Ayətullah Fazil Lənkərani


SEYYİD QÜTBÜN "Fİ ZİLALİL-QURAN" KİTABİNDAKİ SÖZLƏRİ



Yüklə 0,58 Mb.
səhifə76/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   72   73   74   75   76   77   78   79   ...   109

SEYYİD QÜTBÜN "Fİ ZİLALİL-QURAN" KİTABİNDAKİ SÖZLƏRİ


Seyyid Qütb "Təthir" ayəsinin təfsirində yazır: "Bu ayə misilsiz bir inayət ilə Peyğəmbərin zövcələrinin vəzifələrini aydınlaşdırır. Həzrətin zövcələrindən həmin vəzifələrə riayət etmələrini tələb etmək yalnız onları paklaşdırmaq və çirkinliklərdən uzaq etmək naminədir. Məhz buna görə də Allah-Taala tərəfindən olunan əmr və nəhylər Peyğəmbərin zövcələrini çirkinlikdən paklaşdırmaq məqsədi daşıyır."

Seyyid Qütb, "Təthir" ayəsini təfsir etdiyi əsasa görə bu iradəni təşrii fərz etməlidir. Çünki, o, bu vəzifələrin (Peyğəmbərin zövcələrinin vəzifələrinin) səbəbini çirkinliklərin aradan getməsi və paklığın yaranması hesab edir. Deməli, həmin vəzifələrə əmr etmək və ya onlardan çəkindirmək bu əmr və nəhylərin nəticə verməsi üçündür. Məlumdur ki, bu nəticənin hasil olması vəzifələrin yerinə yetirilməsindən asılıdır. Bir sözlə, Allah-Taalanın buradakı iradəsi hökmləri Peyğəmbərin zövcələri üçün qanuniləşdirmək məqsədini daşıyır. Bu təşrii iradə və qərar sadəcə olaraq onları pis əməllərdən uzaqlaşdırmaq, qəlblərində paklıq icad etmək üçündür.

Seyyid Qütb öz sözlərinin əsnasında bunu demək istə-yir ki, Allah-Taala mənəvi çirkinlikləri onlardan uzaqlaşdırmağı (onları "təthir" etməyi) Öz öhdəsinə götürübdür. Halbuki, Allah bir dəfə "kun" (ol!) xita-bı ilə hər bir şeyə varlıq libası geyindirir. Bu ibarələr də təkcə təkvini iradə ilə münasibdir. Çünki, "kun" sözü yalnız təkvini işlərə aiddir. Lakin, Seyyid Qütb cümlənin həm əvvəlində, həm də axırında "Təthir" ayəsini Peyğəmbərin zövcələri üçün təyin olunmuş hökm və vəzifələrin səbəbi kimi qələmə verir, əmr və nəhylərə əməl etməyi çirkinliyin aradan getməsi, paklığın hasil olmasının amili hesab edir. Bu da təşrii iradədən başqa şeylə uyğun gəlmir. Çünki, məlum olduğu kimi, təşrii iradədə, iradə mükəlləfin işləri ilə əlaqədardır.

Deməli, Seyyid Qütbün nəzəriyyəsi əslində elə təşrii iradədir. Amma o, bu nəzəriyyəni açıq-aşkar demir, üs-təlik öz kəlamının əsnasında təkvini iradəyə də toxu-nur.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin