Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə106/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   101   102   103   104   105   106   107   108   109
***

Aydındır ki, "Təthir" ayəsi Əhli-beytin rəhbərliyini isbat etmək və bu məsələyə diqqət yetirmək üçün nazil olmuşdur. Əks halda bu məsələ barəsində əzəli iradənin çox da etibarı olmazdı. Burada İslamın bu mühüm və əsaslı məsələsinin daha da aydınlaşması üçün əlavə olaraq bir neçə məsələni də qeyd etməliyik:

1-Əvvəldə qeyd etdik ki, Əli (əleyhissalam) "Səqifə"də, habelə 6 nəfərlik şurada özünün xilafət və rəhbərliyə hamıdan artıq haqlı və ləyaqətli olmasını təsdiq etmək üçün "Təthir" ayəsinə istinad edirdi. İmam Həsən (əleyhissalam) da çıxış etdiyi ilk yığıncaqda özünün mütləq rəhbərliyini elan edərkən, "Təthir" ayəsinə işarə etmişdi. İmam Sadiq (əleyhissalam) da buyurur:

نَزَلَتْ هذِهِ الاَيَةُ فِي النَّبِيِّ وَ اَمِيرِ الْمُؤْمِنِينَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ وَ فاَطِمَةَ فَلَمّاَ قَبَضَ اللهُعَزَّ وَ جَلَّ كاَنَ اَمِيرَ الْمُؤْمِنِينَ ثُمَّ الْحَسَنَ ثُمَّ الْحُسَيْنَ... فَطاَعَتُهُمْ طاَعَةُ اللهِ وَ مَعْصِيَتُهُمْ مَعْصِيَةُ اللهِ



"Təthir ayəsi Peyğəmbər, Əli, Həsən, Hüseyn və Fatimə barəsində nazil olmuşdur. Peyğəmbərin sağlığında ümmətə rəhbərlik onun özünə məxsus idi. Onun vəfatından sonra, bu məqam Əliyə keçdi. Buna əsasən, camaatın bu rəhbərlərə itaət etmələri Allaha itaət etmələri onlara qarşı istaətsizlik etmələri isə Allah qarşısındakı itaətsizlik etməkdir."70

Həlbinin nəql etdiyi rəvayətə əsasən, İmam Sadiq (əleyhissalam) bu ayənin təfsirində haqq rəhbərlər olan imamların vilayət və rəhbərliyi barəsində söhbət açır.

İmam Əli, İmam Həsən və İmam Sadiq (əleyhimussalam)-ın kəlamlarından məlum olur ki, "Təthir" ayəsi rəhbərlik məqamını yalnız bu xanədana məxsus bilir və İslam ümmətinin rəhbərliyini ifadə etmək məqamındadır.

2-Əvvəldə qeyd olunduğu kimi, Peyğəmbərin zövcələrinin yaşayış tərzini bəyan edən ayə ilə "Təthir" ayəsinin məcmusu risalət xanədanının, Allah tərəfindən rəhbərliyə seçilən şəxslərin proqramını bəyan edərək, bu məsələnin əhəmiyyətini çatdırır.

İslamın həssas mövqeyi tələb edirdi ki, Peyğəmbərin zövcələri öz vəzifələrini bilsinlər və Həzrətin xüsusi adamlarının əzəmətli mövqeləri həssas şəraitdə başqalarına xatırladılsın.

Deməli, bu ayələr İslamın gələcək müqəddəratına nəzər yetirib Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) -in bütün yaxın adamlarının vəzifələrini bir yerdəcə bəyan edir. Belə ki, onlardan bir dəstəsi evdə qalıb, evdən çıxmamalı, ölkənin mühüm və həssas işlərinə müdaxilə etməməlidir, xas bir qrup isə İslamın bütün sahələrində idarəçiliyi öhdələrinə alıb, islami rəhbərlik məqamında İslam dininin, İslam ölkəsinin və müsəlmanların keşiyində dayanmalıdırlar.

Tədbirli və böyük Allah onları qəribə bir paklığa çatdırmışdır ki, İslamın adı aludə olmasın, hənif dinin rəhbərləri rüsvayçı ləkələrə məruz qalmasın, bu pak ayin ləyaqətsiz hakimlərin şəhvət bataqlığına sürüklənməsin və onlar İslamın parlaq tarixini qaraltmasınlar.

Böyük Allah onlara geniş qəlb əta etmişdir ki, pusquda duran xoşagəlməz hadisələr onlara təsir edə bilməsin və həyat çətinliklərində İslam cəmiyyətini əli bağlı şəkildə düşmənlərə təslim etməsinlər, cəmiyyətdə baş verən xoşagəlməz hadisələrdən və çətinliklərdən usanmasınlar, öz ağır məsuliyyətli vəzifələrindən imtina etməsinlər.

Böyük Allah onlara dərin elm və böyük dünyagörüş vermişdir ki, yadların sualları və düşmənlərin dəlil-sübutları qarşısında məğlub olmasınlar, müqəddəs dinin proqramlarını Quran ilə uyğunlaşdırsınlar, Quranın, vəhyin sirlərindən agahlıq əsasında insanların sərgərdan qalmaması üçün hər bir çətinliyi həll etsinlər, qeybi hadisələrdən agahlıq ilə cəmiyyətə gözəl şəkildə rəhbərlik etsinlər ki, camaat cəhalətə, nadanlığa əmin-amansızlığa düçar olmayıb yadlara uymasınlar, müsəlmanların istiqlaliyyəti əldən çıxmasın, hər gün yeni bir cilvədə görünən həyat İslam qayda-qanunlarına yadlaşmasın, düzgün yoldan"sirati müstəqimdən azmasınlar.

Böyük Allah bu seçilmiş insanlardan bütün əxlaqi rəzilətləri uzaqlaşdırmışdır ki, cəmiyyəti fəsada və azğınçılığa sürükləməsinlər, müsəlmanların ruhiyyəsinin və İslamın kökünün sarsılmasına səbəb olmasınlar, tamah və xudbinliyin gözqamaşdırıcı şüası sayəsində öz ehtiyaclarını və tüğyançı şəhvətlərini təmin etmək fikrində olmasınlar.

Böyük Allah onlardan hər növ ruhi xəstəlikləri, kin-küdurəti təmizləmişdir ki, günahsız insanları nahaq yerə cəzalandırmasınlar, onları aldadıcı pərdələr altında dar ağaclarında, zülm zərbələri altında məhv etməsinlər və nəhayət hər bir fərdin azad və aqilanə həyatının tələbi olan ilkin hürriyyət haqqını və fikri azadlığı onlardan almasınlar.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin