Qadına xidmət
318. Allahın rəsulu (s): Sənin (kişinin) qadına xidmət etməsi, sədəqədir.4
319. Allahın rəsulu (s): Kim üç yerdə təkəbbürlülük (lovğalıq) etməsə, həqiqi mömin sayılır: Ailəsinə xidmət etdikdə, fağır (kasıb) insanlarla birlikdə əyləşməkdə və qulluqçusu ilə bir yerdə yeməkdə. Bunlar Allah –təalanın kitabında mömin adlandırdığı şəxslərin nişanələridir: "Onlar həqiqi möminlərdir.5"6
320. Allahın rəsulu (s): Ey Əli! Yalnız doöru danışan insan, şəhid və Allah-təalanın dünya və axirətdə xeyrini istədiyi şəxs, ailəsinə xidmət edər.1
321. "Səhihi-Buxari": Əsvəd: Aişədən siruşuldu: Peyğəmbər (s) evində necə rəftar edirdi?
Aişə dedi: Həyat yoldaşına kömək edirdi, xidmət göstərirdi. Namaz vaxtı gəlib çatdıqda isə, namaz qılmaq üçün (evdən çıxıb) gedərdi.2
322. Allahın rəsulu (s): Kişi arvadına su içirdikdə savab qazanar.3
323. Allahın rəsulu (s): Tanrının razılığını əldə etmək üçün verdiyin hər nəfəqənin qarşılığında bir savab qazanırsan, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə.4
324. Allahın rəsulu (s): Ailənə xərclədiyin hər nəfəqə qarşılığında savab qazanırsan. Hətta həyat yoldaşının ağzına tərəf uzatdığın hər loğma üçün belə.5
325. Allahın rəsulu (s): Möminə hər bir əməli üçün savab verilər, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə.6
9\2
Dostları ilə paylaş: |