ƏDƏBİ BİR İNCƏLİK
Bütün dəlillər Əliyyibni Əbitalib (əleyhissalam)-ın kəlamında da riayət olunmuş bir ədəbi incəliyə əsaslanır. Həzrətin buyurduğu "nəhnu əhəqqu bihazəl-əmr" (yəni "biz xilafətə mühacir və ənsardan artıq ləyaqətliyik") cümləsi mübtəda və xəbərdən təşkil olunmuşdur. Amma mübtəda və xəbərin arasında "Əhləl-beyt" kəlməsi zikr olunur. Bu kəlmə Əli (əleyhissalam)-ın ifadəsində (fəthə ilə) gəlib. Əgər fəthə ilə olarsa, ərəb dilində "ixtisaslaşdırmaq", "məxsus olmaq" mənasını daşıyır. Bununla da "innəma yuridullah" ayəsinə işarə edir, çünki, elə bu ayədə də "Əhləl-beyt" kəlməsi fəthə ilədir və məxsus şəxslərin nəzərdə tutulduğunu çatdırır.
Məsələn, "nəhnu məaşirəl-ənbiyai la nuvərrisu" cümləsində "məaşirəl" kəlməsi bu hökmün yalnız peyğəmbərlərə həsr olunduğunu göstərir. Deməli, Əli (əleyhissalam)-ın kəlamının məfhumu budur ki, "rəhbərlik və xilafət məqamına yalnız və yalnız biz Əhli-beyt(əleyhimussalam) layiqik və bu məqam yalnız bizim üçün nəzərdə tutulub."
Həzrət Əli (əleyhissalam) Peyğəmbərdən sonra öz xilafətinin labüd və qaçılmaz məsələ olduğunu göstərən bu qədər fəzilətlər, kəsərli və danılmaz dəlillərlə yanaşı, Əbu Übeydə özünün məntiqsiz sözü ilə başqalarının xilafətə layiq olmasından dəm vuraraq dəlil-sübut gətirməyə çalışanda, o həzrət saxta və üzdəniraq məşvərət şurası müqabilində yalnız şərif ayəyə işarə edir. Ayə bu məsələyə o qədər aydın şəkildə dəlalət edir ki, hətta Bəşir ibni Süleyman deyirdi: "Əgər Əli bunları bir az tez desəydi, ənsardan heç kəs onunla müxalifət etməz, yekdilliklə "Əli müsəlmanların rəhbəridir" deyərdilər."
Dostları ilə paylaş: |