534. İmam Əli (ə): Osman ibn Məzun, Allahın elçisinin (s) yanına gəlib, dedi: "Ey Allahın rəsulu! Mənə (şeytan) vəsvəsə edir. Amma heç bir iş görmürəm, sizin göstərişinizi və əmrinizi gözləyirəm.
Peyğəmbər (s) buyurdu: "Sənə nəyi vəsvəsə edir, ey Osman?"
Mən yer üzünü (rahiblər, zahidlər kimi səfil halda) gəzib, dolanmaq istəyirəm.
"Səyahətə çıxma (rahiblər, zahidlər kimi səfil halda gəzmə). Çünki bu iş ünün mənim ümmətimə məscidlər təyin olunub."
Ət yeməyi özümə haram etmək istəyirəm.
"Belə etmə. Mən ət yeməyi sevirəm və yeyirəm. Əgər istəydim ki, Allahdan hər gün mənə ət yeməyi nəsib etsin, bunu da edərdi."
Mən özümü axtalamaq istəyirəm.
"Ey Osman! Özünü və ya başqasını axtalayan, bizdən deyil! Mənim ümmətimin axtalanması oruc tutmaqladır."
Xuləni (həyat yoldaşımı) özümə haram etmək istəyirəm.
"Belə etmə, ey Osman! Mömin öz həyat yoldaşının əlindən tutduqda, Allah-təala ona on savab yazar və on günahını (əməl dəftərindən) silər. Onu öpsə, Allah-təala ona yüz savab yazar və yüz günahını (əməl dəftərindən) silər. Onunla cinsi əlaqədə olsa, Allah-təala ona min savab yazar və min günahını (əməl dəftərindən) silər.Mələklər onların hüzuruna gələr. Qüsl etsələr, suyun islatdığı saçının hər bir telinə bir mükafat verilər və bir günah silinər. Əgər bu soyuq gecədə olsa, Allah-təala mələklərinə buyurar: Bu iki bədəmə baxin ki, soyuq gecədə qüsl alırlar, çünki Mənim onların Tanrısı olduğuma inanırlar. Siz də şahid olun ki, mən bu iki bəndəmi bağışladım. Əgər onlar bu cinsi əlaqənin nəticəsində övlad sahibi olsalar, o, behiştdə valideynlərinin xidmətçisi olacaqdır."
Sonra Peyğəmbər (s) əlini Osmanın sinəsinə qoyub, buyurdu: Ey Osman! Mənim sünnəmdən (rəftarlarımdan,) üz çevirmə. Kim mənim davranışlarımdan üz çevirsə (mənim kimi davranmasa,) qiyamət günü, mələklər onun qarşısını alaraq, (Kövsər) hovuzuma yaxın buraxmayacaqlar."1
Dostları ilə paylaş: |