Saylar quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb saylar.
Sadə saylar bir kökdən ibarət olur. Məsələn: bir, üç, yeddi, on, əlii, səksən, doxsan, milyon və s.
Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olur. Isim və sifətdən fərqli olaraq, düzəltmə saylar başqa nitq hissələrindən yox, yalnız saylarınözündən düzəlir.
Düzəltmə saylar sadə saylara -ıncı4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya aid şəkilçidir: qırx-ıncı, səkkiz-ınci, on-uncu, üç-üncü, altı-ncı, iki-nci. -la1 və -ca şəkilçilərinin köməyi ilə düzələn onlarla, yüzlərlə, onlarca, minlərcə tipli saylar da quruluşca düzəltmədir. Çoxlu sayı da quruluşca düzəltmədir.
Mürəkkəb saylar da, əsasən, saylardan yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, on iki, otuz üç, yüz iyirmi beşinci, bir çox, bir az, bir qədər, beşdə üç, ikidə bir və s. İki-üç, üç-dörd tipli mürəkkəb qeyri-müəyyən miqdar sayları defislə, qalanları isə ayrı yazılır.
Qeyd: Defislə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylar, ayrı yazılan saylar isə tərkibi saylar sayılır.
Dostları ilə paylaş: |