Ayətullah Fazil Lənkərani


"Mən hər kəsin mövlasıyamsa (rəhbəri və ixtiyar sahibiyəmsə), Əli də onun mövlasıdır. İlahi, onu sevən hər kəsi Sən də sev



Yüklə 0,58 Mb.
səhifə25/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   21   22   23   24   25   26   27   28   ...   109
"Mən hər kəsin mövlasıyamsa (rəhbəri və ixtiyar sahibiyəmsə), Əli də onun mövlasıdır. İlahi, onu sevən hər kəsi Sən də sev onunla düşmənçilik edən hər kəslə Sən də düşmən ol ona kömək edən hər kəsə Sən də kömək et onu xar etmək istəyən hər kəsi Sən də xar et!" Buna görə də çox narahat olub qorxurdum ki, sənə kömək etməsəm, Allah Qiyamət günündə mənim dadıma çatmayıb məni yalqız qoyar."27

Ümmü Sələmənin Quranı gözəl bilməsini, elm və fəzilət əhli olmasını göstərən ən yaxşı dəlil onun "Cəməl" hadisəsində Ayişəyə yazdığı məktubudur. Bu məktub həm də onun gözəl söz ustası və bəlağətli olmasını sübut edir və göstərir ki, o çox savadlı, işbacaran, təcrübəli, Allaha və Onun Rəsuluna itaət edən, insaflı, haqqı axtaran və müdafiə edən, əmr be məruf və nəhy əz münkər edən, qərəzsiz, təmənnasız İslam dinini və Əliyyibni Əbitalib (əleyhissalam)-ı sədaqətlə müdafiə edən, haqqa arxa duran, müsəlmanlara ürəyi yanan bir qadındır. O, həmin məktubda Ayişəyə yazır:

اِنَّكِ جُنَّةٌ بَيْنَ رَسُولِ اللهِ(ص)وَبَيْنَ اُمَّتِهِ وَاِنَّ الْحِجاَبَ دُونَكِ لَمَضْرُوبٌ عَليَحُرْمَتِهِ وَقَد جَمَعَ الْقُرْأنُ ذَيْلَكِ فَلاَ تَنْدَحِيهِ وَسَكَّنَ عُقَيْراَكِ فَلاَتُصْحِرِيهاَ لَوْ ذَكَرْتُك قَوْلَةً مِنْ رَسُولِ اللهِ (ص) تَعْرِفِينَهاَ لَنُهِشْتِ بِهاَ نَهْشَ الرَّقْشاَءِ الْمُطْرِقَةِ ماَ كُنْتِ قاَئِلَةً لِرَسُولِ اللهِ لَوْ لَقِيَكِ ناَصَّةً قَلُوصَ قَعُودِكِ مِنْ مَنْهَلٍ اِليَ مَنْهَلٍ قَدْ تَرَكْتِ عُهَيْداَكِ وَ هَتَكْتِ سِتْرَهُ اِنَّ عَمُودَ الدِّينِ لاَ يَقُومُ بِالنِّساَءِ خَفْضُ الاَصْواَتِ وَ خَفْوُ الْاَعْراضِ اِجْعَلِي قاَعِدَةَ الْبَيْتِ قَبْرَكِ حَتّيَ تَلْقَيْنَهُ وَ اَنْتِ عَليَ ذاَلِكَ

"Peyğəmbərin hərəmi pis və yaramaz adamların şərindən uzaq olmalıdır. Bu hərəmi qorumaqda sənin çox mühüm payın vardır. Ey Ayişə, sən bir qalxan kimi Peyğəmbərin hərəmini qorumalısan. Yadda saxla ki, sənə dəyən zərbə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in köksünə dəyibdir. Qurani-Kərim bu müqəddəs məqamı qorumaqla əlaqədar sənin vəzifəni təyin etmişdir. Sən çalışmalısan ki, Allah Rəsulunun evində olan örpək camaat arasına gəlməsin. Qurani-Kərim sənə evin içində yer vermişdir. Özünü xalqa göstərmə! (O, "vəqərnə fi büyutikunnə" ayəsinə işarə edir.) Əgər Peyğəmbərin buyurduqlarını sənə xatırlatsam, ilan vurmuş adam kimi həyəcanlanar, iztiraba düşərsən. Əgər sənin ərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz cavan arvadının əlində bayraq tutub özünü xalqın içində göstərdiyini, susuz dəvə kimi bir su gölündən başqa su gölünə tərəf hərəkət etdiyini, siyasi işlərdə fəaliyyətə başladığını, onunla bağladığı əhd-peymanını pozduğunu görsə, ona nə cavab verəcəksən?! Məgər bilmirsən ki, dinin sütunları qadınların əli ilə möhkəmlənməyib? Bilmirsən ki, qadınların əli ilə sütunların sınması bərpaolunmaz bir xəsarətdir?! Qadının zinəti budur ki, öz səsini yalnız zərurətin tələb etdiyi qədər ucaltsın, öz iffət, namus və şərəfini qorusun. Sən Peyğəmbərlə görüşəcəyin vaxta qədər evin bir küncünü özün üçün qəbir seç! Onunla bağladığın əhd-peymana vəfasızlıq etmə!"28


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin