522. Allahın rəsulu (s): Allah-təalanın bu buyuruğu barəsində; "Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin!"2 belə söylədi: Qadının (üşağa) süd verən dövründə, kişi onunla yaxınlıq etmək istəyirdi. Qdın dedi: İcazə vermirəm, çünki yenidən hamilə olmaqdan qorxuram. Yenidən hamilə olsam, südüm kəsilər və bu körpəni acından öldürərəm. Qadın (meyilli olduğu zaman) ərini yanına çağırdığı zaman isə o, deyərdi: Qorxuram ki, səninlə yaxınlıq etdiyimə görə (südün kəsilə,) övladımı öldürəm.
Ona yaxınlaşmırdı. Sonra Allah-təala qadının kişiyə və kişinin qadına zərər verməsini qadağan etdi.1
4\6
Dostları ilə paylaş: |