Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə70/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   66   67   68   69   70   71   72   73   ...   109

ÜÇÜNCÜ MƏSƏLƏNİN TƏHQİQİ


Üçüncü məsələ bu idi ki, "yuridullah" cümləsindəki "iradə" kəlməsinin (bu, yuridu felinin məsdəridir) mənası nədir? Bu mənanı araşdırmazdan qabaq əvvəlcə təkvini və təşrii iradənin mənasını, sonra isə Quranda bu iki növ iradə haqqında ayə nazil olub-olmamasını aydınlaşdırırıq.

TƏKVİNİ İRADƏ


Təkvini iradə, adından da məlum olduğu kimi, iradənin həqiqət və mahiyyətidir ki, bəşərin mürid faili (iradə sahibi) olan Allah həmin iradə ilə iş görür.

İnsanın da iradəsi vardır, məsələn bir nəfər yemək yeməyi istəyir, iradə edir. Bu iradənin mənşəyi bir neçə şeydir: Birinci mərhələdə iradə etdiyi şeyi təsəvvür edir, sonra həmin şeyin faydalı olmasını, müsbət nəticə verəcəyini təsdiq edir, həmin şeyə meyl və rəğbəti artır, onu görməyə əzmi çoxalır. Bunun ardınca təkidli şövq gəlir ki, həmin şeyi iradə edir. Məsələn, yemək yemək istəyən zaman əvvəlcə onun faydasını nəzərində canlandırır, onun düzlüyünü təsdiq edir. Təbiidir ki, bu zaman onu yeməyə meyli və rəğbəti artır. Bu nəfsani istəyin ardınca əzm və qəti qərar gəlir. Bu zaman şövq özünün son mərhələsinə çatır və ki, yemək yeməyi iradə edir.

Deməli, iradə insanın daxilində baş verən beş mərhələ və əməliyyatdan sonra gerçəkləşir.

Əlbəttə, təkvini iradənin həqiqətini Allah-Taalaya nisbət vermək (aid etmək) mümkündür və bu, Haqq-Taalanın Müqəddəs Zatının sifətlərindən biridir. Lakin Allah-Taalanın təkvini iradəsi, insanda olduğu kimi, beş əməliyyat və mərhələ əsasında deyil və bu mərhələ əsasında olması ağlasığmaz bir iddiadır. Çünki Allah-Taala haqqında iradənin bu beş mərhələ əsasında gerçəkləşməsini təsəvvür etmək, bir növ, Haqq-Taala üçün nöqsanlı haldır. Halbuki, Allah belə şeylərdən çox-çox uzaqdır!

Amma təhqiqatçıların ifadəsi ilə desək, iradənin həqiqəti Allahın elmi və zatı ilə eyniyyət təşkil edir və Onun müqəddəs sifətlərindən hesab olunur.

Təkvini iradədə, iradə, iradə sahibinin fel və istəyinə bağlıdır. Allah-Taala iradə edib Öz iradəsi ilə aləmi yaradır, zəlzələ icad edir, insanı vücuda gətirir və s. kimi işlər görür. İnsan da öz iradəsi ilə yemək yeyir, yeriyir, dərs oxuyur və s. Amma Allah-Taalanın iradəsi insanın iradəsi ilə fərqlənir. Çünki, Allah-Taalanın əzəli iradəsi qaçılmazdır (mütləq həyata keçməlidir). Allah hər nə istəsə, dərhal həyata keçir. Lakin, insanın iradəsi həyata keçməyə də bilər, ola bilsin ki, insan bir şeyi iradə etsin, amma öz istəyinə çatmasın.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin