Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


İcra elementi və qurğuları



Yüklə 1,39 Mb.
səhifə45/70
tarix10.01.2022
ölçüsü1,39 Mb.
#109579
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   70
6. İcra elementi və qurğuları

6.1. İcra element və qurğularının təsnifatı və ümumi xarakteristikaları
Avtomatik sistemlərin icra elementləri idarə obyektinin tənzimləyici orqanına idarəedici təsir yaratmaq üçündür. Bu halda tənzimləyici orqanın və müvafiq olaraq idarə obyektinin vəziyyəti və halı dəyişir.

İdarəedici təsirdən asılı olaraq icra elementləri iki növ qur­ğulara ayrılırlar: güc və parametrik. Tənzimləyici orqanın fəza və­ziy­yəti o zaman dəyişir ki, icra elementi idarəedici təsiri güc və ya moment şəklində yaradır. Belə icra elementləri güc qurğuları ad­lanır. Güc qurğularına elektromaqnitlər, elektromexaniki muf­ta­lar, müxtəlif növ mühərriklər aiddir.

Tənzimləyiji orqanın vəziyyətinin dəyişməsi onun para­metr­lərinin (müqavimət, maqnit seli, temperatur, sürət və s.) və yaxud tənzimləyiji orqana tətbiq olunan enercinin parametrlərinin (gər­ginlik, cərəyan, tezlik, faza-elektrik qurğularında; işçi mühitin təz­yiqi – pnevmatik və hidravlik qurğularda) dəyişməsi ilə əla­qədardır.

Tənzimləçyiji orqanın vəziyyətini dəyişən ijra qurğuları para­metrik ijra elementləri adlanırlar. Parametrik ijra elementləri kimi əsasən elektromaqnit releləri, kontaktorlar, tiristor və tranzistor releləri istifadə olunurlar. Bəzi ijra elementlərində güjləndirijilər onların ayrılmaz hissəsi kimi təsir göstərirlər; bu halda onlara vahid dinamik element kimi baxmaq lazımdır.

İjra elementləri üç əsas qurğudan təşkil olunur: servo­mü­hərrik, qida mənbəyi və yükdən. Servomühərrikin növündən asılı olaraq ijra elementləri elektrik, hidravlik və pnevmatik növlərinə ayrılırlar. Elektrik servomühərrikləri iki növdə olurlar: sabit və dəyişən jərəyan servomühərrikləri.




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin