ƏLAVƏ İZAHAT
Mövzuya (predikat) həml olunan hökmlər və əsərlər bəzən həqiqi qəziyyə, bəzən də xarici qəziyyə formasında olur. Xarici qəziyyələrdə xaricdə mövcud olan fərdlər gah aşkar şəkildə və vasitəsiz, gah da işarə ilə qəziyyənin mövzusu olur belə ki, işarə ilə olduqda, hökm həmin şəxslərdən başqasına şamil olmur.
Məsələn, qəziyyə bəzən aşağıdakı formada olur: "Alim ehtirama layiqdir." Bu, həqiqi bir qəziyyədir və burada "alim"in məfhumu barədə bəhs aparılmalıdır. Bu məfhumun nə qədər konkret nümunəsi olarsa, hamısı ehtirama layiqdir, yəni hər kəs alim olsa, sözsüz olaraq ehtirama layiq görülməlidir.
Bəzən də qəziyyə bu formada olur: "Həsənə və Hüseynə ehtiram edin." Bu, xarici bir qəziyyədir və yalnız adları Həsən və ya Hüseyn olan iki müəyyən şəxsə şamildir ki, yalnız onlara ehtiram olunmalıdır. Bəzən bu xarici qəziyyəyə belə işarə olunur: "Qara əmmaməli o iki nəfərə ehtiram edin." Hansı ki, qara əmmaməni Həsənlə Hüseynə işarə vasitəsi qərar verir. Burada da hörmət Həsənlə Hüseynə şamil olmalıdır. "Qara əmmamə" isə öz-özlüyündə heç bir əhəmiyyət kəsb etməməlidir ki, nəticə etibarı ilə "əmmamə", "qara" və "qara əmmamə" kəlmələrinin məhfumları barəsində bəhs olunub "kimə ehtiram olunmalıdır?"-deyə, sual qarşıya çıxsın.
Deməli, həqiqi qəziyyələrdə və hökmün mövzusu vaqe olan şeyin məhfumunda təhqiqat aparıla bilər, amma xarici qəziyyələrin"istər mövzusu aşkar şəkildə, istərsə də işarə ilə təyin olunan qəziyyələr olsun"mövzusunda axtarış, təhqiqat aparmağa ehtiyac duyulmur və kimlərin ehtirama layiq görülməsi barədə heç bir şəkk-şübhə yoxdur. Qeyd olunan misalda ehtiramın yalnız Həsənlə Hüseynə şamil olması qəbul edilməlidir və bu hökm (ehtiramın vacibliyi) bu iki şəxsdən qeyrisinə heç bir vəchlə sirayət etmir.
"Əhli-beyti" öz inayətinə şamil edib, hər növ çirkinlikləri onlardan uzaq edən və əzəli paklıq iradəsini özündə yerləşdirən "Təthir" ayəsi, üçüncü misal (qara əmmaməlilərə işarə) qismindəndir. Əhli-beytə inayət şamil olub, amma bu kəlmə Ümmü Sələmənin evinə yığışanlara (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhümüssəlam) bir ünvan, işarədir.
Qeyd olunan misalda Həsən və Hüseyndən başqa bir kəs ehtirama layiq olmadığı kimi, "Təthir" ayəsində də, bu beş nəfərdən başqa kimsəyə ilahi inayət şamil olmur. Bu beş nəfərdən başqaları öz-özünə mövzudan xaric olur, bu baradə şəkk də yoxdur. Belə olduqda Əhli-beytin kimlər olduğu barədə əsla şəkk olunmamalı, Əhli-beyt kəlməsinin məhfumunun genişləndirərək daha kimlərisə əhatə edəcəyi və kimlərisə paklayacağı barədə əsla söz açılmamalıdır.
Qeyd edilməlidir ki, "Təthir" ayəsi yalnız əbanın altına yığışan 5 nəfəri (Ali-əbanı) ilahi lütfə şamil etmişdir. Amma, bu ayə nazil olduğu vaxt bir işarə və ünvan xarakteri daşıyırdı, zaman keçdikcə xüsusi ada çevrilərək o beş nəfər üçün xüsusi isim, ləqəb kimi tanınıb. Belə ki, "Əhli-beyt" deyiləndə Allahın seçilmiş bəndələri: Rəsuli Əkrəm ء, onun kürəkəni, əziz qızı və behişt cavanlarının iki seyyidi xatirələrdə canlanır. Necə ki, "xasifunnəl" ləqəbi əvvəlcə Həzrət Peyğəmbərlə Əlinin barəsində işlənmiş, sonra isə Həzrət Əliyə xas olan bir ləqəbə çevrilmişdir. Bu misilsiz təhqiqat və araşdırmalarla yanaşı, yersiz təəssübkeşlik, cəhalət və nadanlıq kimi ruhi xəstəliklər məntiqsiz danışanların meydanını daraldır. Bu təhqiqatla bir daha məntiqsiz və dəlilsiz iddialara, o cümlədən "Əhli-beyt Quranda bu beş nəfərə aid edilən xüsusi istilahdır"-deyə, edilən iddiaya yer qalmır. Çünki qeyd etdiyimiz kimi, bu kəlmə istilah olaraq işlədilməmiş, sadəcə bu şəxslərə işarə edən bir ünvan olmuşdur. Onun xüsusi bir istilah olmamasının şahidi budur ki, Əhli-beyt kəlməsi Quranda Həzrət İbrahim və onun əhli-beyti barəsində də işlənmişdir. Əgər yalnız bu beş nəfər üçün istilah olsaydı, başqa şəxslər üçün heç vaxt işlənməzdi.
Sual: Əgər Əhli-beyt(əleyhimussalam) yalnız qeyd olunan seçilmiş şəxslərdirsə, onda sair məsum imamlar (əleyhimus-səlam), Əhli-beytdən sayılmır və "Təthir" ayəsi onlara şamil olmur?
Cavab: Bu sualın cavabı imamların (əleyhimussalam) kəlamlarından sezilir. Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql olunub: "Bu ayə beş nəfərin: Mənim, Əlinin, Fatimənin, Həsənin və Hüseynin barəsindədir."62 Yaxud, bu ayə nazil olandan sonra Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Bu əbanın altındakılar mənim Əhli-beytimdir."63
Peyğəmbərdən nəql olunan bu iki hədis "Təthir" ayəsində ünvan olunmuş Əhli-beytin beş nəfərə həsr olunmasını göstərir. İmam Sadiq (əleyhissalam) da bu sözləri təsdiqləyir. İbni Kəsirin verdiyi suala İmam Sadiq (əleyhissalam) belə cavab vermişdir: "Bu ayə Peyğəmbər ء, Əmirəl-möminin Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam) barəsində nazil olmuşdur və Əhli-beyt(əleyhimussalam) məhz bu beş nəfərdir." Amma Quranın "ulul-ərham" adı ilə tanınan aşağıdakı ayəsi:
وَ اُولُوا الاَرْحاَمِ بَعْضُهُمْ اَوْليَ بِبَعْضٍ فِي كِتاَبِ اللهِ
"Təthir" ayəsini sair İmamlara şamil etmişdir.64
Bəli, bu ayə göstərir ki, "Təthir" ayəsi sair imamları da paklıq feyzindən məhrum etməmişdir, onlar da bu mərhəmətdən bəhrələnmişlər.
İmam Sadiq (əleyhissalam)-ın buyurduğuna görə, "Təthir" ayəsi təklikdə beş nəfərdən başqasına şamil deyildir. Amma Əhli-beyt(əleyhimussalam) kəlməsi qeydsiz-şərtsiz deyildiyinə görə İmam Sadiq (əleyhissalam) "ulul-ərham" ayəsinə istinad edib buyurur ki, Allahın xas inayətləri "Təthir" ayəsinin təvili (yozumu) və "ulul-ərham" ayəsinin məhfumu ilə bizə də şamil olmuş, nəticədə biz də hər növ aludəliklərdən paklanmışıq. Buna əsasən, Əhli-beyt(əleyhimussalam) əbanın altına yığışan beş nəfərdir, bu ilahi lütfün sair imamlara şamil olmasını isə o biri ayə (ulul-ərham ayəsi) isbat edir.
Başqa sözlə, "Təthir" ayəsi sair imamlara da şamildir, amma bu, birbaşa "Təthir" ayəsinin səbəbi ilə deyil, onu şərh edən ikinci ayənin səbəbilədir.
Sual: Əgər "Təthir" ayəsindəki ilahi lütf sair imamlara (birbaşa olaraq) şamil deyilsə, onda nə üçün bəzi rəvayətlərdə onlar öz fəzilətlərini "Təthir" ayəsinə istinadən deyirlər?
Cavab: Bu cür rəvayətlər iki qismdir: Birinci qismdə Həzrəti Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn (əleyhissalam) öz fəzilətlərini isbat etmək üçün bu ayəyə istinad etmişlər. Bu qism rəvayətlər birinci sualın cavabında deyilənlərlə ziddiyyət təşkil etmir, çünki bu ayə məhz onların barəsində nazil olmuşdur.
İkincisi isə sair məsum imamların bu ayəyə istinad etdiklərini göstərən rəvayətlərdir bu qisimdən olan iki rəvayəti qeyd edirik:
a) İmam Zeynül-abidin (əleyhissalam) şamlı bir kişiyə buyurdu: "Əhzab" surəsində bizim haqqımızı görmüsənmi? Kişi "yox"-deyə, cavab verdi, İmam (əleyhissalam) buyurdu: "Yox (yanılırsan), "Təthir" ayəsi bizim üçün xas bir haqq sübut edir."65
b) Hələbi İmam Sadiq (əleyhissalam)-dan bu ayənin təfsirində belə nəql etmişdir:
يَعْنِي الاَئِمَّةَ مِنْ وَلاَيَتِهِمْ مَنْ دَخَلَ فِيهاَ دَخَلَ فِي بَيْتِ النَّبِيِّ
"Təthir ayəsi, imamlara nəzər yetirir və onların vilayət (möminlər üzərində tam ixtiyar sahibi olmaq) haqqını çatdırır. Hər kəs onların rəhbərliyi altında olsa, özünü nübüvvət evinin məxsus şəxsləri cərgəsində qərar vermişdir."66
İmam Sadiq (əleyhissalam)-ın buyurduğu kəlamın xülasəsi budur ki, imamlara tabe olmaq onlara qovuşmağa və onlarla bir olmağa səbəb olur. Belə ki, "İbrahim" surəsinin 38-ci ayəsində buyurulur:
فَمَنْ تَبِعَنِي فَاِنَّهُ مِنِّي...
Dostları ilə paylaş: |