Hədislər:
59. Allahın rəsulu (s): Mönin şəxsin evlənməsinə nə mane olur? Bəlkə Allah ona elə övladlar qismət edəcək ki, yer üzünü "La ilahə illəl-lah" (şüarı) ilə dolduracaqlar.2
60. Allahın rəsulu (s): Yaqubun oğlu Yusif qardaşını gördükdə ondan soruşdu: Ay mənim qardaşım! Məndən sonra axı necə evlənə bildin?
Dedi: Atam mənə evlənməyi əmr etdi və buyurdu: "Əgər yer üzünü Tanrıya həmd-səna oxuyacaq övladlarla doldura bilərsənsə, belə də et."3
61. İmam Sadiq (ə): (Yusifin (ə) onu tanımayan qardaşı Benyaminlə söhbəti haqqında söylədiyi zaman) : Yusif (ə) soruşdu: Onun (Yusif) üçün nə qədər kədərləndin?
Dedi: Elə kədərləndim ki, on bir övladımın hamısının adını onun adından aldım.
"Amma ondan sonra (çoxlu) qadınlarla evlənmiş və (çoxlu) övlad sahibi olmusan!"
Mənə dəyərli atam belə əmr etdi: Ailə qur! Bəlkə Allah sənə elə övladlar qismət edəcək ki, yer üzünü Allaha həmd-səna oxumaqla dolduracaqlar.1
Dostları ilə paylaş: |