Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


«Həmd olsun Allaha ki, bizi buna hidayət etdi; Allah bizə hidayət verməsəydi doğru



Yüklə 202,7 Kb.
səhifə3/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   57
«Həmd olsun Allaha ki, bizi buna hidayət etdi; Allah bizə hidayət verməsəydi doğru yolu tapmazdıq».1

ƏBDÜLBAQİ GÖLPİNARLI

MÜƏLLİFİN TƏRCÜMEYİ-HALI
Rəhmətlik Şeyx Mühəmməd Hüseyn hicri 1295-ci ildə (1876) Nəcəfdə anadan olmuşdur. Atası Yəhya Əl-Maliki oğlu Şeyx Xızır Nəcəfə Hillənin cənubundakı Cənacə şəhərindən köçmüşdü. «Kəşf əl-Ğita» adlı kitabın sahibi olan oğlu Cəfər əl-Kəbir elm aləminə təmayüz etmiş, ondan sonra da bu ailədən bir çox alimlər çıxmışdır. Cəfərin oğlu Musanın oğlu Riza oğlu Şeyx Əlinin oğlu Məhəmməd Hüseyn ilk təhsilini Nəcəfdə almışdır. Sonralar xorasanlı Məhəmməd Kazimdən üsul, həmədanlı Rizadan və yəzdli Seyyid Kazimdən fiqh, Mirzə Hüseyn Nuridən əxbar və hədis, Əhməd Şirazidən və Mirzə Mühəmməd Baqiri ilə nəcəfabadlı Şeyx Mühəmməd Rizadan hikmət və kəlam öyrənmişdir. Yaradıcıllqda zəkası çox üstün olduğundan qısa bir müddətdə alimlər arasında böyük nüfuz qazanmışdır. Çox gənc çağında dəyərinə layiq mövqe tutmuş, qardaşı müctəhid Şeyx Əhməd ilə bərabər alimlərin inamını qazanmışdır. Yəzadli Seyyid Kazim fiqhə aid olan suallara cavab və fitva vermək xüsusunda onların hər ikisini vəkil etmişdi. Seyyid Yəzdinin vəfatından sonra müəllif fitva sahəsində tək qalmış, ona uyanların sayı isə get-gedə artmışdır. Həyat boyunca Nəcəf əhalisi və tələbələr ondan faydalanmış, günlər keçdikcə şöhrəti daha artıq yayılmışdır. Həyatının bütün dövrlərində elm məçlisləri qurmuş, həmin məclislərdə bir çox tələbələr onu dinləyərək feyz almağa başlamış, beləliklə fiqh, hədis, kəlam elmlərinə aid cildlər dolusu dərsliklər yazmışdır. Onu dinləyənlərin çoxu alimin mühazirələrini qeydə almışlar.

Çox geniş əhatəli biliyi ilə, elmi fəziləti ilə bərabər insanı özünə çəlb edən gözəl bir üsluba, fasih və nadir olan ifadə tərzinə malik olduğundan dərsləri uzun çəkər, ən incə mətləbləri təfərrüatı ilə anladardı. Ona qulaq asanlar qətiyyən yorulmazdılar. Müxtəlif münasibətlərlə müxtəlif vaxtlarda minbərə çıxar, ifadəsindəki qüdrətlə qəlbləri ələ alar, məntiqindəki qüvvət və isabətlə ağıllara hakim kəsilərdi. Qahirə, Qüds, Kəraçi, Tehran və Nəcəfdəki alimlər mühiti onun xitabət qüdrətinə şahid olunmuşdurlar. Qulaqlar eşitməsədə qəlblər onun sözlərini qəbul edərdi.

Rəhmətlik Kəşifül-Gita Məhəmməd Hüseyn öz uca məqsədinə, yəni islamı Tövhidə qovuşdurmaq üçün bir çox yerlər gəzmişdi. Beləliklə, bütün topluluqlar onun səsini xüsusən özündən eşitmiş, üzünü görmək xoşbəxtliyinə yetişmişdilər. Onun ilk səyahəti hicri 1328-ci ilin şəvval ayının ilk günü həcc fərizəsini ifa etmək üçün Hicaza olmuşdur. Bu səyahətində Şam və Beyrutda iki aya qədər qalmış sonra Saydada bir neçə ay yaşamışdır. Burada təlif etdiyi əsərlərin bir neçəsini nəşr elətdirmiş, bəzi elmi və ədəbi kitablara şərhlər yazmış, əlavələr etmişdir. Saydan Qahirəyə getmiş, orada da üç aydan artıq yaşamışdır. Əzhər alimləri ilə görüşmüş, orada mühazirələr söyləmişdir.

1350-ci ildə Qüds şəhərində toplanan İslam Konqresinə getmiş, Məscidi-Əqsaya çatarkən xitabət gürsüsünə dəvət olunmuş, namazda isə imamətə küçirilmişdir. Bundan sonra Həyfə, Nəblus və Yəfə şəhərini gəzmidir.

Bundan iki il sonra ilk dəfə İrana gəlmiş, Həmədan. Girmanşahan, Tehran, Xorasan, Şiraz, Kazerun, Buşəhr, Xürrəmşəhr, Mühəmmərə, Abadan kimi şəhərləri ziyarət etmişdir. Bu şəhərlərdə də namazlarda imamətdə dayanmış, moizələr söyləmişdir. 1366-cı ildə ikinci dəfə İrana getmiş, bir müddət Kərənd də iqamət etmişdir. 1369-da ildə yenidən İrana gələrək Xorasanda İmam Əliyür-Rizanı (ə) ziyarət etmişdir. Burada İran üləmasından bir çoxları ilə yaxından tanış olmuşdur.

1371-ci ildə müalicə üçün Suriya və Lübnana getmiş, elə həmin il Pakistan hökuməti tərəfindən İslam Konqresinə dəvət olunmuş, təyyarə ilə Karaçiyə gələrək İslam məmləkətlərinin siyasi və ictimai vəziyyəti, onların islahı haqqında danışmış, müstəmləkə siyasəti əleyhinə bir sıra xütbələr söyləmişdir. Konqres sona çatdıqdan sonra Lahur, Pişəvər, Ravəlbəndi və «Hur Kəşmir» deyilən Müzəffərabad şəhərlərini gəzmişdir.

Mərhum Kaşiful-Ğita on mühüm vəzifəsinin moizə və irşad yolu ilə siyasi vəziyyətə nizam vermək, müstəqilliyi qorumaq olduğunu anlamış və bu xüsusda buyurmuşdur: «Allahım və vicdanım qarşısında məsuliyyət daşıyıram. Bu, mənim üçün vacib şeylərdən biridir». Alim bununla da hər sahədə öz dini qeyrətini təzahür etdirmişdir.

Kəşiful-Gita Əli (ə)-ın «Allah həqiqətən də zalımların qarınlarını basa-basa doydurmalarına, məzlumların ac qalmalarına qarşı alimlərdən əhd almışdır» sözlərini tez-tez təkrar edərdi. Buna görə də o, İraqın və İslam ölkələrinin müstəqillik uğrundakı qiyamlarına qoşulmuş, hətta bu qiyamlara rəhbərlik etmişdir. Birinci Dünya müharibəsi başlar-başlamaz Qut şəhərinə gələrək Nəcəfi-əşrəf əhalisi ilə bərabər mübarizəyə qoşulmuş, hər vasitə ilə müstəmləkə siyasətinə qarşı durmuşdur.

Misilsiz xütbələrini eşidən və onu görmək üçün 1373-cü ilin cəmadiəl-axir ayında Nəcəfə gəlmiş ingilis səfiri ilə söhbətində heç bir şeydən çəkinmədən İngiltərənin dünyanın bir sıra ölkələrində yeritdiyi müstəmləkə siyasətini pisləmiş, xüsusən Qərb dövlətlərinin Fələstinin qədim torpaqlarının qəsbinə, yüz minlərlə günahsız adamların o torpaqlardan köçürülmələrinə soyuq, seyrçi münasibətini kəsqin tənqid etmişdi.

Amerika səfirliyi ilə görüşdüyü vaxt bu ölkənin sionizmə tərəfdar olmasını qınayaraq buyurmuşdu: «Qəlblərimiz siz amerikalıların təqsiri üzündən yaralanmışdır; siz bizə elə bir zərbə vurdunuz ki, buna qarşı əsla susmayacağıq. Ürəklərimiz qan ağlamaqdadır».

Ömrünün sonlarında Amerikanın təşəbbüsü ilə Bihəmdunda toplanan konqresə çağırılmışdı. O, bu dəvəti qəbul etməmiş və «Əl-məsəlül-ülya fil-İslam fi Bihəmdun» adlı bir kitab nəşr edərək müstəmləkəçilik əleyhinə öz islami fikirlərini izhar etmişdir.


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin