"Allah bir şeyi iradə etsə, ona "ol!" deyər, o da dərhal vücuda gələr."
Bu ayədən məlum olur ki, təkvini iradədə Allah iradə edən kimi dərhal varlıq meydana gəlir.
"Hud" və "Büruc" surələrində də gələn iki ayədə sübut edilir ki, "yuridu" kəlməsi təkvini iradəyə aiddir və Allah-Taalanın təkvini iradəsi ilə istəyi dərhal vücuda gəlir.
فَعّأَلٌ لِماَ يُرِيدُ Allah-Taala iradə etdiyini həyata keçirir.
Qeyd edilən ayələr Allah-Taalanın təkvini iradəsini sübut edir, belə ki, istənilən, iradə olunan şey Onun iradəsindən yayına bilməz.
İndi isə insanın təkvini iradəsini göstərən ayələrdən bir neçəsini xatırladırıq. Belə ki, bu iradənin həyata keçməməsi mümkündür:
يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللهِ بِاَفْواَهِهِمْ وَ اللهُ مُتِمُّ نُورِهِ وَ لَوْ كَرِهَ الْكاَفِرُونَ
"Kafirlərdən bir dəstəsi Allahın nurunu öz iftiraçı sözləri ilə söndürməyi iradə edirlər. Amma onlar istək və iradələrini həyata keçirə bilməyəcəklər. Kafirlərin xoşu gəlməsə də, Allah Taala Öz nurunu genişləndirəcəkdir."
يُرِيدُونَ اَنْ يَخْرُجُوا مِنَ النّاَرِ وَ ماَ هُمْ بِخاَرِجِينَ مِنْهاَ وَ لَهُمْ عَذاَبٌ مُقِيمٌ
Dostları ilə paylaş: |