Aləmlərin xanımının (s) mehriyyəsi
Həzrət Fatimənin (s) mehriyyəsi 480 dirhəm, on iki əvqiyəyə bərabər idi. Bu Həzrət Əlinin (ə) zirehinin dəyəri idi.1
Bəzi mənbələrə əsasən Fatimənin (s) və Peyğəmbərin həyat yoldaşlarının mehriyyəsi beş yüz dirhəm,2 12,5 əvqiyə3 olmuşdur. Amma bəzi mənbələr də, bu miqdarın 400 misqal gümüş,4 ya da ki, 30 dirhəm olduğu qənaətindədirlər.5
189. İmam Əli (ə): Allahın elçisi (s) evləndiyi heç bir qadının mehriyyəsini 12,5 əvqiyə gümüşdən çox təyin etmədi. Fatiməyə də, elə bu miqdarda mehriyyə təyin edərək, mənimlə evləndirdi. Hər əvqiyə qırx dirhəmə bərabərdir.6
190. İmam Əli (ə): Allahın elçisi (s) qızı Fatiməni 12,5 gümüş əvqiyəyə mənimlə evləndirdi.7
191. İmam Əli (ə): Fatimə ilə evləndiyim zaman, Peyğəmbərə (s) dedim: Ey Allahın elçisi! Atımı satım, yoxsa zirehimi?
Buyurdu: "Zirehini sat."
Mən də, onu bazara aparıb, 12 əvqiyəyə satdım. Bu Fatimənin mehriyyəsi idi.1
192. "Əl-Mənaqib": Hüseyn ibn Əlidən nəql olunan rəvayətə görə: "Peyğəmbər (s) Fatiməni (s) dörd yüz həştad dirhəm mehriyyəyə Əli ilə (ə) evləndirdi."
Başqa bir rəvayətə əsasən isə onun mehriyyəsi dörd yüz misqal gümüş olmuşdur.2
193. İmam Zeynülabidin (ə): Peyğəmbər (s), Fatiməni (ə) Əli (ə) ilə evləndirərkən belə bir xütbə oxudu: "... Əli əgər bu məbləğə razıdırsa, mən onu dörd yüz misqal gümüş miqdarında mehriyyə ilə evləndirdim.3
194. İmam Baqir (ə): Fatimənin (ə) mehriyyəsi, bir köhnəlmiş Yəmən çadrası,4 bir Hutmi zirehindən5 ibarət idi. Yatağı quçi dərisindən ibarət idi ki, onu sərir və üzərində yatardılar.6
195. İmam Sadiq (ə): Əli (ə), Fatiməni (ə) bir köhnəlmiş Yəmən çadrası, bir zireh və quç dərisindən olan yorgandan ibarət olan mehriyyə ilə özünə həyat yoldaşı etdi.1
196. "Əl-İrşad": Rəyyan ibn Şəbib: Məhəmməd ibn Əli ibn Musa (İmam Cavad (ə)) Ümm Fəzlə (Abdullah Məmunun qızına) elçi getdi. Onun mehriyyəsini nənəsi Fatimənin (ə) mehriyyəsi məbləğində təyin etdi: beş yüz dirhəm.2
197. İmam Baqir (ə): Əli ibn Əbu Talib (ə) bir ədəd dəmir zireh, bir köhnəlmiş yəmani çadrasını Fatimənin (ə) mehriyəsinə təyin etdi. Peyğəmbərin həyat yoldaşlarının mehriyyəsi beş yüz dirhəm idi.3
6\5
Dostları ilə paylaş: |