədə müqavilənin imzalanması.







  1. Auditor sübutlarının toplanması:

  • nəzarət vasitələrinin testləşdirilməsi;

  • mahiyyət üzrə yoxlamalar prosedurunun həyata keçirilməsi.

  1. Auditin yekunlaşması:

  • auditor sübutlarının sistemləşdirilməsi və ümumiləşdirilməsi;

  • audit nəticəsində əldə edilmiş nəticə barədə audit edilən şəxsin rəhbərliyinin məlumatlandırılması;

  • auditor rəyinin tərtib edilməsi.

Auditor firmalarının auditorluqdan başqa hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur.


Mövzu 3.Auditin idarəetmə funksiyası.


Auditor yoxlamasının metodikası – auditor təşkilatının kommersiya sirridir və bu məsələ iqtisadi ədəbiyyatda aşkarlanmır.

Audit yoxlamasının metodikasında 4 yanaşma vardır:



  1. Mühasibat yanaşması;

  2. Hüquqi yanaşma;

  3. Sahəvi yanaşma;

  4. Xüsusi yanaşma.

Maliyyə hesabatlarının hazırlanmasına, tərtibinə və təqdiminə məsuliyyəti – audit aparılan şəxsin rəhbəri – daşıyır.

Audit aparılan şəxsin rəhbəri – yoxlama üçün zəruri olan məlumatların 3-cü şəxsdən soruşulmasına borcludur.

Auditor yoxlamasının həyata keçirilməsi metodları.



Auditor yoxlamasının həyata keçirilməsi metodları dedikdə, auditor yoxlaması üçün müəyyən üsulların sistemi nəzərdə tutulur. Auditor yoxlamasının həyata keçirilməsinin 5 metodu vardır:

  1. Tam yoxlama – riskli əməliyyatlar olduğu halda, detallar üzrə yoxlamanı nəzərdə tutur;

  2. Qismən yoxlama- seçim reprezentativ olmalıdır:

  • seçim təsadüfi olmalıdır;

  • seçim sistematik olmalıdır;

  1. Seçim tam və qismən yoxlamanın kombinasiyası olmalıdır;

  2. Sənədli(kameral) yoxlama - yoxlanılan obyektə getmədən, inventarizasiya aparmadan, mühasibat və vergi hesabatlarının öyrənilməsi ilə məhdudlaşır;

  3. Faktiki yoxlama- yoxlanılan obyektə getməklə həyata keçirilir.


Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin