BU TƏHQİQİ METODUN SƏMƏRƏSİ
Bu yeganə və misilsiz metod "Əhli-beyt" kəlməsinin təhqiqindəki yolu yersiz mübahisələrdən təmizləyir. Bunların hamısını mülahizə etdikdə, Əhli-beytin məfhumunda ixtilaf etmək yersiz bir iş, xəlbirdə su daşımaq kimi olur. Daha Əhli-beytin məfhum dairəsini ümumiləşdirməyin, yaxud kiçiltməyin heç bir mənası yoxdur. Artıq "əhl nə deməkdir?", "Əhli-beyt kimdir?" və ya "Peyğəmbərin zövcələri onun Əhli-beytdəndirmi?"-deyə mübahisə etmək mənasızdır. "Əhli-beyt" kəlməsini təəssüb üzündən Peyğəmbərin zövcələrinə həsr etmək puç iddiadan başqa bir şey deyil.
Əgər Əhli-beyt(əleyhimussalam) kəlməsinin məfhumunda bir irad və anlaşılmazlıq olsaydı, bu iddialar müəyyən bir iş görər və "Əhli-beyt" kəlməsi "nübüvvət Əhli-beyti" kəlməsi ilə eyni səviyyədə düşünülə bilərdi. Bu halda onun Peyğəmbərin zövcələrinə də şamil olması çox da sənədsiz olmazdı. Çünki camaat arasında "əhli-beyt" kəlməsi qadınlara da aid edilir, amma qeyd olunan layiqli təhqiqat göstərdi ki, "Təthir" ayəsindəki "Əhli-beyt", həmçinin "Ali-kisa" və ya "Ali-əba" kəlmələri də Peyğəmbərin evlərindən birində"Ümmü Sələmənin evində bir yerə yığışan beş nəfər şərafətli insana işarədir.
Həmçinin "kisa" kəlməsinin məfhumu barəsində mühəqqiqlərdən və alimlərdən heç biri münaqişə etməmişdir, "Ali-kisa"nın da əbanın altına yığışanlara işarə olduğu hamı tərəfindən qəbul olunur. Beləliklə, Əhli-beyt(əleyhimussalam) kəlməsinin məfhumu barəsində də münaqişəyə yer yoxdur. Çünki kəlmənin özü təklikdə əhəmiyyət kəsb etmir və "Təthir" ayəsində bir mövzu kimi irəli çəkilmir. "Əhli-beyt"in məfhumu paklanmaya və ilahi inayətə şamil olmayıbdır ki, qadınların da Əhli-beytə daxil olub-olmaması barədə bəhs edək. Əksinə, bu kəlmə 5 nəfərdən başqa heç kəsə, hətta evin bir guşəsində oturub tamaşa edən Ümmü Sələməyə belə işarə etmir. Belə ki, o, evin bir guşəsində dayandığı halda müqəddəs feyzə çata bilmədi. Əziz oxucuların bu barədə baxışlarını artırmaq üçün, başqa bir daha izahat verməyi lazım görürük.
Dostları ilə paylaş: |