Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Hidravlik və pnevmatik gücləndiricilər



Yüklə 1,39 Mb.
səhifə44/70
tarix10.01.2022
ölçüsü1,39 Mb.
#109579
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   70
Hidravlik və pnevmatik gücləndiricilər
Hidravlik güjləndirijilər hidravlik və elektrohidravlik avto­matik tənzimləmə sistemlərində siqnalları güjə görə güjləndirmək üçün istifadə olunur. Bütün hidravlik güjləndirijilər iki sinfə ayrı­lırlar: drosselli və şırnaqlı.

Drosselli gücləndirijilər böyük çıxış gücünə və cəldişləməyə malikdirlər.



Avtomatik tənzimləmə sistemlərində bir tərəfdən təsirli və iki tərəfdən təsirli drosselli güjləndirijilər tətbiq edilirlər. Axırıncılar daha böyük cəldişləməyə malikdirlər. Çıxış gücünü artırmaq üçün dro­sselli gücləndiricilərin ikikaskadlı qoşulmasından istifadə olunur.

Şırnaqlı hidravlik gücləndiricilərin əsas elementi şırnaq bo­rusu olub, döndərici borudan ,iki soplolu qəbuledijidən , həssas elementin təsir etdiyi elementdən təşkil olunmuşdur

Nəzəri olaraq şırnaqlı gücləndiricilərin maksimal çıxış güjü:



ifadəsindən tapılır. Burada Q – şırnaq borusundan keçən işçi mayenin sərfi; – işçi mayenin sıxlığı; Fj soplonun giriş en kəsiyi;



Pmax – birinci və ikinci kanallardakı təzyiqlər fərqinin maksimal qiymətidir.

Şırnaq borularının köməyilə hidravlik güjləndirijilərdə güjə görə güjləndirmə əmsalının qiyməti 103-ə qədər çatır. Hidravlik idarəetmə qurğularında iki kaskadlı izləyiji zolotnikli şırnaqlı güjləndirijilər də tətbiq edilirlər. Belə güjləndirijilərin güjlən­dir­mə əmsalı 104 həddlərində olur.


Pnevmatik gücləndiricilər də hidravlik gücləndirijilər kimi iki sinfə ayrılırlar: drosselli və şırnaqlı. Şırnaqlı pnevmatik güclən­di­ri­jilər özlərinin az çəkilərinə və yüksək etibarlılığına görə uçuş apa­rat­larının avtomatik tənzimləmə sistemlərində daha geniş istifadə olunurlar.

Drosselli pnevmatik güjləndirijilər birkaskadlı və ikikaskadlı qurğular şəklində hazırlanırlar.

Drosselli pnevmatik güjləndirijilərin güjləndirmə əmsalı 105-107, şırnaqlı güjləndirijilərinki isə 103-105 hədlərində olur.

Son zamanlar avtomatik tənzimləmə sistemlərində pnevmo­hidravlik güjləndirijilər tətbiq olunmağa başlamışdır. Belə güclən­diricilərdə birinci kaskad pnevmatik element, ikinci kaskad isə – hidravlik elementdir.

Baxılan güjləndirijilərin analizini güjə görə güjləndirmə əm­salına və zaman sabitlərinin ən böyük qiymətlərinə görə aparmaq daha məqsədəuyğundur. Daha böyük güjləndirmə əmsalına elek­tron, yarımkeçirici və pnevmatik gücləndiricilər, daha böyük cəl­diş­ləmə qabiliyyətinə elektron və yarımkeçirici gücləndiricilər, daha kiçik cəldişləmiə qabiliyyətinə isə elektrik və hidravlik güj­ləndirijilər malikdirlər. Cəldişləmə qabiliyyəti nöqteyi-nəzərindən maqnit və pnevmatik gücləndiricilər aralıq mövqe tuturlar.

Elektron gücləndiricilərinin zaman sabitləri (10-2 - 10-9) san., maqnit güjləndirijilərinin zaman sabitləri (10-1-10-4) san., hidravlik güjləndirijilərin zaman sabitləri (10-1-10-3) san. və pnevmatik gücləndiricilərin zaman sabitləri (10-2-10-4) san. həddlərində olur.

Gücləndiricinin növünü seçərkən təkcə gücə görə gücləndirmə əmsallarının və zaman sabitlərinin qiymətlərini yox, eləjə də onların müxtəlif istismar şəraitlərində (ətraf mühitin temperaturu, atmosfer təzyiqi, nəmlik dərəcəsi və s.) etibarlılıqlarını da nəzərə almaq lazımdır.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin