13
Azərbaycan Arxeologiyası 2002
Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4
TƏDQİQATLAR
RESARCHES
ИССЛЕДОВАНИЯ
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YENİARXEOLOJİ
TƏDQlQATLAR
Vəli Əliyev
(Azərbaycan DövlətPedaqoji Universiteti)
Azərbaycan Respublikasınm prezidenti möhtərəm cənab Heydər Əliyev Naxçı-vanın maddi mədəniyyət abidələrinin ümumbəşəri dəyərlərini və xalqımızın tarixi-nin öyrənilməsi üçün böyük elmi əhəmiyyətini yüksək qiymətləndirərək 2001-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində geniş arxeoloji tədqiqatlar aparıl-masını Azərbaycan Milli Elmlər Akademiyası qarşısında çox vacib bir vəzifə olaraq qoymuşdur.
Bu məqsədlə, Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun «Ordu-bad rayonundakı Gəmiqaya abidələrinin tədqiq edilməsi haqqmda» verdiyi 2001-ci il 26 aprel tarixli sərəncamından sonra Azərbaycan Milli Elmlər Akademiyasının Ar-xeologiya və Etnoqrafıya Institutunun Naxçıvan arxeoloji ekspedisiyası tədqiqatlar aparmışdır. 2002-ci il iyunun 10-dan başlayaraq Muxtar Respublika ərazisində arxeoloji tədqiqatlar daha geniş miqyasda davam etdirilmişdir.
Hələ 1968-1990-cı illərdə Gəmiqayada mövcud olan qədim yurd yerləri, müxtə-lif siklopik tikintilər, qəbir abidələri, ibadətgahlar, qayaüstü təsvirlər tərəfımizdən
Qapıcıq zirvəsi
Azərbaycan Arxeologiyası 2002
Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4
qeydə almmış, arxeoloji qazmtı işləri aparılmış, həmin abidələr haqqında əsərləı yazılmış və beynəlxalq konfranslarda məlumatlar verilmişdir. Lakin Gəmiqayadc daha geniş planda elmi axtarışlar və arxeoloji qazıntılar aparılmasına 'çox böyük ehtiyac vardı.
Uzun illər boyu bu qədim tarixi mədəniyyət xəzinəsinin sirrlərini açmaq məqsədilə çətin şəraitdə arxeoloji tədqiqatlar aparmışam. Çətin çıxılan dağ cığırları ilə Gəmiqaya arxeoloji ekspedisiyası üçün lazımi ləvazimatları gətirmək və burada baza yaratmaq mümkün olmurdu. Gəmiqaya abidələrinin tədqiqatçısı olaraq, həmişə xəyalımda bu yerlərə yol çəkilməsini arzu edərdim. Naxçıvanın qədim mədəniyyətinin zirvəsində duran və xüsusi tarixi əhəmiyyətə malik olan Gəmiqaya abidələrinin daha dərindən öyrənilməsi istəyindən doğan bu arzu nəhayət həqiqətə çevrildi. Cənab Prezident Heydər Əliyevin böyük qayğısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun ciddi səyi sayəsində Gəmiqayaya yol çəkildi.
Gəmiqayaya vaxtilə Ordubad rayonunun Sabirkənd (Sumbatät Dizə), Biləv, Parağa kəndlərindən keçib, Tivi və Nəsirvaz kəndəlirini birləşdirən yolla gedir və burada sıldırmılı dağların yamaclan ilə çətinliklə qalxmaq mümkün olurdu. Yeni çəkilən -yol Biləv kəndi ərazisindən başlayaraq Gilançayın sağ və sol sahilləri boyunca mənzərəli kanyonların arasından keçərək dağ yamaclarınm sinəsinə dolana-dolana Gəmiqayaya çatır.
Bu yol, təbiətin Naxçıvan diyarına bəxş etdiyi qeyrət qalası Gəmiqayanın qoy-nunda minillər ərzində qorunub saxlanan tarixi səlnamələrin hərtərəfli araşdırılması üçün çox böyük imkan yaratdı.
Vəli Əliyev Gəmiqayada (1968)
Azərbaycan Arxeologiyası 2002
Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4
Gəmiqaya yolu Naxçıvan arxeologiyası üçün geniş imkanlar yaratdı və ilk uğurlar gətirdi.
2001-2002-ci illərdə Gəmiqayada yeni qayaüstü təsvirləri aşkara çıxarılmaqla yanaşı, burada Qaranquş və Nəbi yurdu yaylaqlarmda mövcud olan qədim yurd yerlərində, şərti olaraq «kurqan» hesab edilən abidələrdə, eləcə də orta əsrlər dövrünə aid Babəkilər qəbiristanlığmda arxeoloji qazıntı işləri aparılmışdır.
Gəmiqaya təsvirlərinin tarixini daha da dəqiqləşdirmək ən vacib məsələ kimi məni daim düşündürmüşdür. Gəmiqaya təsvirlərinin e.ə. IV-I minilliklərdə qədim Naxçıvanm yüksək sivilizasiya yaratmış oturaq əkinçi-maldar tayfalarına məxsus ol-ması haqqmda əvvəllər söylədiyim elmi fıkri, məhz arxeoloji qazıntılar aparıb faktiki materiallar əldə etməklə daha da əsaslandırmaq çox vacib idi. Burada vaxtilə rast gəldiyimiz obsidian qəlpələri və gil qab qırıqları qayaüstü təsvirlərinin Naxçıvanın tunc dövrü mədəniyyətinə mənsub olması haqqmda fikir söyləmyə əsas vermişdir.
2002-ci ildə Qaranquş yaylağında və Nəbi yurdundakı oval planlı, iri qaya parçalarından qurulmuş yurd yerlərində və kromlexli «kurqan» tipli abidələrdə aparılan arxeoloji qazmtılar uğurlu oldu. Buradan e.ə. IV-I minilliklərə aid gil qab nümunələri, kiçik həcmli daş qab və obsidian qəlpələri əldə edildi. Gəmiqayada ilk dəfədir ki, əldə edilən e.ə. IV-III minilliklərə aid gil qab nümunələri çox qiymətli tapıntı olub Naxçıvanm ilk tunc dövrü Kür-Araz mədəniyyəti üçün səciyyəvidir.
Nəbi yurdunda və Qaranquş yaylağında qayalar üzərindəki quş (ülkəklik) rəsm-ləri də qayaüstü təsvirlərinin tarixini dəqiqləşdirməyə əsas verir. Eyni bənzərli quş təsvirləri Naxçıvan çayı vadisindəki II Kültəpə qədim yaşayış yerinin Kür-Araz mədəniyyəti təbəqəsindən və Şərur rayonu ərazisində ilk tunc dövrünə aid Qarabu-laq kurqanından əldə edilən keramika məmulatları üzərində vardır.
Naxçıvanm qədim tarixi və mədəniyyəti ilə bağlı olan Gəmiqaya abidələri kompleksinə yenilik gətirən burada ilk dəfə aşkara çıxarılmış siklopik tipli istehkam tikintiləridir. Gəmiqayada istehkam tikintiləri bu ərazidə qayaüstü təsvirlərinin həkk olunduğu əsas sahə Qaranquş yaylağı ilə bağlı olmuşdur.
Bu istehkam tikintiləri Qaranquş yaylağınm qərbində, dərin dağ selovu üzərində yerləşən və təbii cəhətdən çox mühüm strateji mövqe təşkil edən, ibtidai insanlar tərəfındən müdafıə üçün bir qala kimi istifadə olunan sərt sıldırım yamaclı Nəbi yurdunun qayalıq hissəsində yerləşir.
Nəbi Yurdu ərazisində yeni qayaüstü təsvirləri qeydə almarkən burada diqqəti ərazinin bir neçə qayalıq terraslardan ibarət olması cəlb etmişdir. Həmin terraslara giriş yolu əsasən qayalığm şərq və qərb yamaclarmdan mümkündür. Bu təbii «qala-istehkam»a Qaranquş yaylağı tərəfındən nisbətən asan gəlmək olur. Gilançay vadisinin aşağı axını boyunca yaşamış maldar tayfalar tunc və ilk dəmir dövründə (e.ə. IV - I minilliklərdə) yay fəslində Qaranquş yaylağmda mövsümü məskunlaşıb, təsərrüfat işləri ilə məşğul olmuşlar. Ibtidai icma quruluşunun bu mühüm mərhələsində daim baş verən tayfalararası qarətçi basqınlar və vuruşmalar Gəmiqaya ərazisində də olmuşdur. Belə təhlükələrdən xilas olmaq, eləcə də sürülərini qoruyub saxlamaq üçün qədim Gəmiqaya yaylaqlarında mövsümi mövqe tutan maldar tayfalar özlərinin təhlükəsizliyini təmin edə bilmişlər. Bunun üçün onlar düzgün olaraq Nəbi Yurdu ərazisindəki qayalıq sahəni seçmişlər.
Arxeoloji axtarışlar nəticəsində Nəbi Yurdunun şimal hissəsindəki qayalıcğ sahədə bir-birini pilləli şəkildə əvəz edən terraslarda beş istehkam tikintisi-qalaçalaıf qeydə almmışdır. Birinci istehkam tikintisi qayalığm yuxarı hissəsində - yastanada| yerləşir. Burada qayalar arasmda əlverişli strateji mövqeyə malik olan mäili sahə (0,5| hektar) qalaça kimi istifadə edilmişdir.
Bu qalaça cənub tərəfdən sərt yamaclı təbii qayalıqla mühafızə olunur. Digər tərəflər iri və orta həcmli qaya parçalarmdan hörülmüş siklopik tipli divarlarla möhkəmləndirilmişdir. Qalaça ortadan şərq-qərb istiqamətində çəkilən daş divarlal iki hissəyə bölünmüşdür. Hazırda divarların hörgü daşları 1,5 m hündürlüyündə qalır. Divarın hörgü daşlan üç cərgədən ibarətdir. Yan cərgənin hörgü daşlan iril həcmli qaya parçalarmdan qurulmuş, onların arası orta və kiçik həcmli daşlardanj hörülmüşdür.
Qalaçaya giriş yerinin (eni 1,2 m) sol tərəfındə, cənub təbii qaya səddinin üzərində iki yerdə tunc dövrünə aid qayaüstü təsvirləri - adam rəsmi, keçi və quş təsvirləri, eləcə də şərti işarələr həkk olunmuşdur. Bu qalaçanm şərq tərəfmdə (10 m aralı) ikinci, nisbətən kiçik sahəli bir qalaça yerləşir. Həmin müdafıə istehkamı: dairəvi, ovalvari plana malikdir. Hər tərəfdən, hündürlüyü 3-4 m olan təbii qayalarla əhatə olunmuşdur. Həmin təbii qaya sədləri arasındakı keçidlər müdafıə divarları iləi möhkəmləndirilmişdir. Qalaçaya giriş cənub tərəfdən olub eni 1,5 m-dir. Ikinci qalaçanın sahəsi 0,3 ha-dır. Salamat qalmış divarların hündürlüyü 1,2-1,5 m, eni 1,2-1,5 m-dir.
Bu qalaçalardan bir qədər arah III, IV və V müdafiə istehkamları yerləşir. Həmin qalaçalar da təbii qaya sədləri ilə əhatə olunmuş kiçik sahəli, maili, strateji cəhətdən əlverişli mövqelərdə tikilmişdir. Onlarm giriş yeri şərq tərəfdəndir. Uzunsov oval plana malik olan bu kiçik sahəli qalaçalar bir-biri ilə əlaqədardır. Uçüncü qalaçanm sahəsi 0,2 ha, 4-5-ci qalaçaların sahəsi isə 0,3 ha-dır. Üçüncü və dördüncü
Oğlanqala
qalaçalarm yaxınlığmda qayalar üzərində keçi təsvirləri və şərti işarələr həkk olunmuşdur. Keçilər sağ və sol istiqamətdə hərəkət vəziyyətində təsvir edilmişdir.
Ümumilikdə Nəbi yurdundakı siklopik tipli qalaçalar vahid bir müdafıə isteh-kamı kompleksi təşkil edir. Maraqlıdır ki, Nəsirvaz, Tivi, Bist, Xurs, Biləv, Parağa kəndlərinin əhalisi arasında bu qədim istehkamlar «Davı daşı» - yəni döyüş, vuruş yeri, müdafıə qalaları adlandırılır. Bu istehkamlar Qaranquş yaylağmda min illər bo-yu maldarlıq təsərrüfatı ilə məşğul olan qədim Naxçıvan tayfalarının sosial-ictimai, siyasi həyat tərzindən xəbər verir.
Gəmiqaya müdafıə istehkamları memarlığına, inşa xüsusiyyətlərinə görə Sədə-rək, Şərur, Babək, Culfa, Şahbuz və Ordubad rayonları ərazisindəki tunc və ilk də-mir dövrü qalaları ilə eyniyyət təşkil edir.
Nəbi yurdu istehkamları yaxmlığmda aparılan arxeoloji qazmtılar nəticəsində əldə edilmiş tunc və ilk dəmir dövrü keramika məmulatları bu müdafıə tikintilərinin e.ə. IV-I minilliklərə aid olduğunu söyləməyə imkan vermişdir.
Gəmiqaya təsvirlərinin qədim Naxçıvan mədəniyyətində yerini, eləcə də etnik-mədəni mənsubiyyətini müəyyənləşdirmək məqsədilə 2002-ci ildə Naxçıvan MR-ın düzən ərazisindəki qədim yaşayış məskənlərində, qala-şəhər tipli yaşayış yerlərində və qəbir abidələrində arxeoloji qazmtılar aparılmışdır.
Şərur rayonu ərazisində Qarabulaq adlanan düzənlikdə arxeoloji axtarışlar apa-rılmış, ilk dəfə olaraq Kür-Araz mədəniyyətinə aid kurqan abidələri qeydə alınmış, onlardan bir neçəsi qazıntılar nəticəsində açılmış və ilk tunc dövrü (e.ə. III minillik) keramika məmulatları əldə edilmişdir.
Bu abidələrin və Şərurun tunc dövrü yaşayış yerlərinin, qala-şəhərlərinin komp-leks şəkildə tədqiqi Gəmiqaya təsvirlərinin sirrini açmaq üçün çox mühüm əhəmiy-yət kəsb edir. Çünki, Gəmiqaya təsvirlərində tez-tez rast gəlinən bir sıra piktoqrafık işarələr Şərurun düzən ərazisində, Arpaçay vadisində yerləşən Ovçulartəpəsi, Daşarx, Maxta və başqa ilk tunc dövrü (e.ə. IV-III minillik) yaşayış məskənlərinin Kür-Araz mədəniyyəti üçün çox səciyyəvidir.
Babək rayonunun Nehrəm kəndi ərazisində Sum qalası adlı çox maraqlı qədim bir abidəni 2002-ci ildə aşkar etdim. Bu qala Yaxm Şərq ölkələri ilə Naxçıvanı əlaqələndirən, Culfa yaxınlığmda Arazın sol sahili boyunca qədim Naxçıvan şəhəri istiqamətində uzanan mühüm karvan-ticarət yolu üzərində, strateji cəhətdən çox əlverişli sıldırım yamaclı dağın zirvəsində yerləşir.
E.ə. II-I minilliklərə aid olan Sum qalası Naxçıvanın qədim qala-şəhərləri və müdafıə istehkamlarmın tarixinin öyrənilməsi baxımından çox mühüm elmi əhəmiy-yət kəsb edir. Sum qalası Naxçıvanın antik və orta əsrlər dövrü siyasi hadisələrinin də şahidi olmuş və istehkam əhəmiyyəti daşımışdır.
Yeni aşkar olunmuş Sədərək və Nəhəcir tunc dövrü qala-şəhər abidələrində uğurlu arxeoloji qazıntılar aparılmışdır. Sədərək qala-şəhər tipli yaşayış yerinin modem təbəqəsində və buradakı nekropolda mövcud olan daş qutu qəbir abidələrində tədqiqat işləri görülmüş, e.ə. II minilliyin axırları və I minilliyin əvvəllərinə aid boz, qara, çəhrayı rəngli keramika məmulatı, daş alətlər və bəzək əşyaları əldə edil-mişdir.
Nəhəcir qədim yaşayış yerində və ona məxsus kurqan, daş qutu qəbir abidələ-rində arxeoloji qazıntı işləri aparılmış, e.ə. II-I minilliyin əvvəllərinə aid monoxrom boyah, boz, qara, çəhrayı rəngli saxsı qablar və bəzək nümunələri əldə edilmişdir.
Şahbuz rayonunun Biçənək kəndi ərazisində, Naxçıvan çayının sağ və sol sahillərində e.ə. II-I minilliklərə aid yaşayış yerləri və qəbir abidələri aşkar etdim. Burada dağıntıya məruz qalan daş qutu qəbir abidəsindən çəhrayı, boz, qara rəngli gil qablar, tunc xəncər, boyunbağılar, bilərziklər, sırğalar, üzüklər əldə edildi.
Babək rayonu ərazisində aparılan arxeoloji axtarışlar nəticəsində Qahab kəndi ərazisində ilk dəfə olaraq, Naxış-Nərgiz antik dövrü yaşayış yeri və ona məxsus nekropohın yeri müəyyənləşdirildi. Burada torpaq işləri görülən zaman dağıntıya məruz qalan bir küp qəbir abidəsi tədqiq edildi, gil qablar, əjdaha başlı tunc bilərzik, yaylı sancaq, üzüklər, sırğalar və muncuqlar əldə edildi.
Bütün bu arxeoloji nailiyyətlər möhtərəm prezident, cənab Heydər Əliyevin Naxçıvan MR-ın və bütövlükdə Azərbaycanm maddi mədəniyyət abidələrinin qorunmasma, tədqiqi və təbliğinə böyük qayğısınm nəticəsidir.
Muxtar Respublika Ali Məclisinin sədri cənab Vasif Talıbov Naxçıvan-Gəmiqa-ya arxeoloji ekspedisiyasmın işlərini daim diqqət mərkəzində saxlamış, qədim diya-rın keçmiş tarixinin və mədəniyyətinin tədqiqi sahəsində yeni elmi uğurlar qazanıl-ması üçün hər cür şərait yaratmışdır.
Naxçıvanda aparılan yeni arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş material-lar Muxtar Respublikasmın, eləcə də bütövlükdə Azərbaycanın qədim tarixinin çox mühüm problem məsələlərinin, xüsusilə Naxçıvanın ilkin şəhər mədəniyyətinin və qədim dövlətçilik tarixinin öyrənilməsi üçün çox dəyərli maddi mənbələrdir.
Azərbaycan Prezidenti Heydər Əliyev 2002-ci il avqust ayının 7-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin yaradılması haqqında sərəncam im-zalamış və qarşıya Naxçıvan Muxtar Respublikasmın qədim tarixinin, mədəniyyəti-nin, elminin, ədəbiyyatmın dərindən araşdırılması kimi çox vacib vəzifələr qoymuş-dur. O, həmçinin Azərbaycanm ayrılmaz hissəsi olan Naxçıvanm özünəməxsus tə-biəti, təbii sərvətləri, torpağı, təbii abidələrinin öyrənilməsinə böyük ehtiyac oldu-ğunu xüsusi qeyd etmişdir.
Azərbaycan Prezidentı cənab С \ Gəmiqaya təsvirlərindən
H.Əliyevin sədrliyi ilə 2002-ci il av-qustun 12-də Naxçıvan Ali Məclisinin iclas salonunda Respublika Milli Elm-lər Akademiyasmın Naxçıvan bölmə-sinin yaradılmasına həsr olunmuş mü-şavirə keçirilmişdir.
Prezident H.Əliyev Naxçıvan MR rəhbər işçilərinin, Ali Məclisinin deputatlarınm, MEA-nın nümayəndə heyəti, tanınmış alimlər, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi bu müşavirədə demişdir:
«Azərbaycan elə bir ölkədir ki,
onun çox qədim tarixi var. Bizim tarixçilər XX əsrdə çox işlər görüblər. Ancaq mən cəsarətlə deyə bilərəm ki, hələ ki, Azərbaycanın, xalqın, ümumiyyətlə, bu torpağm, ölkənin tarixi lazımi səviyyədə öyrənilməyib, tədqiq olunmayıbdır. Bu sahədə çox böyük işlər görülməlidir. Bununla onu demək istəyirəm ki, Azərbaycan nadir bir olkədir, nadir bir ərazidir, bəşər tarixində Azərbaycan bir ərazi kimi, bir ölkə kimi və Azərbaycan xalqı bir xalq kimi böyük tarixi proseslərin iştirakçısı olubdur.
Biz indi, müstəqil Azərbaycanda özümüz olkəmizin, torpağımızın sahibi olduğu-muz haldagərək bu qədim, çox zəngin tariximizi araşdırıb meydana çıxaraq və bu gün də, gələcəkdə də xalqımızm о dərin köklərini ümumi, bəlkə də bəzən çox gözəl ifadələrlə bəzənmiş sözlərlə yox, elmi sübutlarla, elmi əsaslarla, həm 6z xalqımıza çatdıraq, həm də dünyaya göstərək ki, Azərbaycan xalqımn kökü haradandır. Tarixi nədir və Azərbaycan bir ölkə kimi bəşər tarixində hansı yeri tutur. Mən açıq deyə bilərəm ki, görkəmli yer tutur. Ancaq biz bunu indiyə qədər göstərə bilməmişik (H.Əliyev, «Şərq qapısı», 15 avqust, 2002-ci il, s.2).
Prezident H.Əliyev Naxçıvanm qədim və zəngin tarixinin Azərbaycan tarixinin çox parlaq səhifələrindən olduğunu bu diyarın tarixinin, təbiətinin, adət-ənənələ-rinin, etnoqrafıyasının, xüsusilə Gəmiqaya abidələrinin dərindən öyrənilməsini mü-qəddəs və vacib vəzifə kimi qarşıya qoydu. O, Gəmiqaya abidəsinin tarixi əhəmiy-yətini yüksək qiymətləndirərək dedi: «Bu bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda, insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanmdır. Azərbaycanın tarixini əks etdirən abidədir» (H.Əliyev, «Şərq qapısı», 15 avqust, 2002-ci il, s.2).
Dostları ilə paylaş: |