16
danışırdılar, onları eşidirdi vә nәhayәt Cәbrail Əmin onun
yanına gәlib dedi: "Oxu!"1 Bu, peyğәmbәrliyin başlanğıcı idi.
Allahın bu bәnzәrsiz mәxluqu,
ilahi vәhyin nazil
olmasından öncә belә kamillik mәrhәlәsinә çatmış bu insan
peyğәmbәrliyinin ilk anından mürәkkәb, hәrәtәrfli vә çәtin bir
cihada başladı vә bu cihadı iyirmi üç il çox çәtin şәraitdә
davam etdirdi; öz daxilindә cihadı, hәqiqәt haqda heç bir dәrki
olmayan xalqla cihadı vә mütlәq zülmәtә qәrq olmuş
cәmiyyәtlә cihadı. İmam Əli (ә) Nәhcülbәlağәdә buyurur ki,
fitnәlәr hәr tәrәfdәn xalqı sıxırdı,
2
dünyagirlik,
şәhvәtpәrәstlik, zülm, tәcavüz, insanların daxilindә әxlaqi
qәbahәtlәr, güclülәrin heç bir
şeydәn çәkinmәdәn zәiflәrә
tәcavüzü baş alıb gedirdi. Bu tәcavüz yalnız Mәkkәdә vә
Ərәbistan yarımadasında deyildi, o dövrün әn üstün
sivilizasiyaları olan Böyük Roma İmperiyasında vә İran
şahәnşahlığında da mövcud idi. Tarixә baxın; tarixi zülmәt
bәşәrin bütün hәyatını bürümüşdü. Bu әzәmәtli güclә birgә
mübarizә aparmaq, dayanmadan vә tәsәvvürolunmaz
fәaliyyәtlәr göstәrmәk peyğәmbәrliyin
vә ilahi vәhyin ilk
saatlarından başlandı. İlahi vәhy dә hәmişә yararlı torpağa
verilәn tәmiz su kimi o hәzrәtin müqәddәs qәlbinә nazil olur,
ona qüvvә bәxş edirdi. Vә o bu dünyanı möhtәşәm bir
dәyişikliyin başlanğıcına çatdırmaq üçün әlindәn gәlәni etdi
vә mәqsәdinә çatdı.
Mәkkәnin çәtin günlәrindә Peyğәmbәrin (s) güclü әllәri ilә
İslam ümmәtinin ilk bünövrәsi qoyuldu. İslam ümmәtinin
binası bu bünövrә üzәrindә dayanmalı idi. İlk möminlәr, bu
biliyә, bu şücaәtә vә bu nüraniliyә malik olub Peyğәmbәrin (s)
sözünün mәnasını dәrk edәn vә ona könül verәn ilk şәxslәr bu
bünövrәni tәşkil edirdilәr. "Allah
kimi düz yola yönәltmәk
istәsә, onun köksünü İslam (dini) üçün açıb genişlәndirәr".
3
1
Əlәq/1
2
Nәhcül-bәlağә, xütbә 2
3
Ənam/1255
17
Hazırlıqlı ürәklәr, onların bu ilahi tәlimlәrә, ilahi әmrlәrә sarı
açıq qapıları Peyğәmbәrin (s) güclü әllәri ilә düzәldi, zehinlәr
işıqlandı, iradәlәr günbәgün daha da möhkәmlәndi.Mәkkә
dövründә azsaylı möminlәrin qarşısına çıxan çәtinliklәr bizim
üçün tәsәvvüredilmәzdir. Bütün dәyәrlәrin cahiliyyәt dәyәrlәri
olduğu,
yanlış tәәssübkeşliklәrin,
güclü
әdavәtlәrin,
qәddarlığın, rәhmsizliyin, zülmün vә ehtirasın bir-birinә
qarışıb hәyatı ağırlaşdırdığı bir şәraitdә bәrk vә keçilmәz
qayalar
arasında
bu
yaşıl
ağaclar
baş
qaldırdı.
Əmirәlmömininin (ә) "Sәhra ağacları möhkәmdir, onların
alovu güclüdür"
1
cümlәsinin mәnası budur. Qayalar arasından
cücәrib
boy atan bu bitkilәri, ağacları heç bir tufan tәrpәdә
bilmirdi. On üç il ötәndәn sonra bu möhkәm tәmәllәr üzәrindә
İslam cәmiyyәti, sivil Peyğәmbәr dövlәti quruldu.
Dostları ilə paylaş: