Ayətullah Seyid Əli Xamenei



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
250-YAŞLI-İNSAN

İkinci fəsil: İmamət 
İmamәt - cәmiyyәtin insani ehtiraslardan, nöqsanlardan, 
qürur vә tәkәbbürdәn irәli gәlәn müxtәlif üsul-idarәlәrinә 
qarşı çıxan ideal idarәetmә üsuludur. İslam bәşәriyyәtә 
imamәt üsulunu tәqdim edir. Bu hәm qәlbi ilahi hidayәt işığı 
ilә dolan, hәm din tәlimlәrini bilәn, anlayan, düzgün yolu 
tәyin edәn, hәm güclü idarәçilik qabiliyyәtinә sahib olan, hәm 
dә öz canına, istәyinә vә hәyatına çox da әhәmiyyәt 
vermәyәn, insanların canını, hәyatını vә xoşbәxtliyini isә hәr 
şey sayan bir insanın rәhbәrliyi demәkdir. Əmirәlmöminin (ә) 
özünün beş ildәn az sürәn hakimiyyәtindә bunu әmәli surәtdә 
göstәrdi. Görürsünüz ki, bәşәriyyәt bu qısa hakimiyyәt 
dövrünü heç zaman unutmamış, o, nümunә vә örnәk kimi 
әsrlәr boyu yaşamışdır. Bu, Qәdiri-Xum hadisәsinin dәrs vә 
mәnasının nәticәsidir.
Rәhbәrlik mәnasını ifadә edәn imamәt sözü İslam 
әdәbiyyatında daha çox xüsusi mәnada, düşüncә vә siyasi 
baxımdan ictimai rәhbәrlik kimi başa düşülür. Quranda 
işlәnmiş imam vә imamәt sözlәri bu mәnada ümmәtin 
rәhbәrliyi demәkdir - düşüncә rәhbәrliyi, siyasi rәhbәrlik, 
yaxud hәr ikisi. Peyğәmbәrin (s) vәfatından sonra İslam 
inanclılarının bir neçә firqәyә bölünmәsi ilә nәticәlәnәn 
etiqadi vә siyasi parçalanmalarda әsas amil ümmәtin siyasi 
rәhbәrliyi olduğundan, imamәt vә imam sözlәri xüsusi 
әhәmiyyәt kәsb etdi vә daha çox siyasi rәhbәrlik mәnasında 
işlәnib digәr mәnaları kölgәdә qoydu. Belә ki, hicrәtin ikinci 
әsrindә biri o birindәn sonra kәlam mәktәblәri yarananda vә 
müxtәlif İslam tәmayüllәri müәyyәn ideologiya vә mәktәblәr 
formasına düşәndә siyasi rәhbәrlik mәnasında olan imamәt 
bütün bu mәktәblәrin mühüm mәsәlәlәrindәn birini tәşkil etdi. 
Bu mәsәlәdә adәtәn imamın - yәni cәmiyyәtin hakiminin vә 
başçısının şәrait vә xüsusiyyәtlәrindәn söhbәt açılırdı vә bu 
haqda hәr bir qrupun öz sözü vә etiqadı vardı. 


45
Şiәlәr tәrәfindәn İslamın әn ortodoks düşüncә cәrәyanı 
hesab edilәn Şiә mәktәbindә imamәt bu mәnada başa 
düşülürdü. Bu mәktәbin imam haqda görüşü belә xülasә 
olunurdu: İslam cәmiyyәtinin imamı vә siyasi başçısı Allah 
tәrәfindәn tәyin vә Peyğәmbәr (s) tәrәfindәn tәqdim olunmalı, 
düşüncә rәhbәri, Quran tәfsirçisi, dinin bütün sirr vә 
incәliklәrindәn xәbәrdar, pak, mәsum, fiziki cәhәtdәn 
qüsursuz, hәr bir әxlaqi nöqsandan uzaq, pak vә iffәtli ailәdә 
doğulmuş olmalıdır vә sair. Belәliklә, birinci vә ikinci әsrin 
müsәlmanlarına görә siyasi rәhbәrlik kimi başa düşülәn 
imamәt şiәlәrә xas baxışda siyasi rәhbәrlikdәn әlavә, hәm dә 
düşüncә vә әxlaq rәhbәrliyinә şamil olurdu. 
Şiәlәr imam bildiklәri şәxsdәn yalnız ictimai deyil, hәm dә 
düşüncә idarәçiliyini, dini tәlimdә, mәnәvi vә әxlaqi saflıqda 
bәlәdçiliyi gözlәyirdilәr. Onlar bu vәzifәlәrin öhdәsindәn gәlә 
bilmәyәn şәxsi hәqiqi imam saymır vә başqalarına görә yetәrli 
meyarlar sayılan yaxşı siyasi idarәçilik, hәrbi güc vә 
qәhrәmanlıq xüsusiyyәtlәri ilә qane olmurdular.
Şiәnin imamәtә dair baxışına әsasәn, bir cәmiyyәtin imamı 
insanların fәrdi rәftarını vә ictimai hәrәkәtini tәnzim vә idarә 
edәn, eyni zamanda әxlaq müәllimi, onların hәyat vә 
fәaliyyәtinin hakimi olan üstün qüvvәdir. Bu baxışa görә, 
әsasını qoyduğu cәmiyyәtin düşüncә vә siyasi rәhbәrliyini icra 
etdiyi üçün Peyğәmbәr (s) dә imamdır. Peyğәmbәrdәn (s) 
sonra onun vәzifәlәrini, o cümlәdәn siyasi rәhbәrlik işini 
yerinә yetirmәk üçün ümmәtin yenә dә imama ehtiyacı var. 
Şiәlәr inanırlar ki, bu canişinlik Peyğәmbәrin sözlәrinә әsasәn, 
Əli ibn Əbutalibә (ә) vә sonra hәmin ailәdәn olan mәsum 
imamlara mәxsusdur. 
Dövrümüzün bәzi görkәmli mütәfәkkirlәri İslam imamәti 
vә hökumәti üçün üç cәhәt qeyd etmişlәr: siyasi rәhbәrlik, dini 
tәlim vә mәnәvi paklıq. İslam xilafәtindә bu üç mәsәlә bir-
birindәn ayrılmamış vә bir proqram kimi insanlara tәqdim 
olunmuşdur. Demәli, ümmәt rәhbәrliyi dә bu üç sahәdә 


46
rәhbәrlik demәkdir. İmamәtin bu mәna genişliyinә görә şiәlәr 
imamın Allah tәrәfindәn tәyin edilmәli olduğuna inanırlar. 
İmamәti xilafәt vә hökumәt qarşısında sırf mәnәvi, 
psixoloji vә elmi mәnsәb hesab edәnlәrin dayaz baxışının 
әksinә olaraq, şiә mәdәniyyәtindә imam ümmәtin rәhbәridir; 
hәm dünyәvi işlәrdә, cәmiyyәtin siyasi vә ictimai idarәsindә 
vә nizama salınmasında (hökumәt başçısı), hәm dә mәnәvi vә 
psixoloji tәlimdә, hidayәtdә, düşüncә problemlәrinin hәllindә 
vә İslam ideologiyasının izahında (ideoloq). 
Bu aydın mәsәlә imamәtә etiqad bәslәyәnlәrin çoxunun 
düşüncәsinә o qәdәr yaddır ki, Quran vә hәdisdә buna dair 
yüzlәrlә dәlildәn bir neçә nümunәni qeyd etmәk pis olmaz: 
Kafi kitabının Höccәt bölmәsindә hәzrәt Əli ibn Musa 
Rizadan (ә) imamәtә vә imama dair böyük bir hәdis nәql 
olunmuşdur. Bu hәdis mәnalı vә maraqlı xüsusiyyәtlәri ehtiva 
edir, imamәti dinin sükanı, müsәlmanın nizam-intizamı, 
dünyanın abadlığı, möminlәrin başucalığı, peyğәmbәrlәrin 
mәnsәbi, canişinlәrin mirası, Allah vә Peyğәmbәrin (s) 
canişinliyi, imamı isә ümumi sәrvәti artıran, ilahi qanun vә 
cәzaları icra edәn, sәrhәdlәri qoruyan, xalq arasında Allahın 
әmanәtdarı, yüksәk yerdә işıqlı mәşәl, Allahın yolunu bәrpa 
vә müdafiә edәn, münafiqlәri qәzәblәndirәn, (İslamla vuruşan) 
kafirlәrin kökünü kәsәn, möminlәrә şәrәf bәxş edәn, 
idarәçilikdә mahir vә peşәkar, siyasәt işinә vaqif, Allahın 
fәrmanına hazırlıqlı, Allahın bәndәlәri üçün xeyirxah qüvvә 
vә Allahın dininin gözәtçisi adlandırır.
1
Başqa bir hәdisdә İmam Sadiq (ә) açıq şәkildә söylәyir ki, 
Əli (ә) vә digәr imamlar Peyğәmbәrin (s) bütün üstünlüklәrinә 
vә öhdәliklәrinә sahibdirlәr.
2
1
"Əl-Kafi", c. 1, sәh. 200
2
Yenә orada, sәh. 196 


47
İmam Sadiq (ә) başqa bir hәdisdә canişinlәrә itaәtin 
vacibliyini vurğulayaraq qeyd edir ki, canişinlәr Quranın "әmr 
sahiblәri"
1
adlandırdığı şәxslәrdir.
2
Müxtәlif kitabların müxtәlif bölmәlәrindә qeyd olunmuş 
yüzlәrlә rәvayәt şiәlikdә mövcud olan imam vә imamәt 
anlayışını açıq-aşkar şәkildә müsәlman ümmәtinin idarәsi vә 
başçılığı kimi göstәrmiş vә Əhli-beyt (ә) imamlarını 
hakimiyyәtin hәqiqi sahiblәri adlandırmışdır. İnsaflı tәdqiqatçı 
üçün heç bir şübhә qalmır ki, Əhli-beyt (ә) imamlarının 
imamәt iddiası elmi vә mәnәvi müstәvidәn geniş, hәm dә 
dәqiqliklә hakimiyyәt iddiasıdır vә onların hәrtәrәfli dәvәti 
әslindә hakimiyyәtә gәlmәk üçün siyasi-hәrbi mübarizәyә 
çağırışdır. (Sadiq rәhbәr, sәh. 69-74) 
İmam Sәccaddan (ә) İmam Əsgәriyә (ә) qәdәrki sәkkiz 
imamın yalnız din hökmlәri, din tәlimlәri ilә mәşğul 
olduqlarını 
vә 
dövrlәrinә 
uyğun 
siyasi 
mübarizә 
aparmadıqlarını düşünәn adam yәqin ki Kafi kitabının onların 
hәyatına dair rәvayәtlәrini araşdırmamışdır. Onların 
hәyatlarında mübarizә amili aydın görünür. Ümumiyyәtlә 
İslamda imamәtin mәnası vә Şiәnin imamәtә dair fәlsәfәsi 
bundan qeyrisi ilә әsla uyğun gәlmir. Bizdә imamların 
mübarizәsinә dair aydın dәlil olmasaydı belә, әn azı bundan 
xәbәrimizin olmadığını, uyğun mәlumatların bizә çatmadığını, 
onların isә mübarizә apardıqlarını düşünmәli idik. Biz mәhz 
Şiә әdәbiyyatında yox, ümumi İslam әdәbiyyatında imamәtin 
hәqiqi 
mәnasını 
bildikdәn, 
qәbul 
etdikdәn 
sonra 
imamlarımızın yüz әlli il, yaxud daha artıq müddәtdә әllәrini 
әllәrinin üzәrinә qoyub evlәrindә oturduqlarını, yalnız Quran 
hökmlәrini vә İslam tәlimlәrini bәyan etdiklәrini vә siyasi 
mübarizә aparmadıqlarını söylәyә bilmәrik. Belә bir fikir әsla 
düzgün deyil. Əlbәttә, mübarizәnin hәr dövrdә müәyyәn 
formada olduğunu yaddan çıxarmamalıyıq. Mübarizә bәzәn 
1
Maidә/59 
2
"Əl-Kafi", c. 1, sәh. 189 


48
mәdәni, elmi, siyasi işlәrlә, tәşkilatlanma, partiya işlәri ilә, 
bәzәn dә qanlı әmәliyyatlarla, açıq döyüşlә vә hәrbi 
fәaliyyәtlәrlә olur. Mübarizә hәr zaman bir formada hәyata 
keçir.
Kimsә etiraz edә bilәr ki, imamlar ilahi elmlә hakimiyyәtә 
gәlmәyәcәklәrini bilә-bilә onun uğrunda necә mübarizә apara 
bilәrdilәr?! Bәli, imamların hәyatı göstәrdi ki, onlar 
hakimiyyәtә gәlib istәdiklәri vә üzәrlәrinә düşәn şәkildә İslam 
cәmiyyәti vә İslam quruluşu qurmaq imkanı әldә etmәdilәr. 
Bәs onlar bunu bildiklәri vә ilahi ilhamla bundan xәbәrdar 
olduqları halda necә bu işi görmәk istәyirdilәr?! Cavabda 
demәliyik ki, mәqsәdә çatmayacağını bilmәk vәzifәni yerinә 
yetirmәyә mane olmur. Siz Peyğәmbәrin hәyatına baxın. Əziz 
Peyğәmbәr (s) Ühud döyüşündә mәğlub olacağını, dağ 
keçidini tapşırdığı döyüşçülәrin orada dayanmayacağını vә 
qәnimәt tamahından oradan enәcәklәrini bilirdi. Peyğәmbәr 
(s) Bәni-Sәqif qәbilәsini hidayәt etmәk vә mәkkәlilәrin 
tәhlükәsindәn uzaqlaşmaq üçün Taifә gedәndә onların onu daş 
parçaları ilә qarşılayacaqlarını bilirdi, ayağını qanadacaq 
qәdәr daş vuracaqlarından vә qayıtmağa mәcbur olacağından 
xәbәrdar idi. İmamlar bütün bunları bilirdilәr. Əmirәlmöminin 
(ә) bilirdi ki, ramazan ayının 21-dә şәhadәtә qovuşacaq, amma 
eyni zamanda ramazan ayından bir qәdәr qabaq Müaviyәyә 
qarşı döyüşü davam etdirmәk üçün Kufәnin kәnarında böyük 
bir düşәrgә saldı. Əmirәlmömininin (ә) bilmәsi onun adi 
gedişata uyğun çalışmamasına bais olsaydı, düşәrgә salmaz, 
qoşun toplamazdı. İnsanları Kufәdәn kәnarda bir araya gәtirdi 
vә orada saxladı. Nә üçün? Nә faydası vardı? İmamların 
hakimiyyәtә gәlmәyәcәklәrini bilmәlәri onların fәaliyyәtinә 
mane olmamalı, çalışmalı, mübarizә aparmalı, nә baş 
verәcәyini bilmәyәn adam kimi bütün işlәri görmәlidirlәr.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin