RƏŞİD GÖYÜŞOV - VƏTƏNPƏRVƏR ALlM
Qara Əhmədov (Azərbaycan EA Arxeologiya və Etnoqrafıya tnstitutu)
Rəşid Bahadur oğlu Göyüşov 1930-cu il dekabrın 5-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndlərində aldıqdan sonra, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji institutuna qəbul edilir və 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirir. Onda tarixə maraq hələ uşaqlıq illərindən baş qaldırmışdı. Rəşidin böyüyüb, boya-başa çatdığı Boyəhmədli kəndi tarixi abidələrlə olduqca zəngin bir yerdir. O, hər gün bu abidələrin arası
ilə məktəbə gedir, möhtəşəm Govurqala şəhər xarabalıqları, iri daş heykəllər və nəhəng antik dövr məbədinin qalıqları daim onun diqqətini cəlb edir, balaca Rəşid uşaq həvəsi ilə bu abidələrin sirrini öyrənməyə çahşırdı.
R.B.Göyüşov ali təhsilini başa vurduqdan
sonra təyinatla Salyan, Ağdam və Ağcabədi rayonlarında müəllim, tədris hissə müdiri və orta məktəb direktoru vəzifələrində çalışır. Lakin arxeologiya elminə olan həvəs onu 1959-cu ildə Azərbaycan EA Tarix Institutuna gətirib çıxarır. Həmin ildə o, arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. Rəşid Göyüşov öz elmi fəaliyyətinə böyük təcrübə sahibi qocaman alim S.M.Qazıyevin rəhbərliyi ilə Azərbaycanın qədim paytaxtı Qəbələ şəhərindən başlamışdır. Burada о, öz müəllimindən qazıntı aparmağın sirlərini öyrənmiş, ona təklif olunmuş «Qəbələ şəhərinin dulus məmulatı (1-Х əsrlər)» adh dissertasiyasına aid material toplamış, həmin materialı qazıntıların gedişində izləmək imkanı əldə etmiş və dərindən tədqiq etmişdir. Ən kütləvi material kimi gil mə-mulatı şəhərin iqtisadi və ictimai tarixini işıqlandırmaqda, xüsusilə sənətkarlığı öyrənməkdə boyük əhəmiyyət kəsb edir.
R.B.Göyüşov həmin əsəri vaxtında başa çatdırır və 1962-ci ildə Tarix institutununun elmi şu-rasında müvəffəqiyyətlə nami-zədlik dissertasiyası kimi müdafıə edir. Yadımdadır, rəsmi appo-nentləri akademik Ə.Ə.Əlizadə, G.Ə.Əbilova və hətta görkəmli Qafqazşünas alim K.V.Trever onun əsərinə çpx yüksək qiymət vermişdilər. Çox təəssüf ki, bu əsər hələ də çap olunmamışdır.
Qarabağda arxeoloji tədqi-qat işlərini ardıcıl olaraq davam etdirən R.B.Göyüşov Alban katolikosluğunun iqamətgahı olmuş, həmçinin alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatların nəticəsində özünün «Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair» adlı məqaləsini yazıb nəşr etdirir. Bu məqalə Qanzasarı erməni abidəsi hesab edən və hətta onu erməni memarlığının incisi adlandıran erməni və ermənipərəst alimlər arasında böyük narazıhğa səbəb olmuş və buna görə o, 1970-ci