Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari



Yüklə 202,7 Kb.
səhifə36/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   57
VƏQFLƏR, HİBƏ VƏ SƏDƏQƏ
İnsan özünə aid olan malları bir neçə yolla öz mülkiyyətindən çıxara bilər.

1) Fəqqi-mülk (mülkiyyətdən çıxarış)

İnsan öz mülkünü heç bir kimsənin mülkiyyətinə keçirməmək şərti ilə mülkiyyətindən çıxara bilər ki, buna «təhrir» də deyilir. Malik olduğu qulu azad etmək, onu azadlığa qovuşdurmaq, yaxud dükanını, evini, ərazisini məscidə vəqf etmək kimi. Belə bir mülkə heç kim sahib çıxa bilməz.

2) Hər iki tərəfin hazırlığı ilə bir mülkü başqa birinə bir şeyin müqabilində vermək. Buna «sülh» və «bey» deyilir.

3) Bir əvəz gözləmədən yalnız savab qazanmaq, Allah rizasına yetişmək üçün verilən pul, mal və sairə. Buna «sədəqə» deyilir.

Sədəqə özü də iki qisimdir. Birincisi, «vəqf»dir ki, bu, mülkün özünü həbs edib mənfəətini tərk etməkdir. Yəni mülkü müəyyən şəxslərə, yaxud bir cəmiyyətə ondan heç bir mənfəət gözləmədən bağışlamaq.

İkincisi «sədəqə»dir. Yəni bir malı və ya pulu Allah rizası üçün heç bir əvəz gözləmədən bir başqasına istədiyi kimi sərf etməkdir.

4) Mülkün bir əvəz və savab gözləmədən ancaq bir əlaqə xatirinə bağışlanmasıdır ki, buna «hibə» deyilir.

Hibə iki qisimdir:

1) Hibeyi-muəvvəzə. Bu mülkü bir əvəz olaraq birisinə bağışlamaqdır. Məsələn, bu libası sənə bağışlayıram sən də əvəzində o kitabi mənə ver. Bu növ hibə «əqdi-lazim»dir və tərəflər heç vaxt bunu poza bilməzlər. Lakin hər iki tərəf əqdin pozulmasını öz aralarında razılaşsalar, bu mümkündür.

2) Əvəzsiz hibədir ki buna «hibeyi caizə» deyilir.

Hibələrdə mülkün hibə edilən tərəfindən alınması lazımdır, əks halda sənin olmaz. Hibeyi-caizədə bağışlanan şey geri alına bilər və bununla da əqd pozular. Yəni mal sahibi malı geri ala bilər. Ancaq qarşı tərəf qohumdursa, yaxutda mal artıq tələf olmuşsa, əqdi pozmaq mümkün deyildir. Fəqət sədəqənin hec bir qismində fəsih (əqdi pozma) imkanı yoxdu. Ancaq burada da malı qarşı tərəfin almış olması şərtdir.

Mal vəqf edən siğəsini oxumalıdır. O, «Bu evi Allah rizası ücün filan kişilərə vəqf etdim» deyərsə sonra mülkü mütəvəlliyə yaxud vəqf etdiyi şəxslərə verərsə, yaxud özu mütəvəlli olub vəqf niyyəti ilə o mülkü ələ alarsa, onun artıq bunda dönməsi, mülkü alıb satması bağışlaması və bölməsi caiz deyildir.

Bu vəqf istərsə övlada vəqf edilmiş «xüsusi vəqf» olsun, istərsə də mədrəsə, karvansaray kimi bilik əldə etmək istəyənlərə, yolçulara vəqf edilmiş «ümumi vəqf» olsun, hökm budur.

Vəqf mal aşağıdakı hallarda satıla bilər:

1) xarab olub sıradan çıxmaq qorxusu olduqda

2) malın vəqf edildiyi şəxslər arasında mal və can tələfinə, şərəf və heysiyyətin alçaldılmasına səbəb olacaq dərəcədə bir ixtiyarın meydana çıxmaq qorxusu olduqda.

Butun bunlar yalnız hakimi-şərin xəbəri və musaidəsi ilə mümkündür. Ancaq bu gün vəqf olnmuş mallar vəqf xüsusundakı şəri hokmlərə məhəl qoymadan satılmaqdadır. Hər şeydən xəbərdar olan Allah da bu işləri görənlərin cəzasını onlara daddırmaqdadır.

Şiə alimlərinin vəqf barəsindəki inancları, hökmləri bunlardır. Bizim bunlara aid tədqiqlərimiz olsa da, onlardan bəhs açmağa burada imkan yoxdur. Ona görə də bu qədərini kifayət bildik.
QƏZA VƏ HÖKM
Bir məsələni şəri hökmə bağlayıb müxtəlif çəkişmələrə, savaşlara və qovğalara son qoymaq səlahiyyətini həyata keçirmək çox böyük və uca məqamdır.

Şiələrin nəzərincə, ümmət arasında meydana çıxan məsələləri şəri olaraq hökm səviyyəsinə qaldırmaq işi peyğəmbərlik bağçası ağaclarının ən məhsuldarı ümumi rəyasət mərhələlərinin biri və yer üzündə Allah xəlifələridir. Qurani-Məciddə buyurulur:


يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin