Ayətullah Seyid Əli Xamenei


İslam quruluşunu möhkəmlətmək



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
250-YAŞLI-İNSAN

İslam quruluşunu möhkəmlətmək 
Qәdiri-Xum hadisәsi İslam tarixinin çox mühüm vә 
tәyinedici bir hadisәsidir. Bu hadisәyә iki cәhәtdәn yanaşmaq 
olar. Bunların biri Şiәyә mәxsusdur, biri isә bütün İslam 
firqәlәrinә. Onun ikinci cәhәtinә әsasәn, bütün dünya 
müsәlmanları bu böyük hadisәni xatırladan Qәdiri-Xum 
bayramının yalnız şiәlәrә mәxsus olmadığını bilmәlidirlәr. 
Qeyd etdiyim kimi, hadisәnin birinci cәhәti şiәlәrә 
mәxsusdur, çünki bu hadisәdә Əmirәlmöminin (ә) Peyğәmbәr 
1
Munafiqun/8


38
(s) tәrәfindәn xәlifә tәyin olunmuşdur. Hәmin hadisә zamanı 
bәzi şәxslәr Peyğәmbәrdәn (s) soruşdular ki, ey Allahın 
Rәsulu, bu elan sәnin tәrәfindәndir, yoxsa Allahın tәrәfindәn? 
Buyurdu ki, Allah vә Onun rәsulu tәrәfindәn.
1
Şiәlәr bu 
hadisәni ona görә uca tuturlar ki, әqidә bәslәdiklәri 
Əmirәlmömininin (ә) fasilәsiz xәlifәliyi әn çox bu dәlilә 
әsaslanır. İslam tarixi boyu çoxlu kitablarda uyğun etiqadı 
sübut etmәk üçün bu hadisәyә әsaslanmışlar. Minlәrlә alimin 
danışdığı vә yazdığı bu mövzuya mәnim bir şey әlavә etmәk 
niyyәtim yoxdur. 
Əhәmiyyәt baxımından hadisәnin birinci cәhәtdәn geri 
qalmayan ikinci cәhәti şiә vә sünni arasında müştәrәkdir. Mәn 
bu haqda bir qәdәr danışacağam. 
Hadisә bundan ibarәtdir ki, Allahın Rәsulu hicrәtin onuncu 
ilindә Mәdinәdәn vә Ərәbistan yarımadasının digәr 
yerlәrindәn olan müsәlmanlarla birgә hәccә yollandı. Əziz 
Peyğәmbәr (s) Allah evini ziyarәt etdiyi bu sәfәrdәn İslamın 
siyasi, hәrbi, әxlaqi, etiqadi tәlimlәrini bәyan etmәk üçün 
lazımınca istifadә etdi. Minada Peyğәmbәrin (s) iki dәfә çıxış 
etdiyi nәql olunmuşdur; biri güman ki, ayın onuna, biri dә on 
üçünә tәsadüf edir. Belә nәzәrә çarpır ki, bunlar iki çıxışdır, 
bir çıxış deyil. Allahın Rәsulu (s) bu çıxışlarda müsәlmanlara 
zәruri olan tәxminәn bütün әsas mәsәlәlәri bәyan etdi. Bunlar 
әsasәn siyasi mәsәlәlәrdir. Bu gün İslam dünyasında hәcci 
siyasәtdәn uzaq sayan, orada yalnız adi mәnada ibadәt etmәli 
olduqlarını vә hәr bir siyasi işi hәcdәn xaric hesab edәnlәrin 
İslam tarixindәn vә әziz Peyğәmbәrin (s) hәyat yolundan çox 
uzaq vә xәbәrsiz olduqları görünür. 
Allah elçisinin bu çıxışlarda dediyi sözlәr şiә vә sünni 
kitablarında qeyd olunmuşdur. Çıxışların xülasәsi belәdir: 
Əvvәlcә cihad haqda danışır, müşrik vә kafirlәrlә cihad 
mәsәlәsini bәyan edir vә bu cihadın "Allahdan başqa heç bir 
tanrı yoxdur" sözünün hәr yerә yayılacağı zamana qәdәr 
1
Tәbrisi, "Əl-İhticac", c. 1, sәh. 82 


39
davam edәcәyini bildirir. Peyğәmbәr (s) bu çıxışlarda İslam 
birliyi mәsәlәsinә toxunub söylәyir ki, müsәlmanlar daxili 
müharibәlәrә getmәsinlәr, birliklәrini qorusunlar. Cahiliyyәt 
әnәnәlәri haqda açıqca deyir ki, İslama görә bunların heç bir 
dәyәri yoxdur: "Cahiliyyәt zamanı dәyәr sayılan hәr bir şeyi 
bu anda ayaqlarım altına atıram". O, cahil dәyәrlәri tamamilә 
rәdd etdi. Cahiliyyәt dövründәn müsәlmanların arasında 
qalmış maliyyә ixtilaflarını - mәsәlәn, biri o birinә sәlәmlә 
borc vermişdi vә pulunu istәyirdi – rәdd etdi vә qüvvәdәn 
saldı: "Cahiliyyәt dövründәn qalmış hәr bir sәlәmi bu anda 
ayaqlarım altına atıram"
1
. Dedi ki, mәn birinci növbәdә әmim 
Abbasın sәlәmlә verdiyi borcları lәğv edirәm. O, cahiliyyәt 
dövründә çoxlarına belә borc vermiş vә hәlә hamısını 
almamışdı. Buyurdu ki, bunları qüvvәdәn saldım. O, tәqvanı 
yenә dә İslamın әn üstün dәyәri kimi tәkrarlayıb söylәdi ki, 
tәqvadan başqa bir sәbәblә kimsә o birindәn üstün olmaz. 
Müsәlmanların başçısına nәsihәt vermәyin, yәni siyasi 
mәsәlәlәrә müdaxilәnin, başçı vә öndәrlәrә fikir bildirmәyin 
vacib әmәl olduğunu vurğulayıb söylәdi ki, bütün 
müsәlmanlar öz xeyirxah fikirlәrini İslam başçılarına 
çatdırmağa borcludurlar. 
Əziz Peyğәmbәr (s) bu çıxışlarda İslam dünyasının әsas 
siyasi vә ictimai mәsәlәlәrinә toxundu, Sәqәleyn hәdisini 
söylәdi. Bu hәdisdә deyilir ki, mәn sizin aranızda iki dәyәrli 
irs qoyuram: Allahın kitabı olan Quranı vә Əhli-beytimi. 
Sonra iki әlinin işarә barmaqlarını birlәşdirib yan-yana tutdu, 
buyurdu ki, onlar belәdirlәr, iki işarә barmağı kimi bir-
birindәn әsla fәrqlәnmirlәr. Sonra bir әlinin işarә barmağı ilә 
orta barmağını qaldırıb dedi ki, mәn әhli-beytimlә Quranı belә 
hesab etmirәm. Onlar iki işarә barmağı kimidirlәr vә biri o 
birindәn üstün deyil.
2
1
"Əs-Sirә әn-nәbәviyyә", c. 2, sәh. 412 
2
"Əl-Kafi", c. 2, sәh. 415 


40
Hәcc әmәllәri bitәndәn sonra dәrhal Mәdinәyә sarı 
yollandılar. Peyğәmbәr (s) yolda Mәdinә karvanlarının Yәmәn 
karvanlarından ayrıldığı Qәdiri-Xum adlı bir yerdә dayandı. 
Şahidlәrin söylәdiyinә görә, hava o qәdәr isti idi ki, әti yerә 
atsaydılar, kabab olardı. Belә bir şәraitdә Peyğәmbәr (s) 
hündür bir yerdә dayandı vә camaat tәdricәn oraya toplaşdı. 
Hamı toplaşanda Əmirәlmömininin (ә) әlini hamının görәcәyi 
şәkildә yuxarıya qaldırıb vilayәt mәsәlәsini elan etdi: "Mәn 
kimin mövlası vә rәhbәriyәmsә, Əli dә onun mövlası vә 
rәhbәridir!"
1
Çoxlu hәdislәrdә söylәnmişdir ki, hamının 
görmәsi üçün әllәrini qaldıranda Peyğәmbәrin (s) vә Əlinin 
(ә) qoltuğunun altı göründü. Hadisәnin xülasәsi bundan 
ibarәtdir. 
Mәnim nәzәrdә tutduğum beynәlxalq cәhәt vә İslam 
firqәlәri üçün ortaq mәsәlә şiәlәrә mәxsus deyil. Bu elan heç 
şübhәsiz, baş vermiş vә bu cümlә Peyğәmbәrin (s) ağzından 
çıxmışdır. Əgәr bu elanda Allah rәsulunun (ә) mәqsәdinin 
Əlinin (ә) fasilәsiz hakimiyyәtindәn ibarәt olmadığını fәrz 
etsәk belә, әn azı müsәlmanların Əli (ә) vә Peyğәmbәr (s) 
ailәsi ilә sıx әlaqәsini vә onlara qarşı sevgisini tәmin etmәk, 
möhkәmlәtmәk mәqsәdi daşımışdır. Peyğәmbәrin (s) hәm 
Minada, hәm Qәdiri-XumQәdiri-Xumda etdiyi çıxışlarında, 
hәm dә dәfәlәrlә söylәdiyi Sәqәleyn hәdisindә Əhli-beyti 
Quranın kәnarında qeyd etmәsinin vә Əli (ә) haqda xüsusi 
tәkidinin bir sәbәbi dә xalqa vә bütün gәlәcәk nәsillәrә 
İslamın istәdiyi vә qәbul etdiyi ideal nümunәlәri göstәrmәk 
idi. O, ideal insan nümunәsini real, aydın vә şübhәedilmәz 
formada bütün insanlara göstәrib islami tәrbiyәnin bu sәmtә 
hәrәkәt etmәli olduğunu, kamil vә ideal müsәlman 
nümunәsinin belә olduğunu bildirmәk istәyirdi. Bu insanların 
paklığı, elmi, tәqvası, düzgünlüyü, Allah qarşısında bәndәliyi, 
İslam mәsәlәlәrinә әhatәliyi, İslam amallarını hәyata keçirmәk 
naminә cәsarәt vә fәdakarlıqları hamıya bәlli vә aydındır. O, 
1
Yenә orada, c. 1, sәh. 420


41
Əmirәlmöminini (ә) nümunә bir şәxs kimi tanıtdırır ki, istәr 
ozamankı, istәrsә dә sonrakı nәsillәr ona müraciәt etsinlәr. 
Peyğәmbәrdәn (s) dәrhal sonrakı canişinliyi hәyata keçmәsә 
vә 25 ildәn sonra xәlifә olsa da, hәr halda, Peyğәmbәrin (s) 
canişini oldu, imamlıq mәqamı tәsbit oldu vә bütün 
müsәlmanlar onu cәmiyyәtin rәhbәri kimi qәbul etdilәr. Bu 
xüsusiyyәt, sevgi, әlaqә, elәcә dә hamının Peyğәmbәrin (s) 
canişini kimi qәbul etdiyi bir şәxsiyyәt bütün müsәlmanlar 
üçün İslam insanına dair örnәk vә nümunә kimi hәmişәlik 
qalmalı, onunla müsәlmanlar arasındakı әlaqә düşüncә, etiqad, 
emosiya vә әmәl müstәvisindә daim davam etmәlidir. 
Bu baxışla Əmirәlmöminin (ә) yalnız şiәlәrin deyil, bütün 
müsәlmanlarındır. Hәm dә yalnız Əmirәlmöminin (ә) yox, 
onun övladları olan bütün imamlar Peyğәmbәrin (s) әhli-beyti 
olduqlarından hәmişә müsәlmanlara görә ideal İslam insanına 
dair nümunә kimi qalmalıdırlar. Bu bir mәsәlә. İkincisi, Əhli-
beyti Quranın kәnarında göstәrmәklә, müsәlmanlarla Əhli-
beyt arasında әlaqәnin zәruriliyini elan etmәklә әziz 
Peyğәmbәr (s) әslindә Quranın vә Quran tәlimlәrinin tәhrif 
olunduğu zaman vәzifәni dә bәyan etmiş olur. Hakim rejimlәr 
öz xeyirlәrindәn ötrü İslam tәlimlәrini tәhrif, Quranı sәhv izah 
edәndә, müsәlmanları azdıranda, xalqı İslam dәrkindәn 
mәhrum edәndә xalqa hәqiqәti başa salmalı, düzgün sözü 
tanıtdırmalı, insanları azğınlıqdan xilas etmәli vә insanların da 
dinlәmәli olduğu mәrkәz vә mәnbә Əhli-beytdir. 
Bu gün bu mәsәlә İslam dünyası üçün zәruri mәsәlәdir. 
Əmirәlmömininin (ә) vә onun övladlarının fasilәsiz 
imamlığına etiqadı olan vә olmayan bütün müsәlmanların bu 
gün Peyğәmbәrin (s) әhli-beyti vasitәsi ilә çatdırılan İslam 
tәlimlәrindәn istifadә etmәyә ehtiyacları var. Şiәlәr bu hәdisin 
qәti mәnasını fasilәsiz canişinlik bilir vә ona etiqad 
bәslәyirlәr. Buna etiqadı olmayan sünni qardaşlar da 
Peyğәmbәr (s) ailәsi vә Əmirәlmömininlә (ә) düşüncә 
rabitәsini, әqli, etiqadi vә emosional әlaqәni kәsmәmәlidirlәr. 
Qәdiri-Xum mәsәlәsi Əli ibn Əbutalib (ә) vә Peyğәmbәr (s) 


42
Əhli-beyti ilә müsәlmanlar arasında әlaqә yaratmaq 
cәhәtindәn bütün müsәlmanlara mәxsusdur.
Qәdiri-Xum mәsәlәsi sırf tarixi bir mәsәlә deyil, İslamın 
kompleksliyinin göstәricisidir. Əziz Peyğәmbәr (s) on il 
әrzindә öz mübarizәsi vә vәfalı sәhabәlәrinin kömәyi ilә 
tәәssüb vә xurafat dolu ibtidai bir cәmiyyәtin yerindә 
mütәrәqqi İslam cәmiyyәti qurdu. O hәmin on ildәn sonrakı 
dövr haqda düşünmәsәydi, ümmәtә yol göstәrmәsәydi, iş 
yarımçıq qalardı. Cahil tәәssübkeşliklәr o qәdәr güclü idi ki, 
onları yox etmәk üçün bәlkә çox uzun illәrә ehtiyac vardı. 
Zahiri vәziyyәt vә xalqın imanı yaxşı idi. Tәbii ki, hamı bir 
sәviyyәdә deyildi. Əziz Peyğәmbәrin (s) vәfat etdiyi zaman 
bәzi şәxslәrin müsәlman olmasından bir il, altı ay, yaxud iki il 
ötürdü. Hәm dә İslamın gözәlliklәri ilә yanaşı Peyğәmbәrin 
(s) hәrbi qüdrәti dә bunları İslama sövq etmişdi. Hamı Mәkkә 
dövrünün köklü müsәlmanlarından deyildi. Bu cәmiyyәtin 
dәrin qatlarından cahiliyyәt әnәnәlәrini silmәk vә İslamın 
hidayәt xәttini Peyğәmbәrdәn (s) sonrakı dövr üçün 
sığortalamaq mәqsәdilә bir iş görmәk lazım idi. Bu iş 
görülmәsәydi, missiya yarımçıq qalardı. Buna görә mübarәk 
Maidә surәsindә buyurur: "Bu gün dininizi sizin üçün kamil 
etdim, sizә olan nemәtimi tamamladım"
1
. Açıq şәkildә deyilir 
ki, İslam, hidayәt vә bәşәriyyәtә düzgün bәlәdçilik nemәti 
yalnız Peyğәmbәrdәn (s) sonrakı yol xәritәsinin bәlli olduğu 
zaman tamamlanar vә tәkmil olar. Bu tәbii mәsәlәdir. Bu işi 
Peyğәmbәr (s) Qәdiri-Xumda gördü, iman, әxlaq, müxtәlif 
tәbәqәlәrlә rәftar, inqilabi vә hәrbi şәxsiyyәt baxımından 
nümunәvi fәrd olan Əlini (ә) buna tәyin etdi vә xalqa ona tabe 
olmağı tapşırdı.
Bu, Peyğәmbәrin (s) fikri deyildi, ilahi hidayәt, Allahın 
әmri vә tәyinatı idi; әziz Peyğәmbәrin (s) digәr söz vә 
tövsiyәlәri kimi ilahi ilham idi. Allah bu aydın әmri әziz 
Peyğәmbәrә (s) buyurmuşdu. Peyğәmbәr (s) dә ona әmәl etdi. 
1
Maidә/3 


43
Qәdiri-Xum budur: İslamın kompleksliyini, gәlәcәyә baxışını, 
İslam ümmәtinin hidayәt vә rәhbәrlik şәrtlәrini göstәrәn amil. 
Bu şәrtlәr hansılardır? Əmirәlmömininin (ә) şәxsiyyәtinin 
göstәrdiyi cәhәtlәr - yәni tәqva, dindarlıq, dinә mütlәq itaәt, 
Allahdan vә haqq yoldan başqa heç bir şeyi nәzәrә almamaq, 
Allah yolunda qorxmadan hәrәkәt etmәk, elmә, ağla, 
dәrrakәyә, iradә vә әzmkarlığa yiyәlәnmәk. Bu, real vә eyni 
zamanda simvolik bir әmәldir. Bu xüsusiyyәtlәrә malik olan 
Əli (ә) xәlifә tәyin olundu. Eyni zamanda bu, İslam yaşadıqca 
müsәlman 
ümmәtin 
rәhbәrlik 
simvoludur. 
Yәni 
Əmirәlmömininin (ә) ilahi seçimindә hәyata keçәn amil tarix 
boyu İslam rәhbәrliyinin simvoludur. Qәdiri-Xum belә bir 
mәsәlәdir.


44

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin