Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


«Mən səni insanlara imam edəcəyəm» dedi. İbrahim, nəslimidə imam et dedi. Allah dedi «Mənim əhtimə, zalımlar nail olmazlar».1



Yüklə 202,7 Kb.
səhifə13/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   57
«Mən səni insanlara imam edəcəyəm» dedi. İbrahim, nəslimidə imam et dedi. Allah dedi «Mənim əhtimə, zalımlar nail olmazlar».1 Bu ayəyi-kərimədə imamın məsum olduğu açıqca bəyan edilmişdir. Eyni zamanda imamın xalqın ən üstünü, hər cür elmdə ən bilikli olması da şərtdir. Çünki vücudundan məqsəd insanları yetişdirmək, nəfslərini tər-təmiz bir hala gətirmək və onları elmlə, təmiz və yaxşı əməllə yaxşı və təmiz bir hala gətirməkdir.
هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ

«Cavadsız kimsələrin [dini, kitab olmayan bütpərəstlərin] içindən seçib onlara bir Peyğəmbər gondərən Odur. O, Allahın ayələrini oxuyar, onları paklığa çağırar. Kitabı və hikməti öyrədər onlara, bu Peyğəmbər».2 İmam da peyğəmbərin vəkili, naibi, şəriətin qoruyucusu, ümmətin müqəddəsi və Allahın secdiyi şəxsdir. Özündə nöqsan olan insanları kamilliyə çağıra bilməz. İmam kamillik baxımından peyğəmbərlərdən sonra insanlardan ən üstünüdür. Bu əsasa görə imamətə inanan şəxs əsil mömindir. Qalan dörd rüknə inananlar isə ümumi olaraq müslim və mömindirlər. Onların haqqında da islam hökmlərinin hamısı caridir. Malı, irzi, canı haramdır. Hüzurunda, yaxus özü yox ikən hörməti qorunması vacibdir. İmamətə inanmamaqdan ötrü Allah qorusun, ona heç bir surətlə qərəz bəslənməz. Haqqında pis söz söylənməz. Pis düşüncəyə düşülməz. İmamətə inanan axirətdə mükafatını görər. Fəqət dünyada bütün insanlar birdir, bir-birinə bərabərdir, qardaşdır. Axirətdə, əlbəttə, dərəcələri baxımından Allaha dərgahındakı mərtəbələrində ayrılıq və üstünlük olcaqdır. Bunu yalnız Allah bilir. Bu barədə heç bir kimsə şey söyləyə bilməz.

Şiənin digər müsəlman məzhəblərindən seçildiyi ən əhəmiyyətli mahiyyət on iki imamın imamətini təsdiq etməkdir. Buna görə də bu məzhəb «imamiyyə» və «isna-əşəriyyə» yəni imamətə və on iki imama inananlar adları ilə yad olunur.

Bundan əlavə şiə sözü Zeydiyyə və İsmailiyəyə və şiəliyi qəbul edən digər firqələrə də deyilir. Hətta islam hüdudlarını aşan Xəttabiyyə və buna bənzər mülhidlər də özlərini şiə saydıqlarından belə firqələrin sayı yüzü aşır.

Fəqət bu gün şiə deyildikdə əhli-sünnətdən sonra islamın əsasını təşkil edən və şiənin fərdi-kamili olan imamiyyə (isna-əşəriyyə Cəfəriyyə) yada düşür.

İmamların on iki nəfərdən ibarət olması da məlum bir şeydir. İslam əhalinin səhih hədis kitablarında, məsələn Buxarinin «Cəmüs-səhih»ində və sairədə aydın yollarla səhih sənədlərlə Həzrət Peyğəmbərin (s): «Bu iş on iki xəlifə ilə tamamlanır, hamısı da Qüreyşdəndir» buyurduğu rəvayət edilmişdir və bu mənada bir sıra hədislər də vardır.

Əhli-sünnət də xilafətin Həzrət Peyğəmbərdən (s) sonra otuz il sürəcəyi haqqında bir hədis rəvayət etmişdir. Bunlar da otuz ildən sonra zalım padşahlar dövrünün başlayacağı bildirilmişdir. Burada biz on iki imamın imamətləri haqqında dəlil irad etmək fikrində deyilik. Şiə inanclarının təməllərini hökümlərinin əsaslarını çox qısa, fəqət mötəbər olaraq bildirmək fikrindəyik.

Təkrar edirəm ki, din elm və əməldən meydana gəlir, dini vəzifələr də əqlə və bədənə aiddir. Bədənə aid vəzifələr iki yolla inkişaf edir ki, aşağıda bunlar haqqında məlumat verəcəyik.

Birinci və əqli vəzifələr inanca aiddir. İndi bunları izah etməyə başlayaq.




TÖVHİD
İmamiyəyə görə, ağıllı şəxsə yaradanını bilmək, tanımaq üluhiyyətində bir olduğuna, rəbb olduğuna, şəriki, bənzəri olmadığına, yaratmaq, ruzi vermək, öldürmək, diriltmək, yoxdan var etmək, varı yox etmək kimi işləri şəriksiz etdiyinə inanmaq gərəkdir ki, bu inanc ağıllı kişinin ağlının da hökm edəcəyi bir inancdır. İmamiyyə varlıq aləmində Allahdan başqa bir müəssir olmadığına inanır və və ruzi vermək, yaratmaq, öldütmək, diriltmək kimi bir işi Allahdan qeyrisinin eləyə biləcəyini söyləyən şəxsin kafir və müşrik olduğunu, müsəlmanlıqdan kənar olduğunu hökm edir. Taət və ibadətin öz doğruluğu ilə yalnız Allaha olması lazımdır. Allahla bərabər bir başqa varlığa ibadət edən edən şəxs, yaxud ondan başqasına tapınan, yaxud ona mənən yaxınlaşa bilməsi üçün qeyri bir varlığa inam bəsləyən, həm də ibadət edən şəxs kafirdir. İbadət ancaq bir olan, şəriki olmayan Allahadır. Peyğəmbərlərin, imamların Allahdan təbliğ etdikləri şeylərə itaət eləmək gərəkdir. Fəqət onlara Allaha ibadət edirəm deyə ibadət edilməz. Belə bir şeyə yönəlmək şeytanın hiyləsinə, məkrinə uğramaqdan doğar. Lakin onlarla xoşbəxtlənmək, Allah dərgahındakı yüksəkliklərə ucalaraq Allaha təvəssül etmək mərqədləri yanında Allaha ibadət etmək caizdir. Fəqət bütün bunlar, haşa, onlara ibadət etmək demək deyildir. Allaha qulluqdur. Ona ibadətdir. Çünki onlara namaz qılmaqla qəbirləri yanında Allaha namaz qilmaq arasında fərq vardır.
فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin