«Qiyamətin qopacağı zaman yağmurun yağacağı an»1 və sair.
Hikmətini bilmədiyimiz bəzi şeylər var ki, bizdən gizlənmişdir: İsmi-əzəm, Qədr gecəsi, İcabat saatı və s. Allahın, bizcə, hikməti bilinməyən bir şeyi etməsi və ya bir hökmü verməsi təəccüblü deyildir. İş bynyn vuquunda və kerçək olmasındadır. Peyğəmbərin və məsum vəsilərin xəbər verdikləri şeyə inanmağımız gərəkdir. Hikmətindən, səbəbindən bəhs etməyimiz lazım deyil. Ancaq Mehdi haqqında Həzrət Peyğəmbərdən (s) gələn hədislər iki tərəfdən də, yəni şiələr və əhli-sünnət tərəfindən gəlmişdir. Hikmətini bilmədiyimiz halda təsdiq etmək məcburiyyətindəyik. Əsasən bu xüsusi təfsil üçün bu müxtəsər kitab kifayət eləməz. İmamət haqqında və hər əsrdə bir imamın olduğu, yer üzünün hüccətdən xali qalmayacağı barədə inancımız var və budur. Onun varlığı lütf olduğu kimi, təsərrüfü də bir başqa lütfdür. Hikmətdən sorğu sorulmaz, buna dair dəlillər lap çoxdur. Fəqət Allah istəsə bu qədər də kifayətdir.
ƏDALƏT
Ədalətdə məqsəd Allah-Təalanın heç bir kimsəyə zülm etməyəcəyinə və əqli-səlimin pis hesab etdiyi şeyi işləməyəcəyinə inanmaqdır. Bu əsas ayrı və başlı-başına bir əsas deyildir. Allahın camal və kamal sifatlarının hamısını hayiz olması etibarı ilə zatında və vəhdaniyyətində mövcuddur. Amma əşərilər, ədliyyəyə, yəni ədlə inanlara müxalifət etmiş, hüsn və qübhün, yəni gözəl və yaxşı işlərlə pis və yaramaz işin əqli olduğunu, ağılla anlaşılıb bilinəcəyini inkar etmişlər. Onların fikrincə, hüsn ancaq şəriətin hüsn olaraq qəbul etdiyi şey, qübh də ancaq şəriətin qübh olaraq qəbul etdiyi şeydir. Allah istəsə ona itaət edəni cəhənnəmə qoyar, üsyan edəni cənnətə. Bu pis bir şey olmaz. Çünki o mülkündə istədiyi kimi ixtiyar sahibidir.
لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ
Dostları ilə paylaş: |