Azerbaijan Archeology Vol



Yüklə 123,74 Kb.
tarix10.01.2022
ölçüsü123,74 Kb.
#107336

19

Azərbaycan Arxeologiyası 2004

Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4




QtOATLAR

1ССЖДШАМШ


Баку,

NAXÇIVANIN TUNC DÖVRÜ QƏBtR ABlDƏLƏRl VƏ DƏFN ADƏTl HAQQINDA

Səfər Aşurov (Azərbaycan MEA Arxeologiya və Etnoqrafıya Institutu)

Qədim Şərqin mədəniyyət mərkəzləri arasında iqtisadi-mədəni əlaqələrdə Azərbaycan torpaqları və xüsusən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisi bütün tarixi mərhələlərdə xüsusi rol oynamışdır. Araz çayı və onun qolları olan Arpaçay, Naxçıvançay, Gilançay vadisində məskunlaşmış qədim tayfalar özlərinə-məxsus mədəniyyətlər yaratmaqla yanaşı Urmiya, Şərqi Anadolu ərazisində yaşamış tayfalarla six təmasda olmuşlar.

Qədim insanlann dini ideoloji baxışlarını və məişətini öyrənmək baxımından həlledici faktorlardan olan qəbir abidələri eyni zamanda qədim mədəniyyətlərin əla-qəsini, inkişaf dinamikasını, tayfaların yerdəyişməsini, bölgədə baş vermis etnik də-yişiklikləri izləmək baxımından qiymətli mənbələrdir.

Y.l.Krupnov yazır ki, «Bizcə, arxeoloji mədəniyyətlərin mənşəyi və həmçinin etnogenetik problemlərin həlli üçün dəfn adətlərindəki varislik əlaqəsi və ya onlar arasındakı fərqlər əmək alətləri və silahların formal tipoloji müqayisəsindən daha böyük əhəmiyyət kəsb edir. Birincilər daha davamlı və uzun ömürlü etnoqrafık əla-mətlər olduğu halda ikincilər müəyyən faktorların-təsadüfı əlaqələrin və bir cəmiy-yətin digəri ilə epizodik qarşüıqlı münasibətlərinin nəticəsi ola bilərdi» (11, s.91).

O.Həbibullayev tərəfındən I Kültəpədə apanlmış arxeoloji qazıntılar nəticə-sində təmizlənmiş 83 qəbir bölgədə məlum olan ən qədim qəbir abidəsidir. Eneolit dövrünə aid edilən bu qəbirlər dairəvi formalı yaşayış binalarının daxilində qurul-muşdur. Bu qəbirlərdə insanlar adətən bükülmüş vəziyyətdə dəfn olunmuşdur (5,s.39-50). Qəbir avadanlığı eneolit dövrünün son mərhələlərinə aid edilən kameralarda təsadüf olunur. Bəzi skeletlər qırmızı rəngə boyanmış və bəzən onlann kəllələrinin altına daş qoyulmuşdur. (Kəllənin altına daş qoyulması adəti bizim tərəfımizdən BTC layihəsi üzrə 2002-ci ildə Goranboy rayonunda Borsunlu kurqanmda qeydə ahnmış və antik dövrə aid etdiyimiz torpaq qəbirdə də izlənilmişdir). I Kültəpə eneolit dövrü qəbir abidələrinin analoqlarına müxtəlif əkinçi - maldar tayfaların dini ideoloji baxışlannda rast gəlinir. Maraqlıdır ki, I Kültəpənin eneolit dövrünə aid mədəni təbəqəsinin üst- 0,6-1,2 m.-lik laylarında qəbirlərə rast gəlinmir. I Kültəpənin O.Həbibullayev tərəfındən tədqiq olunmuş qazıntı sahələrində eneolit dövrünün son, ilk tunc dövrünün isə ilk mərhələlərini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin əldə olunmadığını nəzərə alsaq, artıq eneolit dövrünün sonlarına yaxm qəbir abidələrinin yaşayış binalarından kənarda qurulduğunu ehtimal etmək olar (O.Həbibullayev tərəfındən qazıntılar

Azərbaycan Arxeologiyası 2004

Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4

aparılmış sahədə eneolit ilk tunc dövrləri arasında təsadüf olunan lal təbiqə nəzərdə tutulur).

Naxçıvan ərazisində ilk tunc dövrü Kür-Araz mədəniyyətinə aid I və II Kültə-pə, Ovçular təpəsi, I Maxta, Aşağı Daşarx yaşayış məskənlərində arxeoloji qazıntılar aparılmasına baxmayaraq qəbir abidələri nisbətən zəif öyrənilmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu dövr yaşayış evlərinin daxilində qəbir abidələri yoxdur. Bölgədə Kür-Araz mədəniyyətinə aid qəbir abidəsi ilk dəfə Şərur rayonu ərazisindəki Dizə kəndi ərazisində qeydə alınmışdır. 1969-cu ildə Arpaçay vadisin-də yerləşən Ovçular təpəsinə bitişik Dizə kəndi ərazisində təsərrüfat işləri görülər-kən torpaq qəbir dağıdılmışdır. Kür-Araz mədəniyyəti üçün xarakterik saxsı qabların əldə olunmasına baxmayaraq qəbirin quruluşunu və dəfn adətinin tam mənzərəsini öyrənmək mümkün olmamışdır (5,s.22).

2002-2003-cü illərdə Şərur rayonunun Maxta kəndindən şimala doğru uzanan və Qarabulaq adlanan dağətəyi ərazidə yerləşən kurqan tipli qəbir abidələrinin təd-qiqi ilk tunc dövrü qəbirlərinin quruluşu, dəfn adəti haqqında ilkin ehtimallar irəli sürməyə imkan verdi. Bu kurqanlar ilk dəfə S.Aşurov və A.Əsgərov tərəfındən 1988-ci ildə qeydə alınmışdır. Onlardan beşi 1989-1990-cı illərdə tədqiq olunmuş və hamısının son tunc-ilk dəmir dövrünə məxsus olduğu müəyyənləşdirilmişdi. Son tədqiqatlar isə burada qeydə ahnmış kurqanlardan bəzilərinin daha qədimlərə-ilk tunc dövrünə aid olduğunu təsdiqlədi.

Diametrləri 15 metrədək olan daş örtüklü kurqanların yerüstü hissələrinin hün-dürlüyü 1 metrə qədərdir. Qəbir kameraları üçün torpaqda dərin çala qazdmamışdır. Yalnız, bəzi qəbirlər üçün 15-20 sm dərinlikdə çala qazılmış və iri sal daşlar şaquli vəziyyətdə düzülərək düzbucaqlı formalı kamera qurulmuşdur. Tədqiq olunmuş ilk tunc dövrünə aid 5 kurqandan qəbir kamerası salamat qalmış ikisi tamamilə boş idi. Kameraları dağıdılmış iki kurqanın isə örtük hissəsinin təmizlənməsi zamanı Kür-Araz mədəniyyəti üçün xarakterik saxsı qablara məxsus sınıqlar əldə olundu. Uzə-rində cızma üsulu ilə quş təsviri çəkilmiş bir saxsı parçası maraq doğurur. Qabların üzərində cızma üsulu ilə quş təsvirlərinin çəkilməsi ilk tunc dövrünün son mərhələsi üçün xarakterikdir. Bu saxsı parçasının ən yaxın analoqlarına Şenqavit, Arevik (16, 161-162), Ariç (15s.61), Amiranisqora (17,tab.XXYII), Kvatsxelebi (17,tab. XXYII), Kiketi (13,tab.II), Yanıq təpə (18,s.69) abidələrində rast gəlinir.

Qarabulaq kurqanlarının maddi mədəniyyət nümunələri içərisində rastlanan bu saxsı parçası Gəmiqaya təsvirlərinin bir qisminin tarixnin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Kiçik Qafqazın ən hündür zirvəsində qeydə alınmış və uzun illərdən bəri V.H.Əliyev tərəfindən tədqiq edilən Gəmiqaya daşları üzərində bu cür quş təsvirlərinə əsaslanaraq onların bir qrupunu e.ə.III minilliyin ikinci yarısına aid etmək olar. Maraqlıdır ki, Azərbaycanın miniatür sənətində və xalçaçılığında bü mo-tiv bugünədək işlədilməkdədir.

Qarabulaqda öyrənilmiş beşinci ilk tunc dövrü kurqanı daha maraqlı faktların aşkarlanmasına səbəb olmuşdur. Burada qəbir kamerası ilk tunc dövrü yaşayış bina-larınm quruluşunu təkrar edir. Dairəvi formalı mərkəzi kameraya düzbucaqlı formalı iki kamera birləşir. Nisbətən kiçik şimal kameranın bir tərəfi açıqdır. Məhz bu iki kamera Kür-Araz mədəniyyəti üçün xarakterik olan dairəvi və ona bitişik düzbucaqlı





ə
yaşayış evlərinin
sxematik planını xatırladır. Şimal kameranın daxilində bükülmüş

vəziyyətdə qadın dəfn olunmuşdur. Nisbətən uzunsov formada olan cənub kamera-nın daxilində iki at skeleti təmizlənmişdir. At skeletinin təmizləndiyi kameranın üzərindən və həmçinin daxilindən ilk tunc dövrünə aid saxsı parçalarının əldə olun-masına baxmayaraq az miqdarda dəmir çürüntülərinin rast gəlinməsi bu kameranın ilk dəmir dövrünə aid olması ehtimalını irəli sürməyə imkan verir. Mərkəzi kamera-nın daxili daşlarla iki hissəyə bölünmüşdür. Bu hissələrin birində saxsı qablar, digə-rində isə heyvan sümükləri təmizləndi. Kurqana məxsus bütün keramika məmulatı ilk tunc dövrünə aid olub I Maxta materiallan ilə dövr etiban ilə eyniyyət təşkil edir. Bu səbəbdən Qarabulaq ilk tunc dövrü kürqanlarının I Maxta qədim yaşayış yerinin sakinlərinə məxsus olduğunu söyləmək olar.

Orta tunc dövründən başlayaraq Naxçıvanın qəbir abidələrində müxtəliflik diqqəti cəlb edir. Ərazidə bu tarixi mərhələyə aid edilən torpaq, daş qutu və kurqan tipli qəbirlər öyrənilmişdir. Naxçıvan nekropolundakı torpaq qəbirlərdə tək və kol-lektiv dəfn prosesi izlənilir (7,16).

Dairəvi daş düzümləri ilə-kromlexlərlə əhatə olunmuş Qızılvəng, Şahtaxtı daş qutu qəbirlərindədə tək və kollektiv dəfnlərə rast gəlinir. 1936-cı ildə Ə.Ələkbərov tərəfındən Şahtaxtı nekropolunda tədqiq olunmuş daş qutu qəbirlər dəfn adətinə go­re maraq doğurur. Bu qəbirlərdə insan skeletinə rast gəlinmir. Qəbir avadanlıqlan müxtəlif saxsı qablardan və bəzək əşyalarından ibarət daş qutuların daxilində at skeleti təmizlənmişdir (4,s.40-47). O.Həbibullayev bu qəbirləri e.ə.XIII-XII əsrlərə aid edir (6,s.l01). V.Əliyev isə Şahtaxtı daş qutu qəbirlərinin bir qismini e.ə.XYII-XYI əsrlərə aid edir (7,s.61). M.N.Poqrebova Cənubi Qafqazın ağac örtüklü və at skeletləri ilə müşayət olunan kurqanlarını irandillilərin gəlişi ilə əlaqələndirir (12). Lakin, qeyd etmək istərdik ki, at dəfni və at ayini Naxçıvan ərazisində daha qədim-dir.

Orta tunc dövrünə aid kurqan tipli qəbir abidələri Naxçıvan ərazisində Çalxan-qala və Nəhəcir abidələri əsasmda öyrənilmişdir. Çalxanqala kurqanları üçün tək dəfn xarakterikdirsə Nəhəcir kurqanında insan skeletinə rast gəlinməmişdir (3,s.69).

Son tunc-ilk dəmir dövrünə aid qəbir abidələri Naxçıvanın istər Arazboyu ərazilərində (Sədərək, Şahtaxtı, Qarabağlar, Yurdçu daş qutu qəbirləri, Çapacaq, Qa­rabulaq kurqanları), istərsə də yüksək dağlıq zonalarında (Kolanı daş qutu qəbirləri) öyrənilmişdir. Bu dövr qəbir abidələrindən iki qrupu diqqəti daha çox cəlb edir.

Birinci qrupa aid edilən qəbirlər «Dəhnə qapısı»ndan «Qıvraq Yaylası»nadək olan ərazidə qeydə alınmışdır. Burada qeydə alınmış və tədqiqatlar aparılmış Şahtax-tı, Qarabağlar, Qarabulaq nekropollannda öyrənilmiş çoxsaylı qəbirlərin heç birində, о cümlədən Sədərək qalası kompleksinə daxil olan qəbirlərdə insan skeletinə rast gəlinmir. Qarabulaq kurqanlarından birində at skeletinə rast gəlinmişdir. Marqlıdır ki, bu qəbirlərin hər birində çiyin hissəsində deşiyi olan küpə tipli qablar aşkar olun-muşdur. (Şahtaxtı daş qutu qəbirlərində izlənilən eyni hal barədə abidənin tədqi-qatçısı Q.Ağayev məlumat vermişdir). Bu deşiklər qabların çiyinlərində dəfn prosesi zamanı açılmışdır. Qarabulaqda öyrənilmiş 3№-li kupqanda (at skeleti olan kurqan) yerləşdirilmiş iri həcmli küpələrdən birinin çiyin hissəsində isə cızma üsulu ilə sxematik atlı təsviri çəkilmişdir.

Azerbaijan Archeology Azs Vol.: 6 Num.: 1-4 20

Skeletsiz qəbirlərə müxtəlif arxeoloji mədəniyyətlərə aid edilən nekropollarda 6. təsadüf olunur və bu qəbirlərin mənsubiyyəti barədə müxtəlif fıkirlər mövcuddur (8;9;10). Şərur düzündəki son tunc-ilk dəmir dövrü qəbirlərinin bilavasitə daxilində 7-kremasiya (ölü yandırma) adətinin izlərinə rast gəlinmir. Ehtimal ki, bu dövrdə ölən-lərin cəsədlərinin dini ideologiyaya uyğun olaraq yandırılması üçün xüsusi kremato-1 rilər mövcud olmuşdur. Hindistanda hətta müasir dövrdə kremasiya xüsusi tikilmiş ^ binada deyil, açıq havada keçirilir. Naxçıvanda son tunc - ilk dəmir dövrändə «xüsu- | si krematoriyalann» mövcudluğu barudo ehtimal fantastik görünür. Sədərək qalası- | i nın ətəklərində açılmış içərisi kül və yanmış sümük qalıqlan ilə dolu olan dördkünc 1 tikinti qalığı çox ehtimal ki, belo krematorilərdən biri olmuşdur. Qəbirlərdə rastlanan RB deşikli qablar isə ruhların qayıdışına inamla bağlı olmuşdur. Maraqlıdır ki, dünyanın 1 bir sıra xalqlarında ruhlann qayıdışını təmin etmək üçün daşlarda, tabutlarda və ya 1 qəbirlərin özündə xüsusi deşiklərin açılması adəti olmuşdur (14,s. 226).

Şərur düzünün skeletsiz qəbirlərindən fərqli olaraq Naxçıvanın şimalında-Şah- 1 buz bölgəsində son tunc-ilk dəmir dövrünə aid tamamilə fərqli dəfn adəti izlənilir. 1 Kolanı daş qutu qəbirlərində kollektiv dəfn aparılmışdır (1). (Buradakı daş qutu 1 qəbirlərdən 13-ü 1987-ci ildə V.Əliyev və V.Baxşəliyev, biri isə 2003-cu ildə V.Əli- 1 yev və S.Aşurov tərəfındən öyrənilmişdir.) Lakin, bu qəbirlərdə yalnız insana məx- 1 sus kəllə və ətraf sümükləri yerləşdirilmişdir. Maraqlıdır ki, kişi və qadınlar ayrı-ayrı 1 qəbirlərdə dəfn olunmuşlar. Qəbirlərdə təkrar dəfn prosesinin izlənilmədiyini nəzə- 1 rə alaraq mərhumların cəsədlərinin müəyyən yerlərdə qoyulduğunu və müəyyən za- j man keçdikdən sonra onların kəllə və ətraf sümüklərinin xüsusi hazırlanmış qəbir- 1 lərdə dəfn olunduqlarım söyləmək olar.

Naxçıvanın son tunc-ilk dəmir dövr qəbirlərinin dəfn adətindəki fərqlərə bax-mayaraq onların daxilindən əldə edilmiş maddi mədəniyyət nümunələrində mono-tonluq nəzərə çarpır. Dəfn adətinin müxtəlifliyini isə bu qəbirlərin biri-birindən za-man etibarı ilə fərqli olması ilə əlaqələndirmək düzgün olardı. Belə ki, Kolanı qə-birlərində dəmirdən hazırlanmış məmulatlara təsadüf olunmadığı halda Qarabulaq kurqanlarında dəmir qalıqlarına rast gəlinir. Şübhəsiz, tranzit ticarət yolları üzərində yerləşən Naxçıvan ərazisində məskunlaşan tayfaların dini ideoloji baxışlarına Şərqin bir sıra mədəniyyətlərinin təsiri də istisna edilmir. Naxçıvan ərazisindəki qədim ya-şayış məskənləri və nekropollarda aparılacaq gələcək kompleks tədqiqatlar bütün bu ehtimalların təsdiqlənməsi yolunda həlledici amil olacaqdır.
ƏDƏBlYYAT

  1. V.Əliyev,V.Baxşəliyev. Kolanı abidələrində aparılmış arxeoloji tədqiqatlar haqqında hesabat. Arxeologiya və Etnoqrafıya Institutunun ÇTŞ elmi arxivi. H-466.

  2. Baahaeddin Ögel. Türk kültürünün gelişme çağları. Istanbul, 1988.

  3. A.Seyidov, V.Baxşəliyev. Nəhəcirdə arxeoloji araşdırmalar. Bakı,2002.

  4. А.К.Алекперов. Исследования по археологии и этнографии Азербайджана. Баку, 1960.

  5. О.А.Абибуллаев. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982.

Azerbaijan Archeology Vol.: 6Num.: 1-4

  1. О.А.Абибуллаев. Материалы Шахтахтинского погребения. - Изв. АН Аз.ССР. Сер. обществ, наук, 1961, №5.

  2. В.Г.Алиев. Культура эпохи средней бронзы Азербайджана. Баку, 1991.

  3. Археология Украинской ССР. Киев, 1985, т.1.

  4. Арциховский В.В. Основы археологии. Москва, 1954

  5. Volfram Nagel, Yeva Şrommenger. Qalakənd.Bakı, 1999.

  6. E.И.Крупное. Древняя история Северного Кавказа. Москва, 1960.

  7. М.Н.Погребова. Иран и Закавказье в раннем железном веке. Москва, 1977.

  8. Г.Г.Пхакидзе. Энеолит Квемо Картли. (Энеолитические памятники Кикети). Тби­лиси,1963.

  9. Э.Б.Тайлор. Первобытная культура. Москва, 1989.

  10. Т.С.Ханзадян. Древняя культура Ширака III-I тыс. до н.э. Ереван, 1975.

  11. Э.В. Ханзадян. Раннебронзовое поселение близ с.Аревик. САД969, №4, стр. 157-170.

  12. Т.Чубинишвили. К древней истории Южного Кавказа. Тбилиси, 1971.

  13. К.Х.Кушнарева. Южный Кавказ в IX-II тыс.до н.э. С.-Петербург, 1993.


Safar Ashıırov

ABOUT SEPULCHRAL MONUMENTS AND FUNERAL RITES OF NAKHICHEVAN IN THE BRONZE AND EARLY IRON PERIOD
Summary

The article provides information about sepulchral monuments and funeral rites of Nakhchivan, regarding the bronze and early iron ages.
Yüklə 123,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin