6- Yersiz qeytər göstərmək
Birgə yaşayış, cinsi əlaqəli məhdudlaşdırır. Hər bir dində və cəmiyyətdə, evlilik həyatı, cinsi əlaqələr üçün bir sıra məhdudiyyətlər gətirir. İslam dininə görə cinsi əlaqə ailədə (ər-arvad arasında) məhdudlaşmalıdır. Buna görə də, ailə üzvlərinin (ər-arvad) hərbirinin bu sərhəddi pozması, xəyanət sayılır. Bu məsələni hamı qəbul edir. Amma bu məsələyə qarşı olan həssaslıq öz təbii həddini aşsa, yersiz şəkk-şübhələr və əsassız şəkildə qeyrət nümayiş etdirmək həyatı zəhrimara çevirir. Ən çox etibar olunması lazım olan şəxs, ən çox şübhə altına alınan şəxsə çevirilir. Diqqət etmək lazımdır ki, müxtəlif tərəddüdlər və sorğu-sualların mənşəyi, sədaqətli qadını da, pis yola düşməyə, ərinə xəyanət etməyə sövq edir. Nəhcül-bəlagədə bu haqda buyurulan rəvayət tamamilə doğrudur. İmam Əli (ə) buyurur: "Boş yerə (bədgümanlıqdan) qeyrət nümayiş etdirməkdən uzaq ol. Çünki bu iş, düz qadını əyriliyə və iffətli qadını tərəddüdə və (o barədə) fikirləşməyə vadar edər."1
Belə olmasa da, ərinin onu sevdiyinə, öz məhəbbətini izhar etdiyinə ciddi şəkildə tərəddüdlə yanaşar. Öz məhəbbətini də azaldar. Bununla da, ailənin möhkəmliyində ən əsas amil süstləşər.
Sonda qeyd etmək lazımdır ki, kişi öz həyat yoldaşına töhmət vuraraq, onu zinakarlıqda təqsirli bilsə, bir halda ki, belə deyildirsə, Allahın lənətinə düçar olmuşdur.
Dostları ilə paylaş: |