ZAMANİN KEÇMƏSİ İLƏ
"Təthir" ayəsi nazil olan vaxt "Əhli-beyt" kəlməsi "Ümmü Sələmənin evində əbanın altında bir yerə yığılan şəxslər" mənasını ifadə edirdi. Lakin zaman keçdikcə bu kəlmə özünə tarixi bir ünvan aldı.
Bütün sünnü və şiə alimlərinin nəzərinə əsasən, Pey-ğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yalnız dörd nəfəri"Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-ı Ümmü Sələmənin evinə dəvət etmişdi. Amma "Təthir" ayəsi nazil olandan sonra, Allah tərəfindən və Onun iradəsi ilə ən böyük fəzilət bu dörd nəfərə əta olunmaqla yanaşı, bu hadisə onlar üçün özünəməxsus məqam yaratdı. Yavaş-yavaş "Əhli-beyt" kəlməsi dillər əzbəri olaraq onlar üçün əsaslı bir ünvana çevrildi.
"Əhli-beyt" kəlməsi özünün tarixi və həqiqi orji-nalını taparaq, zaman keçdikcə mühüm ünvana çevrildi, fəzilət yaradan bir lövhə kimi tanındı, bu ünvan Peyğəmbərin əziz qızı Fatimə, Əli və onların iki övladı üçün xüsusiləşdi. Bu cür ünvanın yaranmasına səbəb, "Təthir" ayəsinin sübut etdiyi fəzilətlərin isbatı, mövqeyi və əhəmiyyəti idi.
"Alim", "adil", "şücaətli" kəlmələrinin öz-özlüyündə yüksək mərtəbəli və ali səciyyələri özündə əks etdirmə-diyi kimi, bu kəlmənin də öz-özlüyündə yüksək fəziləti yoxdur. Lakin "Təthir" ayəsinin fəzilət yaradan məzmu-nu "Əhli-beyt" kəlməsini yüksək mənanı xatırladan bir səviyyəyə çatdırır. Onların "Əhli-beyt" adı altında dillər əzbəri olmasının sirri də məhz bu idi.
Deməli, "Təthir" ayəsindəki fəzilətin Əhli-beyt(əleyhimussalam) üçün sübut olunmasına görə də zamanın keçməsi ilə bu kəlmə özünə xüsusi bir mövqe taparaq məşhurlaşdı və Əhli-beyt(əleyhimussalam) Allah-Taalanın seçdiyi xüsusi şəxslər üçün bir ləqəb oldu.
Təhqiqatların göstərdiyi kimi, "Təthir" ayəsi nazil olmamışdan qabaq "Əhli-beyt" kəlməsi Peyğəmbər tərə-findən o həzrətin öz qohum-əqrəbası üçün bir ünvan kimi işlənməmişdi. Lakin bu ayə nazil olandan sonra, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Əhli-beyt" kəlməsini ən yaxın adamlarının, yəni Fatimə, Əliyyibni Əbitalib və onun iki övladının məqamını bəyan etmək üçün bunu dəfə-lərlə təkrar etmişdi.
Sanki Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Təthir" ayəsinə görə sevin-diyi üçün "Əhli-beyt" kəlməsini təkrar edir, öz sevin-cini artırmaq, bu neməti xalqa tanıtdırmaq və bu dörd nəfərin fəzilətlərini onların yadına salmaq istəyir. Bu ləqəb bir dünya məziyyətdən ibarətdir, bu ayə də Peyğəmbərin istədiyi ən yaxın adamlarını insaniyyətin ən uca zirvəsinə çatdırdı. Məhz bu hadisədən sonra, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) altı ay (və ya daha çox) hər gün sübh namazına gedəndə, Fatimənin (əleyhissalam) evinin qabağından keçərək buyurur: الصَّلوَةُ ياَ اَهْلَ الْبَيْتِ "Namaza, ey Əhli-beyt!"61
Bəli, zamanın keçməsi ilə başqaları "Təthir" ayə-sinin sayəsində və bu fəzilətlə iftixar etməmiş, tarix boyu Əhli-beytdən başqa heç kəs bu ayənin gətir-diyi şən-şərəfə malik olmamışdır. Zamanın gizli pərdəsi bu kimi iftixarlı paltarı heç kəsə geyindir-məmişdir.
Zamanın keçməsi fəzilət cilvələrini aşkar etdi, "Əhli-beyt" kəlməsi qızıl suyu ilə yazılan tarix səhi-fələrini daha da gözəlləşdirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu kəlməni çox təkrar edirdi ki:
Tarixin yaraşığı olan bu qızıl ünvan unudulmasın
Ləyaqətsiz insanlar bu mələkuti və ilahi ünvanı özləri üçün bəzəkli lövhəyə çevirməsinlər
Quranın həqiqətlərindən, sirlərindən xəbərsiz olanlar bu iftixarlı ünvanın Əhli-beytə şamil olduğunu bilsinlər
Dünya xalqları bilsinlər ki, "Təthirَ ayəsi kimləri fəzi-lətin fövqündə qərar vermiş, kimləri əbədi cəhalətdən, şəkk-şübhədən və çirkinlikdən paklaşdırmışdır
Başa düşsünlər ki, İslamın həqiqi rəhbərləri insaniyyətin necə yüksək dərəcəsində qərar tutmuşlar
Əkrəmə kimilər anlasınlar ki, kinə və həsədin şöləsi ilə yanan nəzəriyyələr agah xalqı həqiqət yolundan azdıra bilməz
Yersiz təəssübkeşlik xəstəliyinə tutulan bəzi təfsirçilər başa düşsünlər ki, təəssüb üzündən yaranan fikirləri zorla Qurani-Kərimə qəbul etdirmək mümkün deyildir və bu müqəddəs kitab elə yüksək bir üfüqdədir ki, fəzilət yolunu yalnız onda tapmaq olar və onun yüksək məqsədlərinin həva-həvəs və şəxsi qərəzlər ilə heç bir uyğunluğu yoxdur
Haqq-həqiqət axtaran insanların, həqiqət yolunu tanıtd-ırmaq üçün dəlilləri olsun və Peyğəmbərin sözlərini özləri üçün ən mötəbər sənəd olaraq seçsinlər.
Dostları ilə paylaş: |