«(Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun» hökmünə əsaslanır.
Ərin zorla, yaxud qəzəbindən boşamaması, qadından heyz halından təmizlənmiş olması, bundan sonra isə ərin qadına yaxınlaşmaması da şərtlərdəndir.
İmamiyyə üç təlaqın bir boşayış olması məsələsində, hətta ər üç dəfə «boşsan» desə də qadının boş düşməyəcəyində ittifaq etmişdir, həmrəy olmuşdur. Fəqət bir dəfə boşayır, sonra alar, ikinci dəfə boşayar, yenə də alar. Lakin üçüncü dəfə boşadıqdan sonra qadının bir başqası ilə nigahlanmasından sonra ərinə haramdır. Bu hal doqquz dəfə təkrar olunarsa, doqquzuncu dəfədə qadın təhlili-şəri ilə də ərinə halal olmaz. Artıq ömrün sonuna qədər bu haramdır.
Əhli-sünnət qardaşlarımız ərin üç dəfə «boşsan» deyərkən qadını ala bilmək üçün bir başqasına nikahlanması lüzumuna qail olmuşlar. Fəqət onlardan rəvayət edilən hədislərdə də bir dəfədə verilən üç təlaqın bir təlaq olduğu açıqlanmaqdadır. Məsələn, Buxari sənədlə İbn Abbasdan rəvayət edir ki, Rəsulullah (s) zamanında Əbubəkrin xilafəti dövründə və Ömərin xəlifəliyinin ilk ilində üç boşayış bir boşayış idi. Ömər dedi ki, insanlar yavaş davranılacaq şeylərdə tələsirlər və bunu qəbul etdi. Qurani-Kərimdə isə buyurulmuşdur:
الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ
Dostları ilə paylaş: |