"Bu hədiyyədir, yoxsa zəkat və ya sədəqədir? Bunlar biz Əhli-beytə haramdır!"
4 İmam (əleyhissalam) 108-ci hikmətli kəlamında buyurur:
مَنْ اَحَبَّناَ اَهْلَ الْبَيْتِ فَلْيَسْتَعِدَّ لِلْفَقْرِ جِلْباَبًا
"Hər kəs biz Əhli-beyti sevsə, fəqir (yalnız Allaha ehtiyaclı) olmaq üçün hazırlaşmalıdır."
İmam Həsən (əleyhissalam) xilafətə çatanda bir xütbədə buyurdu:
وَ اَنَا مِنْ اَهْلِ الْبَيْتِ الَّذِينَ اَذْهَبَ اللهُ عَنْهُمُ الرِّجْسَ
"Mən o Əhli-beytdənəm ki, Allah onları hər növ aludəlikdən, çirkinlikdən təmizləmişdir."67
İmam Hüseyn (əleyhissalam) Məkkədə bir xitabədə buyurdu:
رِضَا اللهِ رِضًاناَ اَهْلَ الْبَيْتِ
"Allahın razılığı biz Əhli-beytin razılığıdır."68
Amma, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) -ə gəldikdə isə, Ənəs ibni Malikin etdiyi rəvayətə görə o Həzrət "Təthir" ayəsinin nazil olduğu vaxt, altı ay ərzində hər gün sübh namaza gedəndə Fatimənin qapısında dayanıb uca səslə deyirdi:
الصَّلوَةُ ياَ اَهْلَ الْبَيْتِ اِنَّماَ يُرِيدُ اللهُ...
"Namaza! Ey Əhli-beyt, Allahın iradəsi bu olub ki, siz Əhli-beytdən hər növ çirkinliyi aparıb, sizi pak-kakizə qərar versin."69
Qeyd olunanlar "Təthir" ayəsinin nazil olmasından sonra Əhli-beyt kəlməsinin əba altında bir yerə yığışanların barəsində işlənməsini göstərir. Kəlamın bəyan tərzindən görünür ki, bu kəlmə yalnız o ailəyə məxsus olmuşdur.
Amma bu ayənin nazil olmasından öncə həmin kəlmənin Peyğəmbər, yaxud Əliyyibni Əbitalib (əleyhiməssalam)-ın kəlamında gəlməsini iddia etmək olmaz.
Nəticə alırıq: Əhli-beyt kəlməsi həmin seçilmiş şəxslərin ləqəbidir, Ali-əba, yaxud Əshabi-Kisa ilə heç bir fərqi yoxdur.
Dostları ilə paylaş: |