b) Kişinin ailədə vəzifəlləri
Kişi ailənin rəhbəri olduğu üçün müştərək vəzifələrdən əlavə, bir sıra ona xas olan vəxifələri də cra etməlidir. Çünki bu, sağlam ailə mühitinin yranmasında mühüm rol oynayır. Onlardan ən əsasları aşağıdakılardir:
1- Ailənin dini-mənəvi ehtiyaclarını ödəmək
Din və mənəvi dəyərlər ailədə əmin-amanlıq və daxili sabitliyin ən gözəl qarantıdır. Bu üzdən, dini dəyərlərə riayət etmək, ailə quruluşunun möhkəmlənməsində müstəsna rola malikdir.
İmam Əli (ə) dinin ailədəki rolu haqqında belə buyurmuşdur: "Mən kimdə bir bəyənilmiş xislət tapsam, onun bəzi əməllərinə, bu xasiyyətinə görə dözərəm. Özümü onda çatışmayan başqa yaxşı xasiyyətlərə qarşı görməməzliyə vuraram. Amma ağılsızlıq və dinsizliyinə qarşı biganə qala bilmərəm. Çünki dindən ayrılmaq, amin-amanlıqdan, asayişdən ayrılmaq deməkdir. Qorxu içində yaşamaq, xoşagəlməzdir. Ağılsızlıq isə sanki ölməkdir. Kimsə ölülərlə oturub-durmaz."1
Quarni-Kərim imanlı kişilərə, öz ailələrini cəhənnəm odundan qorumağı tapşırıb: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)."2
İmam Əli (ə) bu ayənin təfsizində buyurur: Onlara elm və ədəb öyrədin.3
Dini dəyərlərə qarşı etinasızlıq etmək, ailə üzvlərini cəhənnəm oduna düçar etməmişdən əvvəl, elə bu dünyada ailədaxili münaqışələrin, hərc-mərcliyin və bundan qaynaqlanan digər müxtəlif problemlərin təməlini qoyur.
Kişinin ailədə dini dəyərləri dirilmək yönündə olan fəaliyyətlərinin başında, onları namaza həvəsləndirməsi durur. Çünki namaz müxtəlif əxlaqı çatışmamazlıqların və pis davranışların önünü kəsir. Allah-təala buyurur: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et." 1
Allahı unutmamaq, təkcə ailədə sakit əhval-ruhiyyəni yaradıb, onların mənəvi ehtiyaclarını təmin etmir, əsl həqiqətdə, maddi problemlərin də öz həllini tapmasında yardım edir. Elə buna görə də, Əhli-beyt (ə) maddi durğunluq zamanı öz ailəsindən namaz qılıb, dua edərək Allahdan yardım diləmələrini istəmişdir.
Sözsüz ki, dini tərbiyədə namaza təkid olunması, digər dini dəyərlərə qarşı diqqətsiz yanaşmaq mənasına deyildir. Döğrusu, ailədə islami və insani dəyərlərin riayət olunması üçün çalışmaq zəruridir. Necə ki, Allahın elçisi (s) buyurur: "Övladlarınızı üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərinizi sevsin, Peyğəmbərin Əhli-beytini sevsin və Quran oxusun."2
İmam Əli (ə), Komeylə buyurur: "Ey Komeyl! Ey Kumeyl! Ailəni gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et."3
Dostları ilə paylaş: |