Ayətullah Fazil Lənkərani


"Allahın işinə təəccüb etmə, çünki Allah Öz rəhmət və bərəkətini siz Əhli-beytə inayət etmişdir."



Yüklə 0,58 Mb.
səhifə97/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   93   94   95   96   97   98   99   100   ...   109
"Allahın işinə təəccüb etmə, çünki Allah Öz rəhmət və bərəkətini siz Əhli-beytə inayət etmişdir."57

Məgər bu ayədə Əhli-beytin bütün qiblə əhli, yaxud İbrahimin zövcələri və ya qohum-əqrəbası olmasını demək olarmı?! Şübhəsiz, bu ehtimalların heç biri düz deyil. Otaqda yalnız İbrahim və onun arvadı Allah tərəfindən göndərilən məmurları qəbul edirdilər. Məmurlar Saranın cavabını verəndə, Allah-Taalanın o iki böyük şəxsiyyətə olan mərhəmətini bəyan etmək istəyirdilər. Bu müjdəni vermək üçün ən yaxşı yol bu idi ki, onların istirahət etdikləri evə işarə edərək, o evin əhlini nəzərdə tutub Allah-Taalanın inayət və lütfünün onlara şamil olduğunu bəyan etsinlər. Qeyd etdiyimiz kimi həmin vaxt o evdə İbrahim və Saradan başqa heç kəs yox idi.

5. Ümmü Sələmənin evində baş verən hadisə ilə əlaqədar nəql olunan rəvayətlərdə bizim müddəamızı sübut etmək üçün dəlillər gözə çarpır:

1. Əhməd ibni Hənbəlin rəvayətində qeyd olunur ki, Ümmü Sələmə dedi: "Peyğəmbər mənim evimdə idi, mən də mətbəxdə (rəvayətdə: sandıqxanada) namaz qılırdım. Elə bu vaxt "Təthir" ayəsi nazil oldu. Başımı otağa uzadıb Peyğəmbərdən soruşdum:

...فَاَدْخَلْتُ رَاْسِي فِي الْبَيْتِ وَ قُلْتُ وَ اَنَا مَعَكُمْ ياَ رَسُولَ اللهِ

"Allahın bu feyzində mən də sizinlə şərikəmmi?"58

Rəvayətin bu hissəsindən məlum olur ki, Ümmü Sələmə evin içindəki otaqcıqda namaz qılan zaman, "Təthir" ayəsi nazil olmuşdur. Ayə nazil olandan sonra başını otağa uzadıb Peyğəmbərdən istəyir ki, Allahın bu inayət və feyzindən o da bəhrələnsin.

Ümmü Sələmə "Əhli-beyt" kəlməsindən başa düşür ki, bu inayət yalnız evin içindəkilərə şamildir. O, bu feyzdən bəhrələnmək arzusu ilə Peyğəmbərdən "mən də sizinlə şərikəmmi?"-deyə soruşur

Əgər "Təthir" ayəsi təkcə Ümmü Sələmənin evində olanları paklaşdırmasaydı, heç vaxt o, Peyğəmbərdən bu inayətdə şərik olmağı istəməzdi. Deməli, rəvayətdəki "əl-beyt" kəlməsi, "Təthir" ayəsindəki "Əhli-beytin" Ümmü Sələmənin evində yığışan şəxslər olması üçün bir dəlildir.

2. İbni Cərir rəvayətdə yazır ki, Ümmü Sələmə dedi:

وَ اَنَا جاَلِسَةٌ عَليَ باَبِ الْبَيْتِ فَقُلْتُ ياَ رَسُولَ اللهِاَلَسْتُ مِنْ اَهْلِ الْبَيْتِ



"Mən otağın qapısının ağzında oturmuşdum. Peyğəm-bərdən soruşdum: "Ey Allahın Rəsulu! Mən Əhli-beytdən deyiləm"?59

Ümmü Sələmə bunu nə üçün soruşur? Məgər Peyğəm-bərin zövcələrindən biri olmasında şəkk edirdi? O deyir ki, qapının ağzında oturduğuma görə "mən də Əhli-beytdənəm?" Yəni otağın içində olan şəxslərdən hesab olunurammı?-deyə soruşdum.

Buna görə də Ümmü Sələmə təkcə otaqdakıların Əhli-beyt olduğunu bilirdi, amma otağa yaxın olduğu üçün Peyğəmbərdən soruşmaq istəyirdi ki, "Təthir" ayə-sindəki inayətdən bəhrələnmişdir, ya yox? Bundan əlavə bu rəvayətdəki "əl-beyt" kəlməsi də sübut edir ki, Əhli-beyt(əleyhimussalam) yalnız Ümmü Sələmənin evindəki şəxslərdir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin