Bədəxlaq olmaq
629. Allahın rəsulu (s): Siz (kişilərin) ən pisləri, bədəxlaqlı olanlar, bədxərclər və ailəsinə daha çox yük olanlarınızdır.3
630. İmam Əli (ə): Bu üç xislətin sahibinə həyat asudə keçməz: Kinli olmaq, paxıllıq etmək və bədəxlaq olmaq.4
631. İmam Əli (ə): Bədəxlaqlı insanın ailəsi, ondan bezər.5
632. "Əl-Kafi": Hüseyn ibn Bəşşar Vasiti rəvayət edir: İma Rzaya (ə) belə (məzmunli bir məktub) yazdım: "Qohumlarımdan biri qızıma elçi gəlib. Lakin əxlaq və rəftarında bir sıra problemlər var."
Həzrət Rza (ə) belə cavab yazdı: "Əxlaqı və rəftarı pisdirsə, ona qız vermə."1
4\2
Dostları ilə paylaş: |