363. İmam Əli (ə): Kim bəzi işlərdə güzəştə getməsə və göz yummasa, həyatı qaralar (zəhrimar olar).1
364. İmam Zeynül-abidin (ə): (İmam Baqirə (ə) nəsihətində) Ey oğlum, bil ki, ümumiyyətlə dünyada işinin düz olması (rast gətirməsi) iki kəlimədə cəmlənib: Yaşayışın islahı. Bu sanki dolu piyaləyə bənzəyir. Onun üçdə iki hissəsidiqqət və huşyarlıqdan ibarətdir. Üçdə bir hissəsi isə güzəştdir. Çünki insan, bir şeyib bilib, ona diqqət yetirdiyi zaman, güzəştə gedər və bəzi işlərə göz yumar.2
18\2
Qənaət
365. İmam Əli (ə):Ən xoş həyat tərzi, Allah-təalanın qənaət etməyi əta etdiyi və ləyaqətli qadın bəxş etdiyi şəxsə adiddir.3
366. İmam Əli (ə): Ən rahat həyat tərzi, qənaətçil olmaqla ələ gələr.4
367. İmam Əli (ə): Ən xoş həyat tərzi, qənaətçillikdədir.5
368. Həzrət Süleyman (ə): (Hikmətli kəlamlarında) Həyatı bütün şirinliyi və acısı ilə yoxladıq. Anladıq ki, ən azı ilə də, kifayətlənmək mümkündür.1 19\2